Vaqif Hacıbəyli
Ədalətli sülh və ona nail omaq yolları
Beynəlxalq aləmdə “Dağlıq Qarabağ” münaqişəsi kimi qəbul edilən, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki erməni separatçı hərəkatından qaynaqlanan terror, etnik təmizləmə, soyqırım kimi dəhşətli cinayətlərlə müşayət edilən Azərbaycan torpaqlarının Ermənistanın təcavüzü nəticəsində işğalı faktı ilə bağlı münaqişənin dinc yollarla nizamlanmasına dair ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar aşağıdakı hallara görə hüç bir nəticə vermir və verməyəcək:
1. ATƏT-in Minsk Qrupuna sədrlik edən vasitəçi dövlətlərin Cənubi Qafqaz bölgəsində öz maraqlarını tamsədrlik edən vasitəçi dövlətlərin Cənubi Qafqaz bölgəsində öz maraqlarını tam uzlaşdıra bilməməsi və aparıcı dövlətlər arasındakı ziddiyyətlərin Iraq müharibəsindən sonra daha da kəskinləşərək yeni mərhələyə keçməsi;
2. Bütövlükdə türk millətinə, o cümlədən Azərbaycan türklərinə qarşı aparılan total təbliğata uyğun olaraq erməni ictimai şüurunun tam deqradasiyaya uğraması nəticəsində Ermənistanda bu günün realllıqları ilə hesablaşıb türk
türk dünyası ilə mühriban qonşuluq münasibətlərini bərpa etməyə qabil siyasi hakimiyyətin formalaşmasının təmin edə biləcək elektoratın mövcud olmaması;
3.1915-ci il Osmanlı imperiyasında Rusiya imperiyaslının xeyrinə terror və təbliğat törədən ermənilərin departasiyası zamanı baş verən hadisələri əsas tutaraq, siyasi alver və imtiyazlar naminə fəaliyyəti özünün həyat tərzi seçən erməni diasporasının sıralarının Ermənistandakı sosial problemlərdən qaçan yeni emiqrantlar hesabına güclənməsi və ciddi surətdə təşkilatlanmış erməni diasporasının Azərbaycana qarşı lobbiçilik imkanlarının daha da artması;
4. Azərbaycanın siyasi rəhbərliyinin sülhpərvər siyasət adı latında dünyanın aparıcı dövlətlərinin Azərbaycandakı maraqlarının danışıqsız təmin edilməsinə yönələn xarici siyasət kursunun həyata keçirilməsi.
Azərbaycanın xarici siyasi kursunda ciddi dəyişikliklər olmasa, Ermənistan heç vaxt beynəlxalq aləmdə təcavüzkar dövlət kimi tanınmayacaq və Dağlıq Qarabağı işğal edən terroçu rejim tədricən tam şəkildə legitimləşdiriləcək. Bu real təhlükəni aradan qldırmaq üçünAzərbaycanın xarici siyasi kursunda bir sıra dəyişikliklər edilməlidir. Yeni siyasi kurs aşağıdakıları nəzərdə tutmalıdır:
· Ermənistanda seçkini yenidən saxtalaşdıraraq hakimiyyəti zəbt edən Köçəryan rejimi ilə aparılan danışıqların bərpasından imtina edilməsi;
· ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycanda Xarici Işlər Nazirinin müavinindən yuxarı səviyyəli dövlət məmurları tərəfindən qəbul edilməsi praktikasına son qoyulması;
· Iran, Gürcüstan və Rusiya daxil olmaqla təcavüzkar Ermənistana yardım göstərən dövlətlərə rəsmi müraciətlər göndərməklə təcavüzkara dəstək verən dövlətlərin Azərbaycandakı maraqlarının bundan sonra qəti surətdə təmin edilməyəcəyi barədə xəbərdar edilməsi;
· Ermənistanın təcavüzkar dövlət kimi tanınması və bu ölkəyə müvafiq sanksiyaların tətbiqi barədə BMT Təhlükəsizlik Şurası qarşısında tələb qoyulması;
· Ermənistandan deportasiya edilmiş azərbaycanlıların öz yurdlarına qaytarılması və onlara Dağlıq Qarabağ erməniləri üçün nəzərdə tutulacaq hüquqi statusa uyğun statusun verilməsi tələbinin Azərbaycanın dövlət orqanları tərəfindən rəsmi tələb kimi irəli sürülməsi;
· Dağlıq Qarabağdakı separatçı və terrorçu rejimin rəhbərliyindəki şəxsləri hər-hansı statusla qəbul edən ölkələrə etiraz notalarının təqdim edilməsi və bu cür səfərlərə imkan verən dövlətlərin terroru dəstəkləyən ölkələr sirasına aid edilərək, Azərbaycanla diplomatik münasibətlərin kəsiləcəyi barədə rəsmi qaydada xəbərdarlıq edilməsi;
· Təcavüzkar Ermənistan dövlətinin ölkəmizə vurduğu maddi və mənəvi ziyanların ödənilməsi haqqında beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılması;
· Azərbaycan Respublikasının Konstitusiyasındakı unitar quruluşun dəyişdirilməsi ilə bağlı hər hansı bir təklifin müzakirəyə qəbul eilməsini Azərbaycanın dövlət quruluşuna qəsd kimi tövsif edən müddəanın qanunvericilik qaydasında qəbul edilməsi;
· Ermənistan Respublikasına Azərbaycan Respublikası ərazisində öz qoşunlarını çıxarması və Dağlıq Qarabağdakı qeyri-qanuni rejimə hərbi, hərbi-siyasi və iqtisadi yardımı dayandırması tələbi ilə ultimatum verilməsi;
· Azərbaycan Respublikasının ərazi bötüvlüyünü tanıyacağı təqdirdə Ermənistan Azərbaycan arasında dövlət sərhədləri altında sazişin imzalanması ilə əlaqədar Azərbaycan tərəfinin Ermənistanla danışıqlara hazir olduğunun bəyan edilməsi;
· Işğal edilmiş ərazilərdə məskunlaşan ermənilərin və Ermənistan Respublikası vətəndaşlarıının Azərbaycana, Azərbaycan Respublikası vətəndaşlarının Ermənistana və Azərbaycanın işğal edilmiş ərazilərinə səfərlərinin qanunvericilik qaydasında tənzimlənməsi və xalq diplomatiyası çətiri altında ermənilərlə azrəbaycanlıların hər hansı ölkədə görüşlərinin məhdudlaşdırılmasını nəzərdə tutan qanuni tədbirlərin həyata keçirilməsi;
· Azərbaycanın təcavüzkar Ermənistana qarşı müharibə elan etməsinin mümükünlüyünü nəzərdə tutan qanunvericilik aktının Azərbaycan Respublikası Milli Məclisində qəbul edilməsi.
Azərbaycanın yeni siyasi kursu həyata keçiriləcəyi təqdirdə ölkı daxilində aşağıdakı pozotv proseslər baş verə bilər:
· Azərbaycan cəmiyyətində hərbi vətənpərvərlik əhval-ruhiyyəsi güclənər;
· ordu quruculuğuna diqqət artırılar;
· əhali arasında siyasi fəaliyyət artar;
· siyasi qüvvələr arasında inteqrasiya güclənər;
· siyasi xadimlər beynəlxalq təşkilatların, xarici dövlətlərin maraqlarına uyğun mövqelər nümayiş etdirmək vərdişlərindən əl çəkib Azərbaycan cəmiyyətinin mövqelərini əks etdirən siyasi bəyanatlarla çıxış edərək xalqla bötünləşməyə səy göstərərlər;
· Ölkədə milli birliyin və təminatlı vətəndaş sülhünün bərqərara olması üçün ciddi zəmin yaranar. Azərbaycanın yeni siyasi kursu beynəlxalq aləmdə bizə qarşı müəyyən neqativ proseslərə təkan verə bilər:
· Azərbaycana xarici investisiya axını azala bilər;
· Azərbaycanın münaqişəni dinc yolla nizama sallacağı barədə öhdəlik götürdüyü bəhanə edilərək, ermənilər tərəfindən ölkəmizin Avropa Şurasından çıxarılması gündəmə gətirilə bilər;
· Azərbaycanın Gürcüstanla birlikdə NATO-ya daxil olması prosesi baş tutmaya bilər.
Hər üç hal Azərbaycan üçün xoşagəlməz olsa da, biz gec-tez mövqeyimizi sərtləşdirməliyik. Azərbaycanın mövcud siyasi kursu dəyişməsə, indiki vəziyyət yüz il də davam edə bilər və indiki siyasətlə Qarabağı işğaldan azad etmək qeyri mümkündür. Amma yeni suyasi kursun Azərbaycan yaradacağı problemləri şişirtməyə də ehtiyacı yoxdur. Əvvəla, Azərbaycana xarici investisiyanın azalmasının mənfi nəticələri olduğu kimi, müsbət nəticələri də olacaq və ölkə iqtisidiyyatı öz daxili potensialını səfərbər etməklə həm yerli sənayeni, həm də aqrar sektoru inkişaf etdirə bilər. Avropa Şurasından Azərbaycanın çıxarılması dünyanın sonu demək deyil. Azərbaycan Dağlıq Qarabağdakı münaqişəni dinc yolla nizama salmaq barədə öhdəlik götürüb.Heç vaxt heş yerdə onun ərazi bötüvlüyünü tanımayan, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən, torpaqlarını işğal edən, terrorçu rejimə hərbi və siyasi dəstək verən xarici ölkəyə qarşı güc tətbiq etməyəcəyi barədə öhdəlik götürməyib.Əgər ermənilər Azərbaycanın Avropa Şurasından çıxarılması məsələsini qaldırsa bu onların özlərinə qarşı da çevrilə bilər. Məsələ böyüyəndə Ermənistanın özünün terrorçu və işğalçı dövlət olduğunu sübut etmək daha da asan olacaq. Daxildə münaqişə ocağı qaldıqca Azərbaycanın NATO-ya qəbulu da müşkül məslədir. Yaranacaq yeni situasiya NATO sturkturlarını da hərəkətə gətirə bilər və bu qurumun proseslərə real təsir etmək və Rusiya ilə hərbi ittifaqda olan Ermənistanı ram etmək təşəbbüsləri daha ciddi nəticələr verə bilər.
Ermənistana qarşı müharibə müharibə elan edilməsinin mümkünlüyünü nəzərdə tutan qanunvericilik aktının qəbul edilməsinin əsas məqsədi heç də dərhal hərbi əməliyyatlara başlamaq deyil. Məqsəd beynəlxalq aləmin diqqətini daha ciddi şəkildə Azərbaycanın torpaqlarının işğal edilməsinə yönəltməkdir. Bu şəraitdə BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi, NATO tipli beynəlxalq təşkilatların, bölgədə marağı olan iri dövlətlərin manevr imkanları tükənir, ermənistana münasibətin obyektivliyə yönəlməsinə zəmin yaranır.Regionda hərbi əməliyyatların başlanmasında maraqlI olmayan iri dövlətlərin işğal edilmiş ərazilərin azad edilməsi ilə bağlı Ermənistana təzyiq göstərməyə başlayacaqları da tamamilə mümkündür.
Azərbaycan uğurlu xarici siyasəti ermənistandakı durumu da köklü şəkildə dəyişə bilər. Ermənistan cəmiyyətin də elə indinin özündə hakim Qarabağ klanına münasibət kifayət qədər mənfidir. Ermənistan real müharibə təhlükəsi qarşısında qalanda cəmiyyətdəki parçalnama daha da dərinləşəcək və nəhayət erməni cəmiyyətinin içində Azərbaycanla mehriban qonşuluq münasibətlərinin beynəlxalq hüqüq normaları çərçivəsində qurulmasına tərəfdar olan siyası qüvvələrin yetişməsi prosesi başlayacaq. Yaranan situasiyada Ermənistan rəhbərliyinn konstruktiv dialoqa və kompramislərə hazır olduğu üzə çıxarsa, Azərbaycan yalnız simmetrik status prosesi əsasında sülh sazişi bağlamaqda hazır olmalıdır. Əgər Ermənistan rəhbərliyinin indiki mövqeyi dəyişməz qalarsa, Ermənistana konkret vaxt verilməli və vaxtiın tamamında Ermənistana qarşı hərbi əməliyyatlar bağşlanılmalıdır. “Erməni xalqına azadlıq” adı altında keçirilən həmin əməliyyatlar zamanı Azərbaycan yenidən velosiped icad etməməli, Amerikanın Iraqdakı əməliyyatlarının xarakterinə tam uyğun surətdə Robert Köçəryanın, Serj Sarkisyanın və digər bəşəriyyət əleyhinə cinayətlər törətmiş canilərin fiziki cəhətdən məhv edilməsini əsas hədəf kimi götürməli, Amerikanın apardığı təbliğat kampaniyasını eynilə təkrarlamalıdır. Burada fərq yalnız onda olacaq ki, Amerika öz siyasətini yalan üzərində qurmuşdu və Iraqdan Amerikaya heç bir təhlükə yox idi. Torpaqları işğal altında olan Azərbaycanın isə əlavə heç bir sübut və dəlilə ehtiyacı yoxdur. Bizim də Amerika kimi eynilə BMT tərəfindən əlavə qətnamənin qəbul edilməsinə ehtiyac yoxdur, çünki BMT-nin qətnamələri artıq 10 ildir ki, kağız üzərində qalıb və bütün bu müddət ərzində, Azərbaycan tərəfinin səylərinə və güzəştli mövqeyinə baxmayaraq, BMT0-nin məlum dörd qətnaməsinin yerinə yetirilməsinə yönələn adekvat addımlar atılmayıb. Buna görə də Ermənistandakı rejim süquta uğradıqdan sonra Azərbaycan öz ərazilərini işğalçılardan təmizləməli və BMT-nin qətnamələrinin tələblərinin tam yerinə yetirməlidir. Bu məqama xüsusi diqqət yetirmək lazımdır. Çünki indiyə qədər mövcud olan bütün təkliflərdə yalnız təcavüzün nəticələrinin aradan qaldırılmasından sözhbət gedib. Biz isə nəticələrdən əvvəl səbəbin aradan qaldırılmasını təklif edirik. Ermənistandakı mövcud terrorçu rejimi dəyişməsə və Ermənistanın demilitarizasiyası həyata keçirilməsə, Azərbaycan heç vaxt öz təhlükəsizliyini təmin edə bilməyəcək. Ermənistan təslim edildikdən sonra Azərbaycan, keçmiş Göyçə və Zəngəzur mahalının ərazisi istisna olmaqla, digər ərazilərdən öz qoşunlarını çıxarmalı və yenə simmetrik status prinsipinə uyğun sülh danışıqlarına başlamağa hazır olduğunu bəyan etməlidir. Həmin şəraitdə artıq sülh danışıqlarını yüz illərlə də aparmaq olar.
Ədalətli sülhə nail olmağın yeganə yolu budur.Azərbaycan xalqı bilməlidir ki, Erməniastanla müharibə labüddür. Əks təqdirdə biz Qarabağı itirəcəyik. Hələ 1992-ci ildə Elçibəy hakimiyyəti dövründə münaqişənin siyasi yolla həllindən danışıqlara cavab olaraq yazmışdıq ki, siyasi yolla yalnız Qarabağı vermək olar, geri almaq olmaz. Bununla bərabər, əgər Azərbaycan cəmiyyəti torpaqlarını hərbi yolla geri qaytarmaq əzmini qətiyyətlə nümayiş etdirsə, münaqişənin dinc yolla həllində bəlkə də müəyyən tərpəniş ola bilər.Lakin hər halda, dinc yolla ədalətli sülhə, simetrik status prinsipinin tətbiq edilməsinə nail olmaq real görünmür. Biz “Sülh əvəzinə torpaq” prinsipini qəbul etməyəcəyiksə, deməli, “qanımız və canımız bahasına sülh” prinsipini qəbul etməkdən başqa yolumuz yoxdur.
Azərbaycan yeni siyasi kursunu açıqladıqdan sonra hərbi əməliyyatların başlanmasına qədər ən azı iki il vaxt keçməlidir. Bu müddətdə Bakı-Tibilisi-Ceyhan neft boru kəməri artıq tikilib istifadəyə veriləcək və Azərbaycanın iqtisadi potensialı indikindən daha güclü olacaq. Iki il ərzində Azərbaycan Gürcüstan və Türkiyə ilə hərbi ittifaq yaratmalı, ABŞ Israil kimi dövlətlərə strateji müttəfiqlik münasibətlərinin qurulmasına nail olmalı, Rusiay və Irandan Azərbaycana ola biləcək təzyiqləri minimuma endirməli, ölkədə legitim hakimiyyətin formalaşmasına, başlıcası isə qarşıya qoyulacaq vəzifənin öhdəsindən layiqincə gələ biləcək ordunun formalaşmasına nail olmalıdır. Bütün bu vəzifələri yerinə yetirsək belə, münbit beynəlxalq şərait olmadan, beynəlxalq ictimai rəyi hazırlamçadan hərbi əməliyyatlara başlamaq düzgün olmazdı. Indi bir millət olaraq bizim vəzifəmiz dərhal müharibəyə başlamaq deyil, son və qəti qərarı verməyə hazır olduğumuz barədə strateji seçimimizi etməkdir. Strateji seçimlə bağlı vahid milli iradə nümayiş etdirə bilsək, müharibə perspektivi nəinki artmayacaq, hətta azalacaq.