Firuzə Əliyeva

Qloballaşma dövründə beynəlxalq və erməni terrorizmi

Müasir dövrümüzdə terrorizm bir ölkə çərçivəsindən çıxmış bütün beynəlxalq aləmdə qlobal şəkildə yayılmış, terrorizm iqtisadiyyatı, siyasəti və sosial həyatın bütün sahələrini əhatə etmişdir. Müasir qloballaşma prosesində dövlətlərin iqtisadi, siyasi cəhətdən bir-birinə inteqrarasiyası terrorizmin sərhədləri dağıdaraq bütün beynəlxalq aləmdə təhlükə yaratması ilə müşayiət olunur. Bu gün qloballaşma sanki terrorçuların əl-qolunu açır. Bu mənada, onlar maddi-texniki və maliyyə cəhətdən çox yüksək səviyyədə təmin olunaraq bütün dünya sivilizasiyasına təhlükə törədirlər. Müşahidələr gösərir ki, terrorçular törətdikləri cinayətlərə görə – siyasi, milli, beynəlxalq, ideoloci, etnik, dini, dövlət, hərbi, hava və s. növlərə ayrılırlar.

Separatizm beynəlxalq terrorizmin bir hissəsidir. Bu gün beynəlxalq terrorizm milli, dini zəmində inkişaf edərək özünü etnik separatizm kimi təzahür etdirir. Etnik separatizm özünü onda göstərir ki, hazırda dünyada 3000 müxtəlif etnik qrup və xalq yaşayır ki, onlardan yalnız 300 min öz dövləti və muxtariyyəti vardır.

Asiya, Afrika və Avropa dövlətlərində öz tərkib hissələrinə görə parçalanmış xalqlar uzunmüddətdir ki, vahid bir dövlətin çərçivəsində yaşayırlar. Bu da etnik separatizm təkcə milli çərçivə daxilində yox, eyni zamanda əmin-amanlıq şəraitində yaşayan xalqlar üçün də qlobal xarakter daşımasına əsas verir.

Bilirik ki, separatizm çoxmillətli dövlətlərin tərkibində yaşayan azsaylı xalqların ayrılaraq müstəqil milli dövlət, vilayət yaradılmasına cəhd göstərmələridir. Hazırda erməni terrorçuları, dünyanın elə bir ölkəsi yoxdur ki, orda öz təşkilatlarını yaratmasınlar. Onlar özgə torpaqları hesabına «Böyük Ermənistan» dövləti yaratmaq istəyirlər. Bu bədxahlar ona görə də hər yerdə terrorçuluq edir, minlərlə günahsız insanların qətlinə səbəb olurlar. Bu gün qloballaşma dövründə erməni terrorizmi dünya sivilizasiyası üçün böyük təhlükədir. Onlar digər terror təşkilatları ilə əlaqə yaradır və öz məqsədlərinə nail olmaq üçün dəridən qabıqdan çıxırlar. Məsələn, Fələstin və erməni terrorçü dəstələri artıq 30 ildən çoxdur ki, həmkardırlar. Heç təsadüfi deyildir ki, Ərəfat «Əl-ayam» qəzetinə müsahibəsində demişdi ki, «biz və ermənilər bir xalqıq», bu sözlər erməni terrorçularının və onlarla birlikdə satqın və ikiüzlü Fələstin terrorçularının məkrli siyasətlərini açıb göstərir. Qeyd etmək lazımdır ki, «Daşnaksutyun», «Asala» və digər erməni terrorçu təşkilatları Yaxın Şərqdə «Əl-Kaidə» ərəb terrorçu təşkilatı ilə sıx əməkdaşlıq edir, birlikdə iş aparırlar. Onlar Qarabağ müharibəsində bu təşkilatların köməyindən istifadə etmişlər.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi erməni-ərəb terrorçu təşkilatlarını fəallaşdırmışdır. Yaxın Şərqdə yaşayan etnik ermənilər müxtəlif üsullardavn istifadə edərək, bu neft kəmərinin çəkilişinə maneçilik törətmək istəyirlər. Məhz buna görə də onlar Azərbaycanın işğal edilmiş ərazilərindən istifadə etmək istəyirlər. Məhz bu terrorçular bu gün bir Azərbaycan xalqına qarşı deyil, dünya sivilizasiyasına təhlükədir.

Beynəlxalq terrorizm cəmiyyətə, dövlətə və bütövlükdə insanlara, onların həyatlarını məhv etməyə qarşı çevrilmişdir. Müasir terrorizm xarakterik cəhətlərindən biri də yaşayış yerlərində günahsız insanları terror aksiyalarının qurbanı etmələridir İnsanların hüquq və azadlıqlarının terror təhlükəsi nəticəsində pozulması ilə əlaqədar ABŞ-ın keçmiş prezidenti F.Ruzvelt demişdir. Terror aktları (insanların hüquq və azadlıqlarına qarşı) birbaşa və dolayısı yolla həyata keçirilir.

Birbaşa insan haqlarının pozulması, yəni onları azadlıqdan məhrum etmə, girov götürmə, öldürmə, əmlakını qarət etmə və s. misal ola bilər. Dolayısı yolla terrorçuluğa vətəndaşların hüquq və azadlıqlarının pozulması, milli dövlət çərçivəsindən çıxaraq beynəlxalq hüquq normalarına zidd olaraq vətəndaşların zorakılığa məruz qalmaları və dövlətin buna qarşı qəbul etdiyi sanksiyalar və mübarizə metodları və s. daxildir. Bu zaman dövlət terrorirzmə qarşı əhalinin yaşadığı ərazilərdə fövqəladə vəziyyət elan edərək, vətəndaşların pozulmuş hüquqlarının bərpasına çalışır. Məsələn, 2001-ci il 11 sentyabr terror aksiyasından sonra ABŞ və Fransa elə bir qanun qəbul etdi ki, o, məhkəmənin sanksiyası olmadan belə, polisə bütün nəqliyyat vasitələrində yoxlama və axtarışlar aparılmasına icazə verdi. Almaniyada isə məxfi xidmət orqanlarına və polisə tapşırıldı ki, rabitə və telefon qovşaqlarındakı danışıqlara qulaq asılmasına qoyulmuş hədd zəiflədilsin. İngiltərədə şübhəli görünən terrorçuları hakimin qərarı olmadan istənilən vaxtı tutmağa göstəriş verildi.

XX əsrdə qlobal şəkildə yayılmış beynəlxalq terrorizmə qarşı mübarizə 1993-cü ildə Venski deklarasiyasında və insan hüquqlarının qorunması ilə bağlı Ümumdünya konfransının qəbul etdiyi Proqramda öz ifadəsini tapdı. Bu sənədlərdə beynəlxalq terrorizm onun forma və praktiki aşkarolma metodları, demokratiya və insanların azadlığı, həyatı üçün təhlükə törətdikləri göstərilirdi.

Onu da qeyd etmək lazımdır ki, son illərədək BMT terrorizmi və onun insanlığa qarşı çevrilmiş təhlükəsini tanımırdı. Onda belə qənaətə gəlmək olar ki, terrorizm təhlükəsi, onun törətdiyi cinayətlər hansı beynəlxalq qanun normalarına uyğun gəlir.

Biz qloballaşma dövründən terrorizmdən danışarkən erməni terrorizmini unutmamalıyıq. 1918-ci ildə yerlərdə sovet hakimiyyəti qurmaq bəhanəsi ilə erməni daşnakları Azərbaycanın müxtəlif şəhər və kəndlərində soyqırımı törətdilər. Uzun illər dahi saydığımız V.İ.Lenindən tutmuş daşnak komissar Stepan Şaumyana, özünü türk dünyasının qənimi hesab edən Andronikə qədər saysız-hesabsız düşmənlər əl-ələ verərək, Bakını Rusiya quberniyasına, Azərbaycanın digər rayonlarını isə «Böyük Ermənistan»ın bir hissəsinə çevirmək arzusu ilə mart qırğınını törətdilər.

Erməni quldur dəstələri Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Naxçıvanda, Zəngəzurda, habelə Azərbaycanın digər ərazilərində yüzlərlə-minlərlə azərbaycanlıya işgəncə verirdilər, evləri qarət edib yandırırdılar. Erməni daşnak və bolşevikləri öz vəhşi əməllərinə don geyindirərək, törətdikləri qırğınları vətəndaş müharibəsi kimi qələmə verməyə və bununla da əsil tarixi həqiqəti ört-basdır etməyə çalışırdılar. Bir gecədə, yəni martın 31-də təkcə Bakıda və onun ətraf kəndlərində 15 min günahsız azərbaycanlı öldürülmüşdür.

1919-cu il 19 martda saat 12-də isə Əmirov, Lalani Şamaxıda camaatı məscidə yığıb yandırdılar. Böyük yazıçı və görkəmli dövlət xadimi Nəriman Nərimanov yazırdı ki, «Mən Şaumyana və Çaparidzeyə dedim ki, siz müsəlman əhalisinə sübut etməlisiniz ki, mart qırğını sizin arzunuzla olmamışdır. Bunu Sovet hakimiyyətinin düşməni və satqınları etmişdir.

Tarixi vərəqlədikcə bizə aydın olur ki, bu gün Qarabağ torpaqlarının işğalının təməli hələ ötən əsrin əvvəllərindən qoyulmuşdur. Azərbaycan xalqı işğalçıları məhv edib vətəni azad etmək üçün birləşməlidir. Erməni terrorizmi gələcək nəsillər üçün həmişə təhlükəli olub və olacaqdır. Biz bu hadisələrlə əlaqədər həmişə ayıq olmalı və düşmənlərimizin məkrli hiylələrinə qarşı layiqli cavab verməyə hər an hazır olmayılıq.

Dünyada beynəlxalq terrorizmi dəstəkləyənlərə qarşı dövlət səviyyəsində mübarizə aparılmalıdır.