Ağayar Şükürov
Etnik münaqişələrin həlli haqqında bəzi mülahizələr
Etnik münaqişələrin yaranması səbəbləri müxtəlif, tarixi isə uzundur desək, yanılmarıq. Lakin XX əsrin II yarısından başlayaraq etnik münaqişələrin edildiyindən, dünyanın bir sıra bölgələrində yaranan münaqişə ocaqlarının söndürülməsi istiqamətində müəyyən təşkilatlar yaranmışdır. Bir sıra ölkələrdə on illərdir ki, müəyyən orqanlar bu sahədə işlər görürlər. Bəzi ölkələrdə hələ keçən əsrin 2-ci yarısından bir sıra təşkilatlar etnik münaqişələrin öyrənilməsi və təhlili ilə məşğul olmağa başlamışdılar. Keçmiş SSRİ məkanında 90-cı illərdən başlayaraq etnik münaqişələrə, həm dövlət səviyyəsində (siyasi baxımdan), həm elmi tədqiqat institutlarında (elmi baxımdan), həm də ayrı-ayrı görkəmli, tanınmış şəxsiyyətlərin simasında xüsusi şəxsi münasibətlər baxımından öyrənilməyə meyl güclənmişdi. Müəyyən təcrübə toplandıqdan sonra münaqişəni öyrənən analitik mərkəzlər, tədqiqat qrupları formalaşmışdı. Lakin Kommunist Partiyasının təkhakimiyyətliliyi dövründə, müxalifətin səsini çıxarması olduqca çətin idi. Lakin tək-tək millətçi təşkilatların üzvləri müxləlif xarici radiostansiyalarında öz sözlərini deməyə cəsarət tapırdılar. Tədricən keçmiş milli münasibətləri, beynəlmiləlçiliyi öyrənən 121 alim birdən-birə münaqişə problemləri üzrə mütəxəssislərə çevrildilər. Bu problem ətrafında polemikada kimlər çıxış etmirdilər? İdeologiya üzrə katiblərdən tutmuş tarix müəllimlərinə, komsomol işçisindən tutmuş, dövlət orqanlarında çalışan yüksək rütbəli məmurlar, hamısı birdən-birə dönüb vətənpərvər və millətçi oldular. Nəticədə gələcəkdə qurulacaq milli hökümətlərin etnik-siyasi qurumların rəhbər tərkibi formalaşmağa başladı. Ucdantutma bütün xalq milli mənafeyin müdafiəçisinə çevrildi. Bu zaman bütün qüvvələrin ziddiyyətlərin həllindən çox, onun kəskinləşməsində maraqlı idilər. Etnik münaqişələr sayəsində bir sıra təşkilatlar, xüsusilə SSRİ-nin dağılmasında mühüm rol oynayan təşkilatlar yarandı. Lakin elə bu dövrdən başlayaraq müəyyən təşkilatlar səviyyəsində müxtəlif miqyaslı və müxtəlif dərəcəli intensivdə münaqişələrin nizamlanmasının strategiyasının işlənib hazırlanmasına meyl də formalaşmışdı. Adətən, makrosəviyyədə etnik münaqişələrin həlli strategiyasının üç əsas növü xüsusi seçilirdi: 1) hüquqi mexanizmlərin tətbiqi; 2) danışıqlar; 3) informasiya yolu; Təəssüf hissi ilə qeyd edə bilərik ki, irimiqyaslı, dərin kök salmış münaqişələrin kəskinləşməsi mərhələsində yuxarıda qeyd etdiyimiz strategiya növlərinin heç biri nəticə vermir. Adətən, bu cür münaqişələrə münasibətdə sosial-siyasi və yaxud hərbi metodlara məhkəmə-cəza xarakterli üsulların tətbiqinə geniş yer verilir.
Ümumiyyətlə, qeyd etdiyimiz birinci strategiyaya gəldikdə bunun reallaşdırılması çətin nail olunan bir işdir; burada çoxetnoslu dövlətlərdə bütün qanunvericiliyin dəyişilməsi tələb olunur. Hər bir cəmiyyətdə qruplar, daha doğrusu, etnoslar arasında imtiyazlar düzgün bölüşdürülmürsə (məsələn, İsraildə yəhudilər və ərəblər arasında, Latviyada latışlar və ruslar arasında), o zaman sosial strukturda harmoniya yaratmaqdan ötəri etnoslar arasındakı münasibətlərdə mütləq dəyişikliklər yaratmaq lazımdır. Danışıqlar aparılması məsələsi də zəruridir. Lakin burada psixoloji məqamlar üstünlük təşkil edir. Lakin bu zaman avtoritetlər, tanınmış alim və ictimai-siyasi xadimlərin iştirakı vacibdir. Lakin bunun özü də çox vaxt uğurlu nəticə ilə başa çatmır.
Münaqişələrin həllinin informasiya yoluna gəldikdə burada obyektivlik daha böyük rol oynayır.
Problemin tədqiqatçılarının fikrincə, informasiyaların verilməsində obyektivlik işin həllində yardımçı rolunu oynaya bilər. Bunu biz Dağlıq Qarabağ problemi yarandığı ilk gündən müşahidə etmişik. O, vaxtın mərkəzi orqanlar (xüsusilə qəzetləri), eləcə də televiziya kanalları özünün ermənipərəst mövqeyi ilə azərbaycanlıların psixologiyasına xüsusi təsir göstərirdi. Adamların gücsüzlüyü, əks arqumenti vətəndaşlara, dünyaya göstərə bilməmələri çox mürəkkəb bir vəziyyətin formalaşmasına gətirib çıxarırdı. Moskvada erməni lobbisi güclü olduğundan mərkəzi orqanlarda rəhbər vəzifələrdə çalışan ermənilərin çoxluğu məsələnin onların xeyirinə həllinə kömək etmişdir. Bu proses SSRİ dağıldıqdan sonra da davam etmişdir. Nəticədə rusların köməyi ilə ermənilər «Xocalı faciəsini» yaratmış, Azərbaycanın 7 rayonunu işğal etmişlər. Dünya birliyinin, Avropanın bu problemə «ikili standart» mövqeyindən yanaşması, müsəlman dünyasının birliyinin zəif, ölkələrin həm siyasi, iqtisadi, həm də hərbi baxımdan zəifliyi də problemin həllinin uzanmasına imkan vermişdir. Bu da öz növbəsində 100 minlərlə ev-eşiyindən, yurdundan didərgin düşən insanlarımızın onsuz da ağır olan vəziyyətini bir az da ağırlaşdırmışdır. ATƏT və s. beynəlxalq təşkilatların nümayəndələrinin birinin gedib digərinin gəlməsi problemin həllinə çalışmağın yalnız görüntüsünü yaratmaqla məşğuldur.
Əslində problemi yalnız əlahəzrət Azərbaycan xalqı özü həll etməlidir. Tarixə müraciət etsək, indiyə qədərə bu cür problemlərin sülh yolu ilə həlli imkanlarının olduqca az olduğu məlum olar. İkinci bir tərəfdən Dağlıq Qarabağ problemi «etnik münaqişə» adı altında yaransa da bu əslində ermənilərin Azərbaycana qarşı ərazi iddiası məqsədindən doğmuşdur. Ermənilərin qonşu dövlətlərin, demək olar ki, əksəriyyətinə (Türkiyəyə, Gürcüstana və Azərbaycana) bu cür ərazi iddiaları zaman-zaman olmuşdur və indi də davam etməkdədir. Günahsız, məzlum erməni obrazının yaradılmasına çox vaxt sərf edən erməni ideoloqları daha heç kimi həmin fikirlərin doğruluğuna inandıra bilmirlər. Buna bizim informasiya cəbhəsindəki uğurlarımız da az kömək etmir. Müharibənin başlanacağı günün o qədər də uzaqda olmayacağını dəqiq bilən ermənilər vaxt qazanmağa, silahlanmağa, müdafiə qabiliyyətini qüvvətləndirməyə çalışırlar. Azərbaycan tərəfi də eyni istiqamətdə iş görmək əvəzinə, hələ də sülh yolunun başa çatmadığını, bu şəraitdə imkanların tükənmədiyini qeyd etməklə xalqın vətənpərvərlik ruhuna zərbə vururlar. Halbuki «hər şey cəbhə üçün, hər şey qələbə üçün», şüarının gündəmə çıxmasının vaxtı çoxdan çatmışdır. Azərbaycanın hərbi, iqtisadi potensialı buna imkan verir. Sadəcə olaraq, dövlət səviyyəsindən bu məsələnin təşkilinə başlamaq lazımdır. İndi hamıya məlum olan bir həqiqət vardır. Etnik münaqşişələrin siyasi, o cümlədən psixoloji metodlarla tam şəkildə həll edilməsi utopiyadır. Bu barədə həm Freydin, həm də K. Lorensin fikirləri bizə imkan verir ki, öz mülahizələrimizin düzgün olduğunu sübut edək. Freydin fikrincə, insanın aqressiyasının (təcavüzünün) istiqamətini elə dəyişmək lazımdır ki, o öz ifadəsini müharibədə tapmasın. Buna identifikasıya yolu ilə insanlar arasında (müxtəlif etnoslara mənsub olanlar nəzərdə tutulur) emosianal əlaqələrin yaranması mühüm rol oynaya bilər. Freyd bunu hisslərin vəhdətinə nail olmaq kimi başa düşürdü. Bütün bu deyilənləri erməni-Azərbaycan münasibətlərinə aid etmək qeyri-mümkündür. Erməni mentaletiti mazaxizm səviyyəsindən yuxarı qalxa bilməz. Əsrlər boyu qonşuluq və qohumluq edən bu xalq ona çörək verən isti bucaq, yaşamaq, dolanmaq imkanı verən xalqdan torpaq tələb edir. Yaşadıqları, ona verilən başqasının torpağının «özəlləşdirmək» - «özününküləşdirmək» istəyir. Bu zaman onların arasında «hisslər birliyindən» danışmaq nə qədər ağıla batandır. Özünün «Aqressiya» (təcavüz) əsərində Nobel mükafatı laureatı, Avstriya alimi K. Lorens bəşəriyyətin 8 günahından danışır. Onların içərisində 6-cı dəhşətli günah xüsusi qeyd edilməlidir. Onun fikrincə, bu günah ənənə ilə əlaqənin kəsilməsi ilə bağlıdır. Ənənə keçmişdə mövcud olan insanların təcrübəsi ilə müəyyənləşdirilən mədəniyyət normalarıdır. Mühafizəkarlıq deyə həmin təcrübədən imtina edilməsi bu gün üçün yararlı hesab olunmur, elə buna görə də insanların ənənələrlə əlaqəsi kəsilir. Təsadüfi deyildir ki, gənclik böyüklərə özgə yarıetnik qrup kimi baxırlar. K. Lorensin sözləri ilə desək, onlara qarşı «milli nifrət» hissi bəsləyirlər. Bu tendensiya valideynlərlə övladlar arasında kontaktın zəifləməsi daha doğrusu, kifayət qədər olmaması səbəbinə güclənir. Həmin meylin nəticəsi bu gün daha ağrılı hiss olunmaqdadır. Bu problem etnik münaqişələrin həll olunmasına da təsir göstərmişdir. Ənənə ilə əlaqənin kəsilməsi yaddaşsızlığa, erməni xislətinin dəyişməz olduğunu unutmağa bərabərdir. Bu da öz növbəsində aqressor erməniyə qarşı mübarizə hissini kütləşdirir. Ermənilərin XX əsrin əvvəllərində Azərbaycan xalqının başına gətirdiyi fəlakətləri, 1988-ci ildən başlayan «Dağlıq Qarabağ» problemi və onun yaratdığı faciələr, bir milyon qaçqın və köçkün, Ermənistandan öz tarixi ata-baba torpaqlarından 100 minlərlə azərbaycanlının çıxarılmasını unutmaq lazımdırmı? Lazım deyildir! Ona görə də, ənənəyə sadiq qalaraq, düşməni öz yerində oturtmaq vaxtı gəlib çatmışdır.
Bir məsələni qeyd etmək lazımdır. Etnik münaqişələrin inkişafına kömək münaqişəyə girən tərəflərdən başqa, digər maraqlı tərəflər də vardır. Hər şeydən əvvəl, etnik münaqişələrin inkişafı səbəblərini və digər vəziyyəti qeyd etmək lazımdır. Birincisi, bu münaqişələr o qədər genişlənir ki, onun məkanını müəyyənləşdirmək zəruridir. Onun harada (burada sadəcə ərazi deyil, bu ərazinin necə olması, düzənlik, dağlıq, meşəlik bataqlıq və s.) nə cür baş verməsi nəzərə alınmalıdır. Çünki zorakılıq üçün hansı ərazinin seçilməsi təsadüfi deyildir. İkincisi, hansı yaşayış məskənlərinin əhalisi bu münaqişəyə cəlb olunmuşdur. Yəni böyük və kiçik şəhərin, qəsəbənin əhalisinin etnik münaqişəyə cəlb edilməsinin öyrənilməsi vacibdir. Üçüncüsü, münaqişənin inkişafının vaxtı və intensivliyinin dəqiqləşdirilməsi zəruridir. Münaqişənin ömrü uzanırsa, onun həlli də dəfələrlə çətinləşir. Münaqişəyə cəlb edilən subyekt tiplərinin ora cəlb edilməsini müəyyənləşdirmək olduqca vacibdir. Postsovet məkanında baş verən milli-etnik münaqişələr (Gürcüstan, Pribaltika, Azərbaycan, Moldova və s.) lokal münaqişələr kimi başlayıb qlobal münaqişələrə çevrilmişdir.
Münaqişələrin həlli təcrübəsi göstərir ki, onların əksəriyyətində qan tökülməsi zəruri faktor olmuşdur. Mənim fikrimcə (bunu təkzibedilməz faktlar da sübut edə bilər), ən ağrılı, ən çox qan tökülən, milyonlarla insanı evsiz-eşiksiz qoyan münaqişələr içərisində erməni-Azərbaycan-türk münaqişəsi xüsusi yer tutur. Burada faciənin miqyası olduqca böyükdür. Münaqişənin açıq müharibəyə çevrilməsi nəticəsində Azərbaycan torpağının 20 faizi işğal edilmiş, 1 milyondan çox Azərbaycan əhalisi doğma torpaqlarından didərgin düşmüş, erməni faşistləri zəbt etdikləri Azərbaycan ərazisində olmayan vəhşiliklər etmişlər. Ərazidə radioaktiv tullantıların basdırılması oradan narkotik maddələrin tranziti yolu kimi istifadə edilməsi bəşəriyyətə qarşı cinayətdir. Terroristlərin işğal edilmiş ərazilərdən baza kimi istifadə etməsi də xüsusi qeyd edilməlidir. İşğal edilmiş ərazidə onlarca şəhər və qəsəbə, yüzlərlə kəndlərimiz, sənaye, kənd təsərrüfatı obyektləri, təhsil və mədəniyyət müəssisələri ilə birlikdə yerlə-yeksan edilmişdir. Ermənilərin işğalı nəticəsində 1 milyon hektardan çox kənd təsərrüfatına yararlı torpaqlar, 260 min hektar nadir meşələr, 12 min hektardan çox həyətyanı bağlar, təsərrüfat dövriyyəsindən çıxarılmışdır. 200-dən çox faydalı qazıntı vəhşicəsinə istismar edilərək Ermənistana daşınmaqdadır. 2 dövlət qoruğu, 4 dövlət yasaqlığı dağıdılmışdır. Heyvanlar aləmi demək olar ki, ləğv edilmişdir. Təcavüzkarların vəhşiliyi o dərəcəyə çatmışdır ki, hətta tezliklə bu torpaqların birdəfəlik Ermənistana birləşdiriləcəyi haqqında məsuliyyətsiz bəyanatlar verməyə başlamışlar.
Bir sözlə, son illər danışığı heç bir nəticə verməmişdir. Azərbaycanın sülh yolu ilə nəyəsə nail olacağı qətiyyən ağla batan deyildir. Ona görə də elə bu gündən sözün həqiqi mənasında Ermənistanla müharibəyə hazırlaşmaq lazımdır. Etnik münaqişələrdən həqiqi yolu (konkret olaraq erməni-Azərbaycan münaqişəsinin) ancaq müharibədən keçir. Bu gün bunu bütün Azərbaycan xalqı başa düşməlidir. Sabah gec olacaqdır.