Firuzə Əliyeva
azərbaycanın ərazi bütövlüyü milli
təhlükəsizliyin başlıca problemi kimi
Bu gün Azərbaycanın ən dərdli yerlərindən biri Qarabağ torpaqlarının işğaldan azad olunmasıdır. Bəs bunun üçün nə etmək lazımdır? Biz torpaqlarımızı hansı yollarla azad edə bilərik? Bunun üçün bütün xalq bir məqsəd, bir amal uğrunda birləşməli və torpaqlarımızı erməni təcavüzündən xilas etməlidirlər. Bizim xalqımız mərd və mübarizdir. Qəhrəmanlar yetirən qədim azəri (türk) xalqı həmişə xarici müdaxiləçilərə qarşı mübarizədə sərt və döyüşkən olmuşlar. Mən vaxtilə (1948-ci ildə) olmuş bir əhvalatı yada salmaq istəyirəm. Rəhmətlik atam Qafanda azərbaycanlı bir oğlanın 9 ermənini şil-küt etdiyini söylərdi. Atam deyirdi ki, bala, azərbaycanlı oğlan erməniləri o qədər döydü ki, axırda öz ermənisi hirsindən gəlib azərbaycanlıya dedi ki, ərə, elə yaxşı edib onları döydün. Mən bu kiçik epizodla demək istəyirəm ki, 9 ermənini döyən türk oğlu indi necə oldu ki, öz torpaqlarının azadlığı uğrunda mübarizəyə qalxmır. Mən Qarabağ Azadlıq Təşkilatının torpaqlarımızın işğaldan azad edilməsi üçün necə fədakarlıqla mübarizə aparmasının şahidiyəm. Bu insanlara heç nə lazım deyildir. Onlar, erməni işğalçılarına qarşı mübarizə apararkən nə qədər çətinliklərlə üzləşmiş, döyülmüş, həbsxanalara salınmış, lakin öz yollarından dönməmişlər. Lakin görək, onların ətrafında onun təşkilatının üzvlərindən başqa daha kimlər cəmləşir. Əslində onların səsinə yurdundan-yuvasından didərgin düşmüş qaçqınlar səs verməli və ətrafında birləşməlidirlər. Təəssüflər olsun ki, bu belə deyildir. Atalar yaxşı deyiblər: "El bir olsa, basılmaz Vətən". Lakin mən heç vaxt QAT-ın ətrafında, onların çıxış və mitinqlərində 1 milyondan çox olan qaçqının heç olmasa yarıdan-yarısını görmürəm. Bu məndə çox təəssüf hissi oyadır. Yəni bizim xalqımızın milli mənlik şüuru, vətənpərvərlik hissləri, yurd təəssübkeşliyi bu qədərmi aşağı enmişdir. Nəyə görə 4671 nəfəri itkin düşmüş, məhv olmuş, vəhşiliyə məruz qalmış Xocalı qaçqınları və yaxud Ağdam, Füzuli, Cəbrayıl və digər işğal olunmuş şəhər və rayonların məcburi köçkünləri QAT ətrafında birləşmirlər? Bəlkə bu onların laqeydliyindən və yaxud unutqanlığından irəli gəlir. Yaddan çıxartmaq olmaz ki, torpaqları yalnız biz özümüz azad etməliyik. Artıq 17-18 ildir ki, bizi ATƏT, Minsk Qrupu və başqa beynəlxalq təşkilatlar aldadırlar. Hər il yalançı vədlərlə xalqın başını aldadır, ermənilərə isə qol-qanad verirlər. Ermənilər işğal zonalarında bərpa işləri aparır və dünyaya car çəkir ki, bu torpaqlar elə əzəldən bizimdir. Biz isə sanki qəflət yuxusundayıq. Erməni hay-küy salır ki, erməni qəbirləri dağılır. Bunu biz etməliyik, çünki bizim ərazilər işğal olunmuş, qəbirlərimiz dağılmışdır. Ermənilərin qışqırığından sonra bizim mətbuat, informasiya vasitələri işə düşür. Olmazmı ki, əvvəlcə biz səsimizi çıxardaq.
Görkəmli publisist, tənqidçi, şair, filosof Əlibəy Hüseynzadənin "Siyasəti-Fürusət" əsərində göstərilir ki, Teymurləngdən Kəyumərs soruşur: «Şamın, Bağdadın nə günahı var idi ki, oralarda insan başlarından ehramlar yapdın?" O cavab verir: "Bir xalq ki, 300 milyon olduğu halda, bu gün xəyanətləri, ittihadsızlıqları üzündən taxta parçalar üzərində dənizlə gələn 2-3 milyon ingilisin, rusun əsarətinə təhəmmül ediyor, vətəndaşlarını top ağızlarına bağlayıb, parça-parça elədiklərini sükut ilə tamaşa ediyor, belə bir xalq yaşamağa layiqmidir? Ah... kəllələrdən ehram yapdığıma deyil, onların kökünü yerli-dibli qazımadığıma peşimanam".
Göründüyü kimi, Teymurləngin dililə deyilən bu qəzəbli sözlər o zaman müsəlman aləminə qarşı bir ittihamnamə idi. Bu sözlər hal-hazırda xalqımızın ermənilərə qarşı susmağına bir işarədir. Biz nəyə görə böyük və qədim bir xalqı təmsil etdiyimiz halda, indi döyüşüb torpaqlarımızı qorxaq ermənilərdən xilas edə bilmirik. Düzdür, erməni diasporu güclüdür. Rusiya və İran dövləti onun arxasında dayanır, lakin biz də mübarizədən dönməməliyik. Unutmamalıyıq ki, gavurların işğalı altında qalan qəbirlərdəki müqəddəs ruhlar, Əsir düşüb əzab və işgəncələrə məruz qalan qız və gəlinlərimiz, igid əsgərlərimiz bizi heç vaxt bağışlamayacaqlar. Bir xalq öz torpaqlarını azad etməyə qadir deyildirsə, onda onun yaşamağa haqqı yoxdur. Biz yalnız silah gücünə torpaqlarımızı işğaldan azad edə bilərik.
Hər il rayonların işğal gününü sükutla, qəm-qüssə ilə qeyd edirik. Onu qeyd etmək yox, azad etmək lazımdır. Zaman gələcəkdir ki, gələcək nəsillərimiz itirilmiş torpaqlara görə bizi lənətləyəcəklər. Necə ki, biz indi Zəngəzuru, İrəvanı ermənilərə satanları söyüb, lənətləyirik. Bu bizə bir tarix damğasıdır. Bizim torpaqlarımızı nə ingilis, nə də digərləri azad edəcəklər. Onları Azərbaycanın nefti və digər təbii sərvətləri maraqlandırır. Ona görə də onlara bel bağlamaq olmaz. Lakin təəssüflər olsun ki, onlara inanan rəhbərlər də vardır. Vaxtı ilə də belə olmuş və ərazilərimiz işğala məruz qalmışdır. İndi onun əzabını çəkirik.
F.Ratsel demişdir: "Ermənilər heç vaxt öz milli dövlətlərini yaratmamışlar, onlar türklərlə yunanlar arasında araçı rolunu oynamışlar. Dilləri zəif olduğundan onlarda bilinqivizm güclüdür".
Həqiqətən də, heç vaxt dövləti olmayan ermənilər Azərbaycanın torpaqları hesabına özünə dövlət yaradıb və onu genişləndirmək istəyir. "Böyük Ermənistan" ideyası əsrlər boyu türklərə bir bəla olmuşdur. Ermənilər bu ideya altında birləşərək, türk dünyasına qarşı həmişə qlobal miqyasda terrorlar təşkil etmiş və ən görkəmli dövlət xadimlərini, sıravi insanları qəddarlıqla məhv etmişlər. Ermənilərin törətdikləri cinayətləri saymaqla qurtarmır. Ona görə də onlarla torpaqlar azad edildikdən sonra sülh danışıqları baş tutarsa, yenə də sayıqlığı əldən vermək olmaz.