Yunis Hüseynov
ermənilərin tarixi cinayətləri
Erməni yer üzünün Əhriməni,
Ermənidir insanlığın düşməni
Sədi Şirazi
Son illərdə tarix ədəbiyyatında insanlığa düşmən kəsilən ermənilər haqqında xeyli real tarixi həqiqətlər əldə edilmişdir. Bu təsadüfi deyildir. Ona görə ki, ermənilər özlərini dünyanın ən çox inkişaf etmiş milləti hesab edir, tarixdə mövcud olmayan vətənləri və mədəniyyətləri haqqında təbliğat aparırlar. Özlərini «əzabkeş», «zavallı» adlandıran ermənilər «Dənizdən-dənizə Ermənistan» ideyasını utanmadan təbliğ edirlər. Hamıya məlumdur ki, tarixdə «Dənizdən-dənizə Böyük Ermənistan» dövləti olmamışdır. Bu ideya ermənilərin uydurmasıdır, yalanı və riyakarlığıdır, siyasi əxlaqsızlığıdır. 387-ci ildə Ermənistan deyilən ərazi Roma ilə Sasani İranı arasında bölüşdürüldükdən sonra erməni dövləti tarixdən silinərək, demək olar ki, bununla da erməni deyilən dövlət siyasi cəhətdən birdəfəlik süquta uğradı.
Erməni tarixçisi B.İşxanyan 1916-cı ildə Sankt-Peterburq şəhərində nəşr etdirdiyi «Narodnosti Kavkaza» əsərində yazır: «Ermənilərin həqiqi vətəni Kiçik Asiyadır». Daha sonra o, qeyd edir ki, mənim millətim dünyanın hər yerinə səpələnmişdir. Erməni tarixçisi demək istəyir ki, onun mənsub olduğu xalqın (əgər belə demək olarsa) vətəni olmamışdır.
Daha bir fakt. Rusiya İmperator Akademiyasının müxbir üzvü, professor Kerop Patkanyan yazır: «Ermənistan bəşər tarixində heç vaxt xüsusi bir rol oynamamışdır. Bu siyasi bir termin deyil, ermənilərin səpələndiyi coğrafi ərazinin adıdır».
XVIII əsrin sonu - XX əsrin əvvəllərində Rusiya imperiyasının xarici siyasətində c ənubi Qafqaz diyarı da əsas yer tuturdu. İmperiya diyarı işğal etmək məqsədilə bir-birinin ardınca Şimali Azərbaycana qoşun hissələri göndərirdi. General Zubovun və general Sisianovun komandanlıqları altında Şimali Azərbaycana göndərilən qoşun hissələri bura yalnız işğalçılıq məqsədilə gəlmişdilər. İşğalçılıq planlarında Qarabağ xanlığına xüsusi yer verilirdi. 22 may 1805-ci ildə Qafqaz qoşunlarının baş komandanı general Sisianov (o, mənşəcə gürcü idi) 19 saylı məlumatında çara bildirirdi ki, «Qafqaz özünün coğrafi mövqeyinə görə Azərbaycanın, eləcə də İranın qapısıdır. Buna görə də onu əldə saxlamağa və möhkəmlənməsinə daha çox səy göstərilməlidir». Xalqımızın qəddar düşməni olan Sisianovun məqsədi tezliklə reallaşdı.
14 may 1805-ci ildə Gəncə yaxınlığında Kürəkçay sahilində Qarabağ xanı İbrahimxəlil xanla Sisianov arasında bağlanan işğalçı sülh müqaviləsinə əsasən Qarabağ xanlığı (tarixi Qarabağ - Y.Hüseynov) Rusiya imperiyasının tərkibinə daxil edildi. Kürəkçay müqaviləsindən sonra general Sisianov Qarabağda imperiyanın mövqeyini möhkəmləndirmək üçün Zaqafqaziyanın müxtəlif yerlərindən, İrandan bura erməniləri kütləvi surətdə köçürməyə başladı. 1805-ci ildə Qarabağda 10000 ailənin yaşadığını qeyd edən bir mənbə 1808-ci ildə əhalinin sayının azalıb 7474 ailəyə çatdığını qeyd edir. Mənbələr 1823-cü ildə Qarabağda əhalinin sayı və milli tərkibini aşağıdakı kimi göstərir: azərbaycanlılar 15729 ailə, onlardan 1111 ailə şəhərlərdə, 14618-i isə kənddə yaşayırdılar. Bu dövrdə Rusiya imperiyasının köməyi ilə gətirilib yerləşdirilən ermənilərin sayı isə belə idi: 4366 ailə, onlardan 421 ailə şəhərlərdə, 3945 ailə isə kəndlərdə yaşayırdılar.
12 oktyabr 1813-cü il Gülüstan və 10 fevral 1828-ci il Türkmənçay sülh müqavilələrindən sonra ermənilərin torpaqlarımıza kütləvi axını başladı. 1828-ci il Türkmənçay sülhündən sonra, yəni 3 il ərzində İrandan 40 min, Türkiyədən 84 min erməni ailəsi c ənubi Qafqaza köçürüldü. Köçənlərin hesabına ermənilərin sayı xeyli artdı. İrandan köçən 40 min erməni ailəsi Azərbaycanda məskunlaşdırıldı. Onlar Qarabağ, İrəvan və Naxçıvan xanlıqları ərazilərində yerləşdirildi. 14 sentyabr 1829-cu ildə Rusiya ilə Türkiyə arasında imzalanan Ədirnə sülh müqaviləsindən sonra 84000 erməni ailəsinin c ənubi Qafqaza köçürülüb Yelizavetpol (Gəncə), İrəvan, Tiflis quberniyalarında yerləşdirilmələri bir daha ermənilərin sayının xeyli dərəcədə artmasına səbəb oldu. Borçalı, Axalkalaki, Axaltsixi qəzalarının ən yaxşı torpaqlarında erməni ailələri yerləşdirildi. Ermənilər Yelizavetpol quberniyasının bütün ərazilərinə deyil, quberniyanın ancaq Göyçə gölündən başlamış dağlıq zonalarına paylanmışdı. 1828-1830-cu illərdə Yelizavetpol quberniyasının dağlıq zonasına 200000 erməni köçürülmüşdü. 1908-ci ildə Zaqafqaziyada ermənilərin sayı gəlmələrin hesabına 1300000-ə çatmışdır. Bunların 1000000 nəfəri Rusiya imperiyası tərəfindən Zaqafqaziyaya gətirilənlər idi.
Beləliklə, Rusiya imperiyasının fəal köməyi ilə Azərbaycanın Qərb bölgəsində, İrəvan xanlığı ərazisində qondarma, Rusiyanın forpostu olan xristian erməni dövləti yarandı. Böyük güzəştlər hesabına torpaqlarımızda sığınacaq tapan nankor ermənilər Rusiya imperiyasının köməyi ilə xalqımıza qarşı cinayətlər törətməyə başladılar. 1905-1907-ci, 1918-1920-ci illərdə azərbaycanlılara qarşı açıqdan-açığa soyqırımı törətdilər.
Azərbaycanlıların 1918-ci il soyqırımı daha dəhşətli olmuşdur. 1918-ci il soyqırımı zamanı erməni-bolşevik birləşmələri Bakıda 14 mindən artıq azərbaycanlını qəddarlıqla öldürmüşlər. Erməni quldurları «Kaspi» qəzetinin mətbəəsini, «Açıq göz» qəzetinin redaksiyasını, «İsmailiyyə» binasını yandırmış, «Təzə pir» məscidinin minarələrini top atəşləri ilə dağıtmışlar.
Bolşevik-daşnak silahlı qüvvələri yalnız Bakıda deyil, Şamaxıda, Qubada, Kürdəmirdə, Salyanda, Lənkəranda, Şuşada və Qarabağın digər ərazilərində qanlı cinayətlər törətdilər. Adları tarixdə nifrətlə çəkilən S.Lalayans və T.Əmirov Şamaxı əhalisinə qanlı divan tutmuşlar. Onların başçılıq etdikləri ermənilərdən ibarət silahlı quldur dəstələri Şamaxıda 7 mindən çox azərbaycanlını amansız qəddarlıqla öldürmüşlər. Erməni quldurları Şamaxının 72 kəndini dağıtmış, saysız-hesabsız maddi abidəni yerlə yeksan etmiş, 12 min adamı öldürmüşlər.
Erməni quldurları Qubada, Xaçmazda ağlagəlməz qətllər törətmişlər. Qubada milli qırğına başçılıq edən Hamazaps 100-dən artıq azərbaycanlı və yəhudini relslər üzərində əli-ayağı bağlı üzüüstə düzərək üzərlərindən qatar keçirtmişdir. Bu əclaf 40 nəfər azərbaycanlını və yəhudinin başını kəsdirib atların ayaqları altında tapdalatmışdır. Quba qəzasında yuxarıda adı çəkilən erməni qatilinin göstərişi ilə 122 kənd yandırılmışdır. Minlərlə dinc əhali məhv edilmişdir. Təkcə onu deyim ki, erməni daşnakları Qubada 7 min adamı məhv etmişlər.
Azərbaycan Xalq Cümhuriyyəti ermənilərin törətdikləri qırğını, azərbaycanlıların soyqırımını tədqiq etmək üçün qısa müddət ərzində xüsusi komissiya yaratdı. Komissiya külli miqdarda material topladı. AXC-i dövründə Mart Soyqırımı 1919 və 1920-ci illərin mart ayının 31-i iki dəfə ümummilli Matəm Günü kimi qeyd edilmişdir. Lakin Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bu hadisə 83 il unuduldu.
Azərbaycan torpaqları hesabına yaradılan və «Ermənistan» adlandırılan dövlət xalqımıza düşmən kəsilmişdir. Ona dəstək verən həmişə Rusiya olmuşdur və indis də belədir. 1948-1953-cü illərdə azərbaycanlılar müxtəlif bəhanələrlə Qərbi Azərbaycan torpaqlarından deportasiya olundular. SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il 483, 10 mart 1948-ci il 754 saylı qərarları ilə azərbaycanlılar Qərbi Azərbaycandan öz tarixi torpaqlarından deportasiya olundular.
Torpaqlarımızın 20 faizi hazırda erməni faşistlərinin tapdağı altındadır. Erməni faşistləri Qarabağda ələ keçirdikləri ərazilərdə binaları, məktəbləri, uşaq-tərbiyə müəssisələrini, saysız-hesabsız tarixi abidələri, qəbiristanlıqları məhv etmişlər.
Qarabağın başının tacı, elm və mədəniyyətimizin mərkəzi Şuşa erməni separatçılarının tapdağı altındadır. Şuşa ərazisində ermənilərə aid heç bir tarixi abidə yoxdur. Bu murdarlara məxsus olan qəbir daşlarının üzərində həkk olunan tarix 1830-cu illərdən əvvəl deyildir. Deməli Türkmənçay müqaviləsindən sonra Qarabağ xanlığı ərazisində məskunlaşan ermənilərin tarixi üçün bu əsaslı dəlildir. Erməni saxtakarları buna baxıb öz iyrənc əməllərinə qiymət verməlidirlər.