Eldar Sərablı
Qarabağ münaqişəsi və onun kökləri (İran mənbələri əsasında)
Komunizm quruluşu dağıldıqdan sonra, keçmiş sovetlər birliyinin bölgələrində, özəlliklə Qafqaz məntəqəsində ciddi toqquşmalar yarandı. Bu xüsusda Gürcüstan, Azərbaycan və Ermənistan respublikalarını qeyd etmək artıq yerinə düşərdi.
Sözü gedən ərazinin acınacaqlı vəziyyəti nəticəsində minlərlə insan həyatını itirmiş və yüz minlərlə adam öz yurd-yuvalarından didərgin düşərək, başqa yerlərə köçmək məcburiyyətində qalmışdır. Dağlıq Qarabağ muharibəsi boyu bir milyondan artıq Azərbaycan vətəndaşı, əsrlər boyu yaşadıqları öz ərazilərindən qovularaq, Azərbaycanın başqa şəhərlərinə eləcə də Bakıda çətin şəraitdə yaşamaq məcburiyyətində qalmışdır.
15 il bundan öncə yaranan və 10 ildən artıq atəşkəs halında qalan Qarabağ münaqişəsi, bu günə kimi hələ də oz həllini tapa bilməmişdir. Ermənistanin işğalçı siyasəti dünya səviyyəsində pislənsə də, BMT və əlaqədar təşkilatlar tərəfindən Azərbaycanın haqlı olduğu öz axarına duşsə də, bu günədək hələ də bir iş həyata keçirilməmişdir.
Dünyanın diqqətini qazanan, qonşu ölkələri narahat edən, Qarabağ bölgəsi barədə qısaca söhbət açmaq yerinə duşərdi.
Qarabağ Azərbaycan cümhuriyyətinin qədim və tarixi vilayətlərin-dəndir. Tarixi qaynaqlarda Qarabağın adı XII əsrdən bəri çəkilməkdə davam edir. Yer qazıntılarından bəlli olmuşdur ki, Azərbaycanın və Qafqazın ən qədim insan yaşayış məntəqəsi, Qarabağ və onun Azıx mağarası olmuşdur. Şərqi Qafqaziyanı bürüyən Xocalı və Gədəbəy mədənyətinin qalıqları, ilk dəfə Qarabağda tapılmışdır. Qədim dövrlərdə Qarabağ Qafqaz Albaniyasına daxil idi.
Qarabağın dağlıq hissəsində xiristian az-çox yaşasa da, İslam dini birinci hicri yüz ilindən başlayaraq, Qarabağın bütün düzənliklərini və şəhər bölgələrini tamamilə çulğamışdir. Qarabağ əhalisi, yad ellilərin əsarətinə və feodal zülmünə qarşı amansız mübarizə aparmışdır. Qarabağ hicrətin dördüncü yuz ilində Şəddadilər, beşinci yüz ilində isə Səlcuqların hakimiyyətinə keçdi.
Tarixi qaynaqların qeydinə görə, XII miladi və VI hicri qəməri əsri, Qarabağda əkinçi sənəti sürətlə inkişaf edir və qoynunda çoxlu sənət adamları becərir, elm və mədəniyyət ocaqları yaranarkən, fəlsəfə və ədəb dirçəlir və bir sıra alimlər ərsəyə gəlir. Ticarət yolları açılaraq başqa ölkələrlə mədəniyyət və ticarət mübadiləsi yaranır.
VII hicri qəməri tarixi Qarabağ monqulların hucumuna məruz qalaraq ayaq altında tapdalanır. İşğala qarşı baş qaldıran üsyanlar qanlıcasına yatırdılır.
VIII hicri əsrinə ayaq qoyan Qarabağ bolgəsi, teymurilər nəzarətinə keçir. Özbək hökmdarı Teymurun ölümündən sonra, Qarabağ birinci İbrahimxəlil şirvanşahın hakimiyyətində olur. 787-ci hicri qəməri, sozü gedən bölgə qaraqoyunlular tərəfindən tutulur və daha sonra ağqoyunlular hakimiyyətində, onların nəzarətinə daxil edilir. Əsli Ərdəbildən olan dahi sərkərdə, Şah İsmayıl Xətai (səfəvi) hakimiyyətə gəldikdən dərhal sonra, Qarabağ başçıları, səfəviyyə dövlətinin tərkibinə daxil olmaği qəbul etdilər. Beləliklə, Qarabağ Səfəvilərin nəzarətində olur.
Sovet dövründə nəşr olan 10 cildlik Azərbaycan ensiklopediyası Qarabağın adının çəkilməsini VI (hicri qəməri) yüz illikdən bəri çəkildiyini qeyd edir.
Bir çox alimlərin adlarının Qarabağı və yaxud (Qərəbaği) olduğu buna aydınlıq gətirir. Islami qaynaqlarda Bərdə və Beyləqan adları artıq çəkilsə də Qarabağ adına da rast gəlmək mümkündür. Məşhur ingilis səyyahı (ser Robert Kerporter) özünün İran və Gürcüstan səfəri kitabında Qarabağın adı baradə yazır ...
Qarabağ əski zamanlarda Qarabazar və Kara bazar adlanarmış, orada eləbir bazar vardı ki, həftədə bir gün açılardı və bu bazarın eni-boyu bir ağac yarım olardı. Həmdullah Mostofi bu bazardan söz acarkən onun Bərdə yaxınlığında olduğunu qeyd etmişdir. Mustofidən 4 əsr öncə Ebne Həvqəl isə oranın şirin və dadlı halvasından bəhs edir. Qeyd etdiyimiz kimi Səfəvi dövləti iş başına gəldikdən sonra, onun tərkibində Qarabağ xanlığı yaranır. Gəncədə olduğu kimi Ziyad xanın oğulları Qarabağ xanlığını da idarə edir. İlk xanlığın başçısına Şahverdi sultan edilir. Qarabağ Səfəvi və Osmanlı döyüşündə, Səfəvilərin əlindən çıxaraq Osmanlılar nəzarətinə keçir. Birinci Şah Abbas Qarabağı geri almaq cəhdini bir neçə dəfə həyata keçirir. O Gəncəni aldıqdan sonra Məhəmməd xanı oraya hakim edir. İran tarixindən ayrı olmayan Qarabağ tarixi və başqa sözlə desək, İran tarixinə oxşar olan Qarabağ tarixi çox acınacaqlı günlər yaşadı. İranda qurulan əfşari dövrundə də Qarabağ bir neçə dəfə hucuma məruz qalaraq, Nadir Şahın əlilə çoxsaylı insan həlak oldu. Bir az sakit həyat keçirən Qarabağ, böyuk bir faciə ilə üzləşdi. Qacar sülaləsinin banisi ağa Məhəmməd xan İranda taxt-tacı ələ aldı, İranın bir çox şəhərlərində qırğın törədən ((xaca şah)), Azərbaycana hücuma keçdi və nəhayət, özünü Şuşa qalasına çatdırdı. Ağa Məhəmməd xan şəxsən özü qoşuna başçılıq edirdi. Onun Şuşaya gəlməsi ilə İran-rus müharibəsinin əsaslı mərhələsi öz yolunu tapdı. Qarabağ isə çoxlu qurbanlar verdi, Ağa Məhəmməd xanın əlilə Qarabağın vəziri, məşhur Molla Pənah Vaqif Şuşada həbs edildi və səhərisi günü Vaqifin öldürülməsi əmrini verdi. Bəxtin gətirməsindən Qacar şah öz yaxınlarının əlilə həlak edildi və şair ölümdən nicat tapdı.
Dediyimiz kimi qacar sülaləsi dövründə Qarabağ çətin anlar yaşadı. Nəsrəddin Şah dövründə azma-çox sakit həyat sürən Qarabağ əhalisi Fətəli Şahın hakimiyyətində başqa bir faciənin şahidi oldu. Bu dövrdə İran-rus müharibəsi yeni bir mərhələyə çatdı. Qarabağ çoxlu itkilər verdi. 10 il İngiltərə, Fransa və Rusiyanin ayağı altında tapdalanan Qarabağ torpağı gərçi Fətəli şahın ləyaqətsizliyidən az zamanda əldən çıxdı, ancaq böyük siyasətçi və uzaqgörən dövlət xadimi Abbas Mirzə Qarabağı rus ordusudan bir neçə dəfə azad etdi. Gülüstan və Turkmənçay müqavilələri əsasında bir çox şəhərlər, xüsusilə Qarabağ bölgəsi ruslara verildi. Qarabağ rusların nəzarətinə keçdikdən sonra, ruslar bu ərazilərdə başqa tədbirlər həyata keçirdi, müsəlman məsləkində olan Qarabağ əhalisinə, erməni xiristianları ilə yaşamaq məsələsi ortalığa gəldi, onların bu işi asanlıqla baş tutmadı, hər iki tərəf çoxlu muharibələr etdi və çox itki verdi.
XIX miladi əsrin əvvəllərində Rusiyanın çar hökümətinin təməlləri laxlamağa başladi, bolşevik hərəkatının başlanması ərəfəsində, məşhur erməni-müsəlman və ya azəri-erməni toqquşmaları başladi. Miladi tarixi 1905 də və hicri-qəməri tarixi 1323- cü ildə başlanan erməni müsəlman muharibəsində, Qarabağda ermənilərin məskunlaşması oz yerin aldı, yurdlarından qovulan müsəlmanlar öz evlərini ermənilərə buraxdı. Rusiyanın niyyəti yalnız Qarabağ deyildi, onlar indiki Azərbaycan Cümhuriyətində, xristian məsləkli və sözün doğru mənasında, ifratçi erməni millətçiləri qoymaq istəyirdi.
Rusların yardımı ilə ermənilər indiki Azərbaycan Respublikasının bir çox hissəsini öz əllərinə keçirdilər.
Gülüstan və Türkmənçay müqaviləsi nəticəsində İran dövləti bu eybəcər işin qarşısın ala bilmədi. Nəhayət Osmanlı ordusuna başçılıq edən Ənvər Paşa Azərbaycan Cümhuriyyətini xüsusilə Gəncə və Bakı şəhərlərini şər qüvvələrdən təmizlədi.
Məşhur yazıçı Məhəmməd Ordubadi özünün dəyərli (Qanli sənələr) kitabında Qarabağın o günlərdə başına gələn saysız hesabsız müsibətlərdən söz açır.
24 may 1905 il ..... bu halda erməni atəşlərinə hökümət tərəfindan əsla maneçilik edilməyib, iğtişaşa dair tədbirlər edilmədi. Ermənilər xahişləri iqtizasinca atəş açıb, hücum etdilər, bunlara mane olan yox idi. Saat 12-də yenə ermənilər tərəfindən atəş açılıb, təzədən hərtərəfli qorxu bir təzəlzul bürüdü, filvaqe müharibə görməmiş adamlarin həlak olmaları yaxınlaşırdı. Balaca balaların, övrət-uşaqların sədaye bitaqətanələri, müsəlman kişilərini nəhayət, dərəcədə şaşdırıb, qüvvəyə mənəviyyələrini xeləldar edirdi. Bu vəqtdə övrət uşaq...kəndi canının qayğısına qalmışdi. O hal elə hal idi ki, nə əndişeye millət nə əfkare mədəniyyət və nə də xiyale molke dövlət qəlblərə əsər etmirdi.
XIX əsrin əvvəllərindən başlayaraq 1918-ci illərə qədər, tərəflər arasında ciddi toqquşmalar baş verdi. Rusiya və onun ətraf bölgələrində baş qaldıran fəhlə hərəkatı 1917 miladi ilində zəfər çaldı. Buna baxmayaraq, erməni-azəri müharibəsi Qarabağ cəbhəsində nəinki ortadan qaldırılmadı bəlkə getdikcə dərinləşdi.
Azərbaycanda başverən Müsavat inqlabı 1918-ci ildə Bakıda, ətraf şəhər və rayonlarda nəzarəti oz əlinə aldı. Müsavatçılar, birtərəfdən bolşeviklərlə və Qarabağ cəbhəsində isə ermənilərlə döyuşmək məcburiyyətində qaldılar, nəhəyət iki ildən sonra Müsavat hakimiyyətinə son qoyularaq, 1920-də bolşeviklər Azərbaycan Sovet cümhuriyyətinə qayıtdılar. Belə bir böhrandan istifadə edən ermənilər, öz movqelərini Qarabağda bir daha gücləndirməyə başladılar və azərbaycanlıları pul və zorla Qarabağdan çıxarıb, erməni ailələrini yerləşdirməyə başladılar.
Sovetlər birliyi qurulan bir vaxt regionda, xüsusi ilə orta Asiya və Qafqaz bölgələrində savaşın ardı arası kəsilmədi, Stalin sovet rəhbərliyinə seçiləndan sonra, sovet millətləri arasında alovlanan milliyyət müharibəsi, yeni liderin sərt mövqeyi ilə tuşlandı və bir çox region müharibələrinə son qoyuldu. Rusiya, Gürcüstan və başqa məntəqələrdə müharibə alovu sönsə də, Qarabağda ermənilərin məskunlaşması Stalin dövrundə də belə ləngimək bilmədi.
Stalindən sonra Brejnov sovet ittifaqına rəhbər təyin edildi. Onun siyasəti Stalindən bir az fərqləndi, birliyin siyasətində bir az yumuşaqlıq əmələ gəldi. Ancaq bu yumuşaqlıq nəinki Azərbaycan xalqının xeyirinə olmadi, bəlkə erməni icmasının Qarabağda mövqeyinin güclənməsinə yeni bir təkan verdi. Qısa ömür edən bir neçə sovet rəhbəri, nəhayət, XX əsrin sonlarına yaxın bir dövrdə Mixail Qorbaçov yenidən qurma siyasəti ilə sovet hakimiyyətini ələ aldı. Sovetlər birliyinin yıxılmaqda olan təməlini möhkəmləndirməyə çalışan Qorbaçovun əli ilə çoxdan bəri bünövrəsi uçmaqda olan sovetlər birliyi 1989-cu illərdə dağılmağa başladı. Sovet məkanında yeni qomiyyət müharibələri başladı. Qarabağda əsrlər boyu əldən gedən mövqelərini möhkəmləndirmək əvəzinə, Bakıda hakimiyyət yarandı.
Vəziyyətdən və sovetlər birliyində baş verən böhrandan faydalanan ermənilər, Qarabağı Ermənistana ilhaq etmək məqsədilə ciddi tədbirlər həyata keçirdilər. Ermənilər ilk növbədə əsil azərbaycanlı olanları respublikadan kənarlaşdırdı, daha sonra Qarabağı Ermənistan tərkibinə keçirməyə başladi. Nəticədə qanlı döyüşlər baş verdi, rus ordusu və rus hərbi texnikası yardımı ilə Azərbaycan torpaqları erməni nəzarətinə keçdi. Müharibənin acınacaqlı anlarını yaşayan və günü gündən azərilərin yurd-yuvalarından didərgin düşənlərin şahidi olan Azərbaycan xalqı, millətçi qüvvələrə səs verdi. Əbülfəz Elçibəy 90 faiz çox səs qazanaraq, prezident seçildi. Ancaq onun hakimiyyəti də erməniləri azərbaycan ərazisindən geriyə qaytara bilmədi.
Bir ildən sonra Azərbaycan xalqı ağır iqtisadi şəraitdən və Qarabağ müharibəsinin ürəksıxıcı və könül parçalayan günlərini yaşatmaqdan belə yoruldu, əsgərlərdə döyuş qabiliyyəti azaldı, xalq öz torpağını silah gücü ilə yox, diplomatiya yolu ilə həll etməyi düşündü. Nəhayət, Elçibəy hakimiyyətdən uzaqlaşdı və xalq Heydər Əliyevə səs verdi. Əliyevin siyasəti nəticəsində atəşkəs yarandı. Başlanışda dediyimiz kimi 10 ildən artıqdır ki, bu vəziyyət davam edir .
Hələ bu günə kimi beynəlxalq təşkilatlar lazimi tədbir həyata keçirə bilməmişlər, amma biz inanırıq ki haqq bir gün öz sahibinə çatacaqdır...