Tapdiq Həsənov
Qarabağ münaqişəsinin uzanmasının Cənubi Qafqazın qlobal və regional inteqrasiyasına təsiri
Qarabağ münaqiəəsinin həll olunmamış qalması Cənubi Qafqaz ölkələrinin iqtisadi vəziyyətinə, onların qlobal və regional əlaqələrinin sərbəst inkişafına mənfi təsir göstərir. Bunun bir səbəbi də keçmiş SSRİ tərkibində olan Zaqafqaziya respublikaları nəqliyyat-kominikasiya sistemlərinin, elektrik şəbəkəsinin bir-biri ilə sıx bağlanması olmuşdur. Qarabağ və Qafqazın digər münaqişələri nəticəsində bir çox istiqamətlərdə gedən nəqliyyat yolları blokadaya alınmış, enerji şəbəkələri bağlanmışdır.
Azərbaycanın qərb istiqamətində Naxçıvan MR, Türkiyə Cümhuriyyətinə və oradan da Avropaya gedən quru nəqliyyat yolları sistemi Ermənistan tərəfindən blokadaya alınmışdır. Nəticədə Naxçıvan MR-da ağır sosial-iqtisadi şərait yaranmış və hazırda da davam edir.
Həmin istiqamətdə blokadaya alınan Bakı-Culfa-İran İslam Respublikası dəmir yolu yaradılması nəzərdə tutulan Şimal-Cənub qlobal nəqliyyat dəhlizinin layihəsinə çətinlik törədir.
Bakı-Tbilisi-Qara dəniz istiqamətində fəaliyyət göstərən Avrasiya nəqliyyat dəhlizinin Ermənistan sərhədlərinin cəmi 25-30 kilometrliyindən keçməsi də təhlükəli vəziyyət hesab olunur.
Göründüyü kimi, Qarabağ münaqiəəsinin davam etməsi Cənubi Qafqaz regionunun daxili və xarici inteqrasiyasına çətinliklər törədir. Bu çətinliklər iki qrupdan ibarətdir:
1) Qafqazın qlobal inteqrasiyası ilə bağlı olan çətinliklər;
2) Region ölkələrin öz aralarındakı inteqrasiyanın inkişafı ilə bağlı yaranan çətinlikləri aid etmək olar.
Qafqazın qlobal inteqrasiyası problemləri son illər burada müstəqil dövlətlərin yaranması, regionun strateji əhəmiyyətli neft-qaz təbii ehtiyatlarla zəngin olması və onların xarici bazarlara çıxarılması yollarının axtarılması ilə bağlı meydana çıxmışdır. Məlum olduğu kimi, Xəzər, Qara və Azov dənizləri arasında əlverişli geostrateji mövqe tutan, Qərb-Şərq və Şimal-Cənub istiqamətlərində gedən Beynəlxalq əhəmiyyətli yolların qovşağında yerləşən, sağlam təbiəti və kurort-rekreasiya ehtiyatları və son illərdən isə dünya əhəmiyyətli neft-qaz yataqları aşkar edilən Qafqaz-Xəzər regionu müasir dünyanın iri dövlətlərinin maraqlarının toqquşma mərkəzinə çevrilmi.dir. Özü də bu toqquəmada Azərbaycanın mövqeyinin hər hansı bir əəhətdən zəifləməsi bütövlükdə Qafqaz və Orta Asiya regionları üçün daha təhlükəli nəticələr verə bilər. Belə ki, Azərbaycanın yerləşdiyi cğırafi məkan əhəmiyyətinə görə geostrateji dayaq məntəqəsi hesab olunur. Azərbaycanı bu məntəqədə Xəzər hövzəsi və Orta Asiyanın təbii zənginlikləri ilə dolu çəlləyə nəzarət edən əhəmiyyətli tixac adlandırmaq olar. Ona görə də böyük dövlətlər bu əhəmiyyətli geostrateji mərkəzi öz nəzarətəri altında saxlamağa çalışırlar.
Azərbaycan öz dostu və siyasi dayaıı olan Türkiyə üçün ərazisindən neft kəməri çəkdirir və bununla da Orta Asiyanın gənc dövlətlərinin iqtisadiyyatına və siyasətinə müsbət təsir göstərir. Özünün belə fəaliyyəti ilə o Rusiyanın bu əraziyə girmək iddiasına maneçilik törədir və elə bunlara görə də güclü təzyiqlərə məruz qalır. İran isə ehtiyat edir ki, Azərbaycan dövlətinin möhkəmlənməsi və inkişafı onun ərazisində yaşayan və sayı 20 mln. nəfərdən çox olan etnik Azərbaycanlıların separatçılıq meyllərini gücləndirə bilər. Bu baxımdan İranın qısqanclığı təkcə Azərbaycanla məhdudlaşmır.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsində göstərilən amillərin də rolu az olmamışdır. Əlbəttə, buraya digər amillər, Avropa və Türkiyəni Qafqaz və Orta Asiya regionlarına buraxmamaq şərtləri də daxildir.
İlkin olaraq Ermənistanın Qafqazda başladığı işğalçılıq, terrorçuluq və separatçılıq siyasəti regionun bütövlükdə münaqişə ocağına çevrilməsinə səbəb oldu. İlkin olaraq Ermənistanın Qarabağda, sonralar Abxaziyada və hazırda (1999-2002cəi illər) Şimali Qafqazda baş verən qanlı münaqişələr, böyük insan qırğını, iqtisadi dağıntılar, terrorçuluq, blokadalar və s. bütün bunların ilkin modelini erməni separatçıları Daılıq Qarabağda hazırlayıb həyata keçirmişdilər.
Münaqişənin davam etməsi Qafqaz regionunun Avropanın iqtisadi və demokratik struktuları ilə əməkdaşlığına böyük əngəllər törədir. Özü də xarici ölkə (Rusiya) hərbi bazasından nəzarətsiz şəkildə istifadə etmək imkanı olan Ermənistan təkcə Qafqaz ölkələri üçün deyil, həm də bütövlükdə Şərq-Qərb qlobal əlaqələri təhlükə yaradır.
Ermənistanın apardığı təcavüzkar siyasəti onu Qafqaz iqtisadi birliyindən kənarda qoya bilər və Qərbin bu regionda reallaşdırmağa çalışdığı irihəcmli layihələrin həyata keçirilməsini çətinləşdirə bilər. Bu çətinliklərdən isə birinci növbədə Qafqaz ölkələri, o cümlədən, öncə Ermənistan daha çox ziyan çəkə bilər.
Qafqazda gedən bütün bu mürəkkəb geosiyasi proseslərin və layihələrin iqtisadi proqramların mərkəzində özhünün böyük əlaqələndirci-tranzit mövqeyi və neft-qaz ehtiyyatları olan Azərbaycan durur. Ölkəmizin bu üstünlükləri və geniş potensialını görən erməni təəavüzkarları və onların zorba havadarları Azərbaycanı sərbəst buraxmaq istəmirlər və nəyin bahasına olursa-olsun, onun inkişafını ləngitməyə və öz təsir dairələrində saxlamağa çalışırlar.
Azərbaycana qarşı yönəldilmiş bu təzyiqlər bütövlükdə Qafqazın inkişafını ləngidir. Belə ki, bu regionun daxili və xarici əlaqələrin ən intensiv qovşağında Azərbaycan yerləşdiyinə görə Qafqaz bütövlükdə zərər çəkir.
Beləliklə, Qafqazın əsas su və quru yollarını özündə birləşdirən, neft-qaz kimi strateji yanacaq ehtiyatlarına malik olan Azərbaycanın təəavüzündən azad olması, iqtisadiyyatının yüksəlişi bütövlükdə regionun inkişafına təkan verə bilər.
Qafqazın özünün daxili inteqrasiyanın inkişaf etdirilməsi, Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizinin şaxəli və səmərəli marşurutlarının seçilməsi bu işdə müstəsna rol oynaya bilər.
Qafqaz ölkələrinin öz aralarında qura biləcəkləri iqtisadi əlaqələrdən və hətta dərin inteqrasiyadan xeyli böyük qazanc əldə edə bilərlər.