Elmira Təhməzova

Qarabağ harayı

Qarabağ problemindən bəhs edərkən öncə itirilmiş ərazilərimizlə birlikdə, itirdiyimiz məkanların adı bir «haray» səsi ilə səslənir. Hazırda Ermənistanın köhnə Basarkeçər rayonu Azərbaycan ədəbiyyatının klassiki olan Aşıq Ələsgərin tarixi vətənidir. Bir vaxt «ayılıb» həqiqəti görənlərə bəlli olacaq ki, bu yerlər necə oldu ki, indi Vardenis adlanır.

Bu həqiqətlərdən Qarabağda mövcud olan qədim xristian abidələrinin albanlara mənsub olmasıdır. Bu barədə tarixçi alimlər – R. Göyüşov, F. Məmmədovanın kitablarında kifayət qədər nümunələrə rast gəlinir. Həmin ərazidə ermənilərin izni saxlayan maddi və mənəvi mədəniyyət abidələri yoxdur. Bunları söyləməyə hər birimizin faktlara söykənən haqqı vardır. Tarixi dəlildir ki, erməni bolşevikləri arasında inqilab pərdəsi altında daşnakları silahlandırıb, dinc Azərbaycan əhalisinin üstünə göndərəlnlər var idi. S.Şaumyanın Azərbaycanda dırnaqarası fəaliyyəti bunun aydın sübutudur.

XIX əsrdən başlayaraq Qarabağa ermənilərin kütləvi axını başlamışdır. Azərbaycan xalqı digər qonşularla yanaşı erməni xalqına, onun tarixinə, mədəniyyətinə daima hörmətlə yanaşmışdır. Bunun əksinə olaraq, Ermənistanda yaşayan azərbaycanlılara əks münasibət olmuşdur. Ümumiyyətlə, ermənilər Azərbaycan tarixini, mədəniyyətini və arxeoloji abidələrini məhv edib, tamamilə yer üzərindən silinməsinə cəhd göstərmiş və göstərirlər.

Tarixdən bəllidir ki, 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələləri Azərbaycan dövlətinin iki yerə parçalanmasnın əsasını qoydu. 1905-1906 və 1918-ci illərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşındadır. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişdirlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalırnda, Qarabağda, Lənkəranda və s. yerlərdə qəddarlıqla həyata keçirilmişdir.

Azərbaycana qarşı yürüdülən soyqırım XX əsrin 50-ci illərindən sonra yenidən gücləndi. Nəhayət, 1988-ci ildən ortaya atılan Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində, yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından qovuldu.

Şuşa, Xocalı, Ağdam, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Qubadlı və s. rayonlarımız Ermənistan silahı qüvvələri tərəfindən işğal olundu.

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım bütün in­sanlığa qarşı edilmiş faciədir.