Tahirə Allahyarova

Ekoloji qloballaşma və Qarabağ münaqişəsi

Dünyanın vahid qlobal məkana və ümumi taleyə malik olması fikri ilk olaraq ekoloji tədqiqatlarda önə çıxarıldı, xüsusi vurğulandı. Ekoloji problemlərin təhlili ilə lobalistika adlı elmi istiqamətin formalaşması paralel şəkildə getmişdir. «Qloballaşma» deyəndə ilk növbədə qlobal ekoloji problemlər, roma klubu yadımıza düşür.

Lakin bu gün qəribə bir meylin baş verməsi bizi narahat edir. Qloballaşma prosesinin ən müxtəlif istiqamət, strategiya və təzahürləri ciddi tədqiq olunur. Qloballaşmanın iqtisadi, siyasi, mədəni, informasiya, geosiyasi, demoqrafik və s. sahələrdə doğurduğu proseslərə diqqət ayrılır, çoxlu tədqiqatlar həsr edilir, beynəlxalq simpozium və konfranslar keçirilir. Bu hadisələr fonunda ekoloji məkan və problemlərin qloballaşması, prosesini ekoloji faktor və təzahürlərinin təhlili sanki güclə sezilir. Ekoloji sahədə «lokallıt» və «qloballı» müstəvilərinin çox kövrək və incə bağlarla əlaqələndiyi, əslində onların eyni qloabl məkanın vəhdətdə olan iki tərəfi olması unudulur.

Ekoloji məkanın qloballaşmasını xüsusi tədqiqat obyekti kimi diqqətə çəkilməsi bu baxmıdan çox vacibdir.

Əsrin sonlarında qlobal geosiyasi məkanda baş verən dəyişik­liklərin ekoloji nəticələri və perspektivdə təzahürləri dünya elmi ictimaiyyətini ciddi düşündürməlidir.

Bir-birinə qarşı duran iki dünya sistesinin dağılması, lokal sivilizasiyaların qarşıdurmasını gücləndirdi. Onların qlobal hərbi münaqişəyə çevrilməsi istiqamətində Qərb öz imkanlarından istifadə edir. Lakin lokal görünən münaqişələrin qlobal ekoloji təhlükə doğurması aspektinin təhlili kölgədə qalmışdır.

Hər necə qəbul edilsə də, bu gün planetimizdə bütün sahələrdə bir-biri ilə sıx çuğlaşan, əsr bir-birinə qarşı duran iki dünya sisteminin dağılması, lokal sivilizasiyaların qarşıdurmasını gücləndirdi. Onların qlobal hərbi münaqişəyə çevrilməsi istiqamətində Qərb öz imkanlarından istifadə edir. Lakin lokal görünən münaqişələrin qlobal ekoloji təhlükə doğurması aspektinin təhlili kölgədə qalmışdır.

Hər necə qəbul edilsə də, bu gün planetimizdə bütün sahələrdə bir-biri ilə sıx çuğlaşan, XIX əsrdə bəşəriyyətin taleyini müəyyən edəcək qlobal fenomen formalaşmışdır. Etnik və milli müstəvilərin fövqündə duran ümumdünya səviyyəli təsisatlar, dünyanın vahid ümumi taleyi formalaşmışdır.

Ekoloji amil bəşəriyyətin təşəkkülü və həyat fəaliyyətində başlanğıcdan müstəsna əhəmiyyətə malik olmuşdur. Lokal sivilizasiyaların formalaşması özü də, insanlarla onları əhatə edən mühitin tarixi təkamülünün nəticəsi olmuşdur. Dünyanın inkişafında təbii-ekoloji faktorların rolu, tarixi mərhələlər bir-birini əvəz etdikcə yüksələn xətlə inkişaf etmişdir. Həm də faktorların ümumbəşəri xarakteri də get-gedə genişlənmişdir.

Qlobal ekoloji böhranlar planetdə baş verən müharibə və münaqişələrlə bilavasitə bağlı olmuşdur. Üçüncü minilliyin astanasında dünyanın üzləşdiyi ekoloji böhran öz dərinliyi və əhatəsi ilə xüsusilə kəskin xarakter daşıyır. Bu da ekoloji məkanın qloballaşma səviyyəsini daha yüksək xəttə çatması ilə əlaqədardır.

Ekoloji məkanın qloballaşması aşağıdakı əsas formalarda təzahür edir:

1. İntensiv beynəlxalq mübadilənin formalaşması nəticəsində, eləcə də xarici investisiyaların fəal tətbiqi ilə əsas təbii ehtiyatların bütün növlərinin dünya miqyasında birgə istifadəsi və mənimsənilməsi (məsələn, neft, neft məhsulları, təbii qaz, əlvan və qara metallurgiya, bəzi ərzaq məhsullarının növləri və s.);

2. Qlobal miqyasda planetə ziyan gətirən, ozon təbəqəsinə təhlükə yaradan səbəblərin, bəşəriyyətin dayanıqlı inkişafa keçməsini müəyyən edilmiş və dünyanın əksər ölkələrində həyata keçirilən qlobal ekoloji siyasətin reallaşdırılması sahəsində görülən işlər;

3. Qlobal və lokal nəqliyyat şəbəkələri və nəqliyyat dəhlizləri (dava, dəniz və s.);

4. Beynəlxalq ekoloji standart və normaların qəbul edilməsi, icrasına nəzarət və onların pozulmasına tətbiq edilən sanksiyalar sisteminin movcudluğu;

5. Təbii, ekoloji və texnigenfəlakətlərin nəticələrinin (məs: Çernobıl AES, zəlzələlər və s.) birgə beynəlxalq səylərlə aradan qaldırılması praktikası;

6. Dünya dövlətlərinin rolu və məsuliyyətlərinin artırılması, qlobal miqyaslı tədbirlər dəstək verilməsi məqsədilə beynəlxalq ekoloji struktur və fondların (məs: Beynəlxalq ekoloji fond) yaradılması.

Qlobal ekoloji problemlərin təhlilində milli-etnik münaqişə və müharibə səviyyəsində gedən ziddiyyətlərin nəzərə alınması dünyada baş verən prosesləri təmin edəcək səviyyədə deyildir. Münaqişə müharibə və ekologiya probleminin doğurduğu bütün dünyanın təbiəti üçün ciddi təhlükə doğuran məsələlər hələlik dünya elmi ictimaiyyətinin birmənalı qiymətini ala bilməmişdir.

Son iyirmi ildə münaqişələr və regional müharibələr 13 milyon insanı öz doğma yerlərindən didərgin düşməyə məcbur etmişdir.

Bu səylərdə ən müxtəlif maraqlarını güdən qüvvələr tərəfindən dəstələşir, qlobal miqyasda fikir yürütməyi bacarmayan siyasi qərar qəbul edənlər təbəqəsi də problemin doğuracaq ziddiyyətləri görməyə qabil deyildir.

Müharibə və ekologiyanın sosial-ekoloji nəticələrinə dair tədqiqatlar Milli Elmlər Akademiyasının «Qloballaşma və sosial ekologiyanın fəlsəfi problemləri» şöbəsində, professor A. Şükürovun rəhbərliyi ilə ilk dəfə təhlil olunmağa başlamışdır. Təəssüf ki, problemin aktuallığını vurğulamaq əvəzinə biz ən çox «müharibə ilə ekologiyanın nə əlaqəsi var» suallarını, (ən təəccüblüsü də alimlər tərəfindən) çox eşidirik. Bunlar sübut edir ki, Azərbaycanda da problemə elmi ictimaiyyətin diqqəti lazımi səviyyədə deyildir.

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın və dolayısı yolla bölgədə və qlobal miqyasda təbiətə vurduğu ziyan statistik göstəricilərdə əksini tapmışdır. Münaqişənin lokal səviyyədən regional və beynəlxalq geosiyası problem səviyyəsinə necə yüksəlməsi isə professor Əli Abbasovun tədqiqatlarında bütün elmi arqument və real dəlillərlə təhlil edilmişdir. Bu baxımdan mövcud olan (az da olsa) tədqiqatlara dayaqlanaraq münaqişənin ekoloji aspektlərinin beynəlxalq ekoloji problem kimi haqlı qabardılması gündəlikdə duran ən mühüm məsələlərdəndir. Münaqişənin günahkarları planetin təbiətinə qəsd etmək baxımından ekoloji terrorizmdə ictimai olunmalıdırlar. Qloballaşma prosesində ilk dəfə olaraq dünyanın ümumi taleyinin formalaşmasından danışılırsa, Dağlıq Qarabağ təbiətinə qarşı törədilmiş cinayətlərdə məhz bu kontekstdən beynəlxalq ekoloji fondun siyasətində əksini tapmalıdır.