Bəxtiyar Həsənov
Azərbaycanın Qarabağ bölgəsinin mübahisəli əraziyə
çevrilməsində Rusiyanın rolu
Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsi Azərbaycanın iki hissəyə Şimali və Cənubi Azərbaycana bölünməsi ilə nəticələndi.
1828-ci ildə Rusiya Şimali Azərbaycanı işğal edəndən sonra Azərbaycanın Qarabağ bölgəsində hərbi komendant üsulu yaratmışdır. Bu tarixdə Qarabağ əhalisinin 200.000 olduğu və bunun 95% ni türklərin təşkil etdiyi bildirilir.
Rusiyanın ayrıca Qarabağda hərbi komendantlıq yaratması və xaricdən köçürüb gətirdiyi erməniləri bu bölgədə yerləşdirməsi artıq bu ərazinin mübahisəli əraziyə çevrilməsinə hazırlıq demək idi. Çünki o dövrdə Rusiya XX əsrin I yarısında, Qafqazda mərkəzi Azərbaycanın İrəvan şəhəri olmaqla bir Ermənistan dövləti yaratmasına tam əmin deyildi. Ona görə də Qarabağı hər halda Qafqazın mərkəzində bir münaqişə ocağına çevirmək və bundan maksimum yararlanmaq istəyirdi. Çünki Rusiya üçün Qarabağ Cənubi Qafqazda Kiçik Qafqaz dağ silsiləsinin yüksəkliyində yerləşən strateji cəhətdən mühüm ərazilərdən biri idi.
Rusiya İrandan və başqa ölkələrdən ermənilərin Qafqaza köçüb gəlməsini təmin etmək üçün erməniləri 30 illik vergidən azad etmişdir. Şavrov N.N. «Новая угроза русскому делу в Закафказии: Предстящая распродажа Мугани инородцам» əsərində yazır ki, 1826-1828-ci illərdə müharibə qurtarandan sonra, iki il ərzində (1828-1830) Jənubi Qafqaza 40.000 mindən çox İran və 84.000 Türkiyə ermənisi biz Yelizavetpol Quberniyasının dağlıq hissəsində (Dağlıq Qarabağ nəzərdə tutulur H.B.), İrəvan Quberniyasının Göyçə gölü sahilində dövlət tabeçiliyində olan 200.000 hektardan çox ayrılmış ən yaxşı torpaqlarda və müsəlmanların xüsusi mülkiyyəti olan 2.000.000 rubldan çox pula alınmış torpaqlarda yerləşdirdik. Rusiya müxtəlif yerlərdən gətirdiyi erməniləri bu bölgələrdə yerləşdirməklə üç missiyanı həyata keçirmək istəyirdi. Birincisi, ermənilərin bu bölgələrdə çoxluq təşkil etməsinə çalışmaq; İkincisi, bu say çoxluğundan istifadə edərək bölgələri mübahisəli əraziyə çevirməklə Qafqazda bir erməni dövləti yaratmaq; Üçüncüsü isə, Rusiyanın Qafqazda yürütdüyü siyasətə ermənilərin davamlı olaraq qulluq etmələrinə nail olmaq;
Bu köçürmə İrəvan xanlığının bir hissəsində və Qarabağ bölgəsinin dağlıq hissəsində milli tərkibin dəyişməsinə səbəb oldu.
XIX əsrin 80-cı illərinin sonunda Şuşa qəzasında ermənilərin sayı əhalinin artıq 58 faizini təşkil edirdi.
1896-cı ildə qeneral-adyutant Şeremetyev özünün qeydlərində ermənilərin Jənubi Qafqazda 900.000-ə yaxın olduğunu, 1908-ci ildə isə onların sayının 1.300.000-ə çatdığını yazırdı.
Türk tarixçisi G. Kamran «Armənskoe dosğe» əsərində I dünya müharibəsi dövründə və ondan sonra, Türkiyədən, İrandan, Suriyadan, Yunanıstandan, Balkan ölkələrindən və başqa yerlərdən Qafqaza 700000 (yeddi yüz min) erməninin qaçdığını (köçürüldüyünü H.B.) qeyd edir.
Məlumdur ki, bu ermənilərin bir hissəsi məqsədli şəkildə Qarabağda yerləşdirilmişdi.
Yuxarıda qeyd olunan faktlardan aydın görünür ki, Ermənistan Respublikasının yaranmasından 100 il öncə, ermənilər Rusiyanın və digər xristian qərb dövlətlərinin köməyi ilə Qafqazda heç vaxt mövcud olmayan bir Ermənistan dövləti yaratmaq üçün hazırlıq işlərinə başlamışdılar.
XX əsrin əvvəllərində Rusiyada baş verən inqilab və birinci dünya müharibəsinin təsiri 1917-ci il oktyabr çevrilişi ilə nəticələndi.
Bu dövrdə Zaqafqaziyada siyasi hakimiyyət uğrunda mübarizə daha da kəskinləşməyə başladı. Zaqafqaziyada olan siyasi partiyalar milli hakimiyyət uğrunda mübarizəyə başladılar. Nəhayət, 1918-ci ilin may ayında, həmin ilin fevral ayının 10-da yaradılmış Zaqafqaziya Seymi dağıldı. Zaqafqaziyada üç müstəqil respublika - Gürcüstan, Azərbaycan və Ermənistan yarandı.
XX əsrin əvvəllərində Ermənistan dövlətinin yaranması reallaşdı və nəhayət, 1918-ci ildə mərkəzi İrəvan şəhəri olmaqla, Azərbaycanın İrəvan xanlığının ərazisində (9 min km2) bir erməni dövləti yaradıldı. Hal-hazırda isə Ermənistan dövlətinin ərazisi 29,8 min km2-ə qədər genişləndirilmişdir ki, bu da Azərbaycan torpaqlarının zaman-zaman mübahisəli əraziyə çevrilərək mənimsənilməsinin nəticəsidir. 1920-ci il aprelin 28-də Azərbaycanın Rusiya tərəfindən işğalından sonra, Azərbaycan əraziləri - Böyük Vedi, Zəngəzur, Dərələyəz, Dilican (10,9 km2 ) Ermənistana verilmişdir. Rusiya tərəfindən ermənilərə Azərbaycan torpaqlarının pay verilməsi SSRİ dövründə də davam etdirilmişdir. 1922-1923-cü illərdə Göyçə mahalı, Naxçıvanın 9 yaşayış məntəqəsi, 1929-cu ildə Qazax rayonundan 50 km2 ərazi, 1946-cı ildə 40 km2 meşə sahəsi, 1969-cu ildə Tovuz rayonundan 7,6 km2 ərazi, 1984-cü ildə yenə də Qazax rayonundan ayrılmış torpaq sahəsi Ermənistana verilmişdir. 1988-ci ildən sonra Rusiyanın köməyi ilə Ermənistan tərəfindən ələ keçirilmiş Azərbaycan əraziləri Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Ağdərə, Əsgəran, Xocavənd) və digər rayonlar - Laçın, Kəlbəcər, Ağdam, Jəbrayıl, Fizuli, Qubadlı, Zəngilandır.
Ermənilərin böyük dövlətlərin köməyi ilə Qafqazda çox asanlıqla kiçik bir Ermənistan dövləti yaratması, onların böyük dövlətlərin sifarişi ilə «Böyük Ermənistan» dövləti yaratmaq arzularını artırdı. Ermənistan dövləti dərhal Ermənistanla həmsərhəd olan dövlətlərə - Türkiyəyə, Azərbaycana və Gürcüstana ərazi iddiaları irəli sürməyə başladı.
Burada bir faktı nəzərə çatdırmaq lazımdır ki, 1919-cu il iyunun 25-də ABŞ prezidenti Vilsonun Parisdəki evində Llyod George, Klemankeau Sonnino (İtaliya), Makino (Yaponiya) nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda Vilson «Böyük Ermənistan» yaratmaq fikrini irəli sürmüşdür.
Vilsonun bu fikrinin əleyhinə olaraq 1919-cu ilin yayında İtaliya hökumətinin başçısı seçilmiş F.Nitti bunları söyləmişdir: «Böyük Ermənistan» əfsanəsi heç olmasa ona görə lazım deyildir ki, heç olmasa kiçik Ermənistan mövcud olsun.
İtaliyanın başçısı Nittinin fikrindən aydın görünür ki, 1918-ci ilin mayında yaradılmış Ermənistan dövləti heç vaxt mövcud olmamışdır. Hətta o dövrdə böyük nüfuza malik olan İtaliya kimi bir dövlət tərəfindən tanınmırdı.
Göründüyü kimi, ermənilərin qonşu dövlətlərə ərazi iddiaları irəli sürməsi heç də onların özlərinin cəsarəti deyildir. Böyük dövlətlərin siyasəti bunu o qullardan (ermənilərdən) tələb edirdi.
Bu gün də Qarabağı Azərbaycandan qoparmağa çalışan ermənilər keçmiş himayədarlarından dəstək alaraq öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər.