Əliheydər Şahmarov
işğal olunmuş ərazilərdə ekoloji problemlər
Yeniləşən cəmiyyətin yeni adamı həqiqətlə, onun böyük, misilsiz nemətləri ilə tərbiyə olunur. Əsil həqiqət isə ümumi mənzərənin hissə-hissə deyil, tam şəkildə əks etdirildiyi yerdə meydana çıxır. Məsələyə yalnız bu cür münasibət, həyat həqiqətini bütün rəngarəngliyi ilə, cəmiyyətin özünü inkişafın mənbəyi kimi onun bütün ziddiyyətləri ilə gözlərimiz önündə canlandırır. Məhz buna görə indi hər şeyi öz yerinə qoymaq, real işləri uydurma işlərdən, özünəhörməti özünəpərəstişdən, həyati halları təsadüfi hallardan, əsaslandırılmış ümidləri ehkamçılıqdan və xülyapərəstlikdən, yenilikçiliyi mühafizəkarlıqdan, real narahatçılığı və nigarançılığı əsəbi hay-küyçülükdən və qeyri-əməli tənqidbazlıqdan ayırmaq artıq bu gün çox vacibdir.
1988-ci ildən ermənilərin başladığı müharibə nəticəsində Azərbaycan torpaqlarının 20%-i işğal edilmişdir. Azərbaycan ərazilərinin işğal edilməsi nəinki şəhər və kəndlərin dağılmasına, eyni zamanda bitki və heyvanat aləminin məhv edilməsinə və bütövlükdə ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur. Bu ərazilər işğal olunduğundan indiyə kimi orada mövcud olan təbii sərvətlərin və mədəni tarixi abidələrin cinayətkarcasına dağıdılması davam etdirilməkdədir.
Azərbaycanda rəsmi qeyd olunmuş 14 dövlət qoruğu və 20 yasaqlıqdan 2 qoruq, 4 yasaqlıq və bir çox təbii tarixi abidələr hazırda işğal altındadır.
Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ bölgəsində erməni işğalı altında qalan 269 min hektar meşə sahəsinin qəddarcasına qırıldığı, həmin ərazilərdə nadir bitki və heyvanat aləminin məhv edildiyi, təbii sərvətlərimizin dağıdıldığı 1 il ərzində istehsalatda yaranan 238,2 mln m3 kimyəvi çirkli suları birbaşa Azərbaycan ərazisində Oxçu çaya axıdırlar.
Respublikamızın hidrometereoloji şəraitinin öyrənilməsində, xüsusən metereoloji proqnozlarda su ehtiyatlarının qiymətləndirilməsində olduqca böyük əhəmiyyəti olan 10 metereoloji stansiya, 3 metereoloji məntəqə, 2 aerometereoloji stansiya, 3 aerometereoloji məntəqə, 20 hidroloji məntəqə işğal zonasında qalmışdır. İşğal olunmuş ərazilərdə təbiət, abidələr mühafizə olunmur və sahibsiz qalmışdır. Həmin ərazilərdə məskunlaşmış ermənilər böyük əhəmiyyətə malik olan bu abidələrin əksəriyyətini məhv etmişlər. İşğal olunmuş rayonların ərazilərində və Yuxarı Qarabağda Azərbaycanın Qırmızı Kitabına düşmüş məməlilərin 4 növü, quşların 8 növü, balıqların 1 növü, amfibiya və reptililərin 3 növü, həşəratların 8 növü, bitkilərin isə 27 növü məskunlaşmışdır.
Respublikanın əlaqədar orqanları, ictimai təşkilatları işğal altında qalan ərazilərimizin ekoloji vəziyyətini dərindən öyrənməli və ətraf mühitin mühafizəsi ilə bağlı beynəlxalq prinsipləri əsas tutaraq, ərazilərimizdə ermənilərin törətdiyi ekoloji cinayətləri beynəlxalq təşkilatlara çatdırmalıdırlar. Ətraf mühitin qorunması bəşəriyyətin gələcəyi deməkdir. Meşələrin amansızcasına qırılması, heyvanların bəzi növlərinin yer üzündən silinməsi təbiətdəki ahəngdarlığı pozur, cəmiyyətə sirayət edir, insanların mənəviyyatına da mənfi təsir göstərir.
Qarabağ və ətraf rayonlarda aparılan işğalçılıq müharibəsi bu sahədə görülən işləri tamamilə dayandırdı. İşğal ərazisində uzun illər özbaşına qalmış böyük vəsait hesabına hazırlanan dağlıq və dağətəyi rayonların əkin sahələrinin deqradasiyası, eroziya nəticəsində münbit qatın yuyulması torpaqlara ən böyük zərbə oldu.
Ermənilərin istifadə etdikləri əkin yerlərindən başqa bütün sahələr tamamilə məhv olmuşdur. Respublikanın kənd təsərrüfatına yararlı olan 4,1 mln. hektar (ümumi ərazinin 47,7%-i) torpaqların 1.226.674 hektarı işğal olunmuşdur ki, onun 139.396 hektarı suvarılan sahələrdir. Həmin sahələrin 183.242 hektarı əkinə yararlı olmaqla, 94.275 hektarı suvarılan torpaqlardır.
Həmin ərazilərdə 2470 hektar bağlar, 41444 hektar üzümlüklər vardır ki, ondan 33966 hektarı suvarılan torpaqlardır.
Azərbaycan Respublikasının işğal olunmuş rayonlarındakı kənd təsərrüfatına yararlı torpaqlar aşağıdakı cədvəldəki kimidir: (10.10.2002-ci il məlamatlarına əsasən)
Rayonların adları |
İşğal altında |
Əkin |
Çoxillik əkinlər |
Dinc |
Biçənək |
Örüş |
Həyətyanı sahələr |
Bağ ilə bostan |
Meşə |
Kolluq |
Yararsız |
Dağlıq Qarabağ |
497951 |
80626 |
15126 |
30 |
4177 |
120045 |
3522 |
12 |
147609 |
6217 |
120587 |
Nax. MR |
950 |
|
|
7 |
|
726 |
17 |
|
|
|
200 |
Ağdam |
88395 |
18748 |
9977 |
|
|
30098 |
1915 |
7 |
986 |
3061 |
23603 |
Qubadlı |
79812 |
14956 |
850 |
|
631 |
17192 |
543 |
|
13160 |
11510 |
20970 |
Zəngilan |
72590 |
7704 |
2667 |
97 |
207 |
22873 |
553 |
|
12864 |
4265 |
21320 |
Kəlbəcər |
124300 |
3952 |
10 |
2375 |
7571 |
34275 |
911 |
|
32774 |
|
42432 |
Laçın |
166488 |
11344 |
245 |
3701 |
4682 |
55809 |
927 |
|
33285 |
8851 |
47644 |
Fizuli |
69674 |
23807 |
10875 |
360 |
444 |
25749 |
1242 |
|
8 |
265 |
6932 |
Cəbrayıl |
118856 |
20495 |
7243 |
550 |
24 |
31805 |
1079 |
|
4039 |
4087 |
49534 |
Qazax |
7698 |
1610 |
|
|
|
1947 |
182 |
|
1500 |
715 |
1744 |
Cəmi: |
1226674 |
183242 |
46993 |
7120 |
17736 |
340519 |
10891 |
19 |
246217 |
38971 |
334966 |
Hər daşından min xatirələrimiz boylanan, dahilər vətəni Azərbaycanın dilbər guşəsi Qarabağ 18 ildir ki, dincliyini itirib və düşmən tapdağı altındadır.
«Böyük Ermənistan» yaratmaq iddiası ilə Azərbaycanın ərazi bütövlüyünü pozaraq ifrat erməni millətçiləri və onların xaricdən olan tərəfdarları Azərbaycanın milli suverenliyinə qarşı çevrilmiş bədnam təbliğatı və işğalçı qüvvələri nəcib, dinc, beynəlmiləlçi xalqımızı zorla iğtişaşa çəkmiş, elan olunmamış müharibəyə cəlb etmişdir.
İnsanlıq hissini və tarixi məsuliyyət duyğusunu çoxdan itirmiş erməni qəsbkarlarını Azərbaycan xalqı kimi öz xalqlarının taleyi də maraqlandırmamış, günahsız və həyatın mənasını duymayan minlərlə azyaşlı, gənc oğlan və qızların həyatına son qoymuş, onları siyasi oyunlara qurban etmişlər. Dağlıq Qarabağ torpağının tarixən Azərbaycana məxsus olduğunu və əbədi məxsus olacağını bilə-bilə öz xalqının beynini zəhərləyənlər hansı səviyyədə müdafiə olunurlarsa, olsunlar, bir gün qanuni cəzalarını alacaqlar.