Salidə Şərifova
Müasir Azərbaycan bədii ədəbiyyatında erməni terrorçusu
(işğalçısı) surəti haqqında mülahizələr
Ermənistan tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin işğalı «Dənizdən-dənizə Ermənistan» riyakar planının realizə edilməsinin növbəti «icra pilləsi»dir. Ermənistanda yaşayan və dünyaya səpələnmiş ermənilər, o cümlədən gənc erməni nəsli arasında, Dağlıq Qarabağın anneksiya edilməsini «milli-azadlıq mübarizəsi» kimi görüşlərin formalaşdırılması istiqamətində məqsədyönlü siyasi kurs davam etdirilir. Hətta, bu «mübarizənin» son məqsədlərə çatmadığı və orta perspektivlərdə Naxçıvan və «şimali Qarabağın» «azad edilməsi» üçün yenidən müharibənin başlanacağı tezisləri erməni gənclərinə aşılandırılır. Terrorçu dövlət olan Ermənistan Respublikasında natsist dəyərlərin təbliğatı «təmas xəttində» işğalçılar tərəfindən «atəşkəş rejimi»nin vaxtaşırı pozulmasında da özünü büruzə verir. «Atəşkəs dövründə» düşmənin hücumlarını dəf edən Azərbaycan əsgərləri Vətən uğrunda şəhidlik zirvəsinə ucalırlar. Belə bir şəraitdə, özünü Azərbaycan övladı sayan ziyalı düşmənin təcavüzünə qarşı mübarizə aparmağa qadir olan milli ideologiyanın formalaşdırılması və əhali arasında yayılması istiqamətində addımlar atmalıdır. Təbii ki, ideoloji təbliğatda geniş istifadə edilən bədii ədəbiyyat bu prosesdən kənarda qala bilməz. Diqqətəlayıq haldır ki, son dövrlərdə Azərbaycan ədəbiyyatında Dağlıq Qarabağ mübaribəsi və erməni təcavüzü mövzusuna marağın artması müşahidə edilir. Bu istiqamətdə qələmə alınmış əsərlərdə erməni terrorçusu (işğalçısı) surətinin verilməsi, həmçinin bu surətə xas səciyyələrin təhlil edilməsi xüsusi maraq doğurur. Müxtəlif canrlarda qələmə alınmış ədəbi nümunələrdə erməni terrorçusu (işğalçısı) surətinin açıqlanmasının səciyyəvi xüsusiyyətləri özünü büruzə vermişdir ki, onları da nisbi olaraq aşağıdakı qaydada qruplaşdırmaq mümkündür:
· erməni terrorçusunun (işğalıçısının) Azərbaycan və azərbaycanlılarla əlaqəli olması;
· erməni terrorçusunun (işğalçısının) neofaşist ideoloji dəyərlərə riayət etməsi;
· erməni terrorçusunun (işğalçısının) daxili aləminin insanlıq və humanistlilik böhranına məruz qalması;
· erməni terrorçusunun (işğalçısının) kəskin mənəvi-psixoloji sindroma məruz qalması;
· erməni terrorçusunun (işğalçısının) məhv edilməsi.
Müasir Azərbaycan ədəbiyyatında əsərlərin əksər qismində təsvir olunan erməni terrorçularının (işğalçılarının) millətimiz arasında böyüdüyü, bizim adət-ənənələr və mentalitetimiz ilə tanış olması diqqəti cəlb edir. Qələmə alınmış əsərlərdə həmin ermənilər məharətlə maskalanmış «mehriban», «şirindil», «yazıq görkəmli» və tipik surətlərdə təsvir olunur. Məsələn, Nüşabə Məmmədlinin «Zəngulə» romanında Aşot Qulamyan vaxtilə azərbaycanlılar arasında yaşamış və azərbaycanlılarla «dostluq» əlaqələri saxlamışdır. Eyniylə, Nigar Qarayevanın «Daş hasar» romanındakı Xpes Xristofor, Elçin Mehrəliyevin «Doxsanıncı illər» romanındakı Samvel, Əli Əmirlinin «Ölü doğan şəhər» romanındakı Aşot və digər əsərlərdə təsvir olunan erməni obrazları da sıx olaraq Azərbaycan və ya ayrı-ayrı Azərbaycanla əlaqəli olmuşlar.
N.Qarayevanın qələmə aldığı «Daş hasar» əsərinə diqqət yetirək. Romanda erməni terrorçusu kimi qələmə verilmiş Xpes Xristofor Azərbaycanda yaşamış və Azərbaycan çörəyi ilə böyümüşdür. azərbaycanlıların köməkləşərək Xpes Xristoforun yanmış evinin əvəzinə yeni ev tikmələrinə, imkan daxilində pay gətirmələrinə baxmayaraq, erməninin arvadı Aşxenlə birdən-birə yoxa çıxmaları, kəndi tərk etməmişdən qabaq etdikləri insanlığa xas olmayan heyvani hərəkətlər (meyvə ağaclarının, üzüm tənəklərinin, qızılgül kollarının doğrayb böyrü üstə yerə sərməsi, evin döşəməsi və divarını oyuq-oyuq etməsi, qapı-pəncərələri sındırması) onların daxilindəki Azərbaycan millətinə olan nifrətini açıqlayır. N.Məmmədlinin qələmə aldığı «Zəngulə» romanındakı Aşot Qulamayanın obrazı da xüsusi maraq doğurur. Əsir düşmüş azərbaycanlılar içərisində duz-çörək kəsdiyi dostunun həyat yoldaşının namusuna sui-qəsd etmək istəyən və dostunun qızı Rəhimənin bir gözünü çıxardan, tanıdığı bir insanın övladını kor edən Aşot Qulamyan bu baxımdan tipik erməni terrorçusu (işğalçısı) obrazı kimi qəbul edilə bilər.
Bununla belə, erməni terrorçusu (işğalçısı) sürətinin açıqlanması zamanı Dağlıq Qarabağ ermənilərinin yox, məhz Ermənistandan gəlmiş cinayətkarların əsas götürülməsi faktı xüsusi qeydə alınmalıdır. E.Mehrəliyevin «Doxsanıncı illər» əsərində 80-ci illərin sonu 90-cı illərdə milli qarşıdurmanın kəskinləşməsi istiqamətində əsasən Qarabağ ermənilərin deyil, xüsusi hazırlanmış Ermənistandan və xaricdən gəlmiş qatillər tərəfindən təkan verildiyi qeyd edilmişdir: «…hər qayanın dalında bir erməni yatır. Silahlı, saqqallı ermənilər. Deyirlər, o xarabadan tökülüşüb gəliblər, Ermənistandan».
Hətta, erməni şovinist təşkilatlarının Azərbaycanda fəaliyyət göstərməsi, Azərbaycanda millətçi dərnəklərin yaradılması istiqamətində fəal iş görülməsidə yazarların diqqətindən kənar qalmamışdır. Bu baxımdan, Əli Əmirlinin «Ölü doğan şəhər» romanı maraq kəsb edir. Belə ki, adı çəkilən romanda «Krunk» kimi erməni terrorçuları (işğalçıları) ilə əlaqəli olan təşkilatın Azərbaycandakı fəaliyyəti işıqlandırılmışdır. Azərbaycan təhsil sistemində işləyən erməni qadınının «Krunk»a üzv olması açıqlanır. «Krunk» adlı təşkilatın dırnaqarası fəaliyyəti müəllif tərəfindən bədii dillə təsvir edilir: «…bu təşkilata verdiyi pul insanpərvərlik, vətənpərvərlik rəmzidir. Azərbaycanda, elə Ermənistan ərazisində də yaşayan imkansız, maddi vəziyyəti ağır olan ermənilərə kömək etmək, yardım göstərmək müqəddəs iş, vətəndaşlıq borcudur. Sonralar, yəni Dağlıq Qarabağ «marafon»unun bədnam niyyəti hamıya, xüsusilə, Azərbaycanda şad-xürrəm yaşayan ermənilərə məlum olan «Krunk» haqqında fikri dəyişdi. Başa düşdü ki, ayda xəzinəsinə iyirmi beş-otuz manat köçürdüyü «Krunk»un məqsədi heç də zavallı, kasıb ermənilərə yardım etmək deyil, qonşu torpağını zəbt eləmək, qəsbkarlıqdır».
Azərbaycan ədəbiyyatında yaradılmış müxtəlif əsərlərdə erməni terrorçusunun (işğalçısının) əlinə silah alıb qəddar cinayətlərin törətməsinə sövq edən «dəyərlər» sisteminin açıqlanmasına ənənəvi olaraq xüsusi diqqət yetirilmişdir. Məsələn, Mirvarid Dilbazinin «Bu bəla hardan gəldi…» poemasında ermənilərin qonşunun malına göz dikərək, torpaqlarını süni şəkildə böyütmələrinə və həmişə arzusunda olduqları «hayastan» yaratmaq kimi məkrli istəkləri bədii dillə oxucuya çatdırılır:
İrəvandan bir yel əsdi,
Bu yel-tufan yeliydi.
Erməni qəsbə tələsdi,
Qəsbi Qarabağ eliydi.
İştaha belə oldu, gərək
Qarabağdan Xəzərədək
Bizim zəngin torpaqları,
Döşü meşəli dağları,
Suyu loğman bulaqları,
Bol günəşli aranları,
Taxıl yüklü xırmanları,
Qoynu qızıl sünbül dolu
Xəzansız gülüstanları,
O öz torpağına qatsın,
Sonra başqa torpaqlara
Əl uzatsın,
Dənizlərdən dənizlərə
Böyük hayastan yaratsın.
Erməni terrorçularının (işğalçılarının) Andranik kimi qaniçən bir cəllada pərəstiş etmələri, onu milli qəhrəman səviyyəsinə qədər ucaltmaları faktları reallıqdır. A.Rəhimovun «İkili dünyam» romanında türk millətinə qarşı amansız və insana xas olmayan yırtıcı hərəkətləri ilə seçilmiş Andranik kimi qaniçən, başkəsən bir iblisə heykəl qoymaları erməni millətçiliyi altında pərdələnmiş neofaşist görüşlərin realizə olunmasının əlaməti kimi qəbul edilməlidir. Həmin əsərdə erməni terrorçularının (işğalçılarının) bu münaqişəyə Azərbaycana köçürülməyə başladıqları vaxtlardan hazırlaşdıqlarını erməni mayoru Sarkisyanın «…keçən əsrdən indiyədək ermənilərdən toplanan vəsait, ikincisi isə işğal zamanı qarət edilən var-dövlət hesabına» kimi fikirləri ilə təsdiq edir. Göründüyü kimi, ermənilər istər çar Rusiyası dövründə, istərsə də SSRİ kimi imperiya dövründə də öz xülyalarından əl çəkməmiş, bu müharibəni aparmaqları üçün tarixən hazırlaşdıqları məlum olur. E.Mehrəliyevin «Doxsanıncı illər» əsərində Samvelin babasının da azərbaycanlılara qarşı vuruşduğu aydınlaşır. Belə ki, Samvelin dili ilə verilmiş bu «genetik nifrət» əsərdə öz əksini tapmışdır: «…Hamınızı gəbərdəcəm!… Kökünüzü kəsəcəm!… Bax o dağda, Qəmzə Abbas qızı mənimkiləri vurub öldürüb… Babam hələ də onun qurğuşununu gəzdirir qulağının dibində… Bilirsən bunları? Mən də onun törəmələrini qıracam».
Qeyd etmək lazımdır ki, bir srıa əsərlərdə erməni millətçiliyinin qüsurlu olması onların tarixi və mentaliteti ilə əlaqələndirilmişdir. Bu fikir bir qədər «irqiçilik» kimi görünsə belə, Ermənistanın qonşu dövlətlərin əksərinə torpaq iddialı olması ermənilərin milli dini-mədəni görüşlərində müəyyən aqresivliyin olması barəsində tezisi irəli sürmək olar. Belə ki, Ermənistan nəinki Türkiyə və Azərbaycanın torpaqlarına iddialıdır, hətta Gürcüstanın Samtsxe Cavaxetiya və strateji mütəffiqi olan Rusiyanın Krasnodar vilayətinə də göz tikmişdir. A.Rəhimovun «İkili dünyam» əsərində rus generalı Şatalovun dili ilə erməni terrorçularının (işğalçılarının) iç üzünün açıqlanması, ermənilərin bir millət kimi özəl xüsusiyyətlərinin tam işıqlandırılması faktı diqqəti cəlb edir: «ermənilər azərbaycanlıların tam əksinədirlər. Bütün məsələlərdə özlərini görəndirlər. Hər kiçik şeyə görə mənəviyyatlarını ayaqlar altına atandırlar. Özlərini sevəndirlər. Sanki təxribat, terror üçün doğulublar. Qana susayandırlar. Ailə namusu nədir bilməyəndirlər. Özləri xəyanətkar olduqlarından onları aldatmaq çox çətindir. İşləri düşən adamın, özlərindən qolu zorluların ayaqları altında yatmağa da hazırdılar. Bunlarla dostluq etmək olmaz».
Uzun illər işlənilmiş ideoloji mexanizmin təsiri nəticəsində gənc ermənilər neofaşist millətçi dəyərləri qavramağa və onları vətənpərvərlik hissləri ilə qarışdırmağa başlayırlar. Nəticədə həmin şəxslərdə dəyərlər sisteminin sınması özünü büruzə vermiş olur. «Böyük Hayastan» iftira ideologiyası erməni gənclərinin nəinki beyinlərini, hətta «ürəklərini» çürüdür. Milli ədəbiyyatımızda bu problemə diqqət yetirilmişdir. Belə ki, müxtəlif əsərlərdə ermənilərin gözlənilməz hücumlarının təsvirinin verilməsi faşistlərin hərəkətlərinin təkrarı kimi gözümüzdə canlandırılır. Zeynəb Bəhmənlinin «Xocalı» şerinə diqqət yetirdikdə erməni qaniçənlərin Xocalı tarixi faciəsini törətməkləri tarixi yaddaşlara salınmaqla yanaşı, reallığı gözümüzdə canlandırır:
Əsrin faciəsi olan Xocalı!
Erməni başına nələr gətirdi?
Əsir apardılar cavan-qocanı,
Baharın qış gəldi, yaman Xocalı!
Ermənilərin törətdikləri dəhşətləri, insanlığa sığmayan hərəkətləri, iztirabları, itkiləri əks etdirməsi baxımından E.Mehrəliyevin «Doxsanıncı illər» romanı maraqlıdır. Əsərdə ermənilərin törətdikləri ağır cinayətlər, Kamalın cəsədi üzərində etdikləri insana xas olmayan hərəkətlər də təbii şəkildə, real təsvirlərlə verilir: «Samvel isə tələsmirdi, bıçağı Kamalın hulqumundan götürüb, əvvəlcə qulaqlarını kəsdi, avtomatınının qundağıynan vuraraq dişlərini sındırdı, sonra sinəsinə xaç şəkli çəkdi, gözlərini çıxartdı, lap axırda da soyumaqda olan meyidin başını bədənindən ayırdı…».
Nüşabə Məmmədlinin real faktlara əsaslanan «Zəngulə» əsərində Qarabağ münaqişəsi zamanı ermənilərə əsir düşmüş azərbaycanlılara verilmiş işgəncələr təsvir edilir. Ermənilərə əsir düşmüş azərbaycanlıların Xankəndi yaxınlığında bir tövlədə yerləşdirilmələri, qız-gəlinlərimizin onların əllərində oyuncağa çevrilmələri ağır da olsa, əsərdə öz əksini tapmışdır. Bu romanda təsvir olunmuş erməni yaraqlılarının əsir düşmş azərbaycanlılara işgəncə verilmələri ilə yanaşı, ölülərdən (iki yaşlı körpə və onun anasından) qisas almaları erməni terrorçularının (işğalçılarının) insanlıq böhranının göstəricisidir. Əsirlərə görk olsun deyə əsir düşmüş azərbaycanlıların cəsədlərinin onların gözü qarşısında yandırılması, öldürülmüş erməninin erməni bayrağına bükülmüş və çiçəklə bəzədilmiş cənazəsinin üstündə üç cavan əsgərimizi bir-birinə zəncirvari vəziyyətdə bağlayıb, boyunlarını balta ilə vurulması, ermənilərin əsir düşmüş azərbaycanlılara etdikləri zülmlər, hamilə qadına divan tutulması erməni yaraqlılarının daxili aləmlərinin tam açılmasının, onların kəskin mənəvi və humanist böhrana məruz qalmasının göstəricisidir. Bu böhranın mahiyyəti Ə.Əmirlinin «Ölü doğan şəhər» romanındakı Aşotun dili ilə yığcam və aydın təsvir edilmişdir: «Ara, türk köpəy oğlu, sən bizi hərif bilmisən? Yəni sən axmaq musurman bizim torpağımızı, evimizi bizə satıb gedib kep eləmək istəyirsən? Sora deyəsən ki, erməni Aşotun anasını belə…bizdə türk öldürmək şərəf işidi. Təmizləməliyik bu torpaqları onlardan, nə qədər ki, yayılmayıblar qovmalıyıq hamısını».
Erməni terrorçusunun (işğalçısının) keçirdiyi insanlıq və humanistlilik böhranı onun daxili aləmini tamamilə dəyişmiş olur və kəskin mənəvi-psixoloji sindroma səbəb olur. Bu sindromun əsas mahiyyəti erməninin dili ilə E.Mehrəliyevin «Doxsanıncı illər» romanında aydın açıqlanmışdır. Bu kontekstdə erməni cəlladı Samvelin söylədikləri kəlmələrdən sitat gətirmək məqsəduyğun olardı: «Türkləri yaxalayıb qulaqlarını kəsəndə hər şeyi unudacağıq». Artıq Samvel üçün qəddarlıq gündəlik həyat tərzinin tərkib hissəsinə çevrilmişdir. Məhz bunun nəticəsində erməni terrorçuları (işğalçıları) qəddar və cinayətkar əməlləri həmçinin öz millətindən olan şəxslərə qarşı da törətməyə başlamışlar. «İkili dünyam» romanında erməni terrorçularının (işğalçılarının) təkcə azərbaycanlılara qarşı deyil, həm də öz millətlərinə qarşı qeyri-insani hərəkətlər törətdiklərini müəllif erməni Nellanın dili ilə erməni polkovniki Babayanın və podpolkovniki Qriqoryanın simalarında açıqlayır: «…hər biriniz yüzlərlə günahsız erməni oğlunun öldürülməsinə bais olmusunuz. Erməni zabitlərinə, əsgərlərinə divanlar tutmusunuz. Bəli, cənab zabitlər, bunlar da sizin xidmətlərinizdi. Sizin üçün ermənilərlə azərbaycanlılar arasında heç bir fərq yoxdu. Gözləriniz elə qızıb ki, evlərə soxulub nə qədər erməni qadını, qızı zorlamısız, oğurluq etmisiz. Sizin xüsusi qarətçi dəstələriniz var. Bunlara nə deyirsiz?… Xalqa xidmət?!»
Neofaşist erməni ideologiyasının təsiri altında mənəviyyatı məhv olmuş erməni terrorçusunun (işğalçısının) milli ədəbiyyatda fiziki cəhətdən də məhv edilməsi əksər əsərlərdə süjet xəttinin tərkib hissəsi kimi verilmişdir. Məsələn, A.Rəhimovun «İkili dünyam» romanında Azərbaycanlı övladı tərəfindən cəzalandırılmış erməni polkovniki Babayanın və podpolkovniki Qriqoryanın öldürülməsi erməni terrorçularının (işğalçılarının) məğlubiyyəti, haqq-ədalətin qələbəsinə dair müəllifin ümidlərini özündə əks etdirir.