Ədalət Mustafayev
Dağlıq Qarabağ münaqişəsinin başlanması və Rusiyanın
anti-Azərbaycan siyasəti
Son 200 ildə Azərbaycan torpaqları hissə-hissə bölünüb düşmən taptağında qalmışdır. Rusiyanın Cənubi Qafqaza tam yiyələnməsi bu işi daha da sürətləndirmişdi. 1828-ci ildə Naxçıvan və İrəvan xanlıqları ləğv edilir. Vaxtı ilə Azərbaycanın 9 min kv. km. ərazisində "Erməni vilayəti" deyilən qondarma qurum təsis edən rus hökuməti gələcəkdə dövlətimiz üzərində öz hakim mövqeyini saxlamaq naminə bölgədə milli münaqişə ocağı yaratdı.
Rusiya-İran və Rusiya-Türkiyə müharibələri nəticəsində qalib gələn şimal dövləti Azərbaycan torpaqlarina ermənilərin kütləvi köçürülməsini təşkil etdi. Qarabağın Dağlıq hissəsinə ermənilər daha çox köçürülürdülər. Ermənilərin Qarabağa kütləvi köçürülməsi barədə təkzibedilməz dəlil-sübutlar vardır. 1978-ci il Dağliq Qarabağın Ağdərə (Mardakert) rayonunun Marağa kəndində İrandan köçürülmənin 150 illiyi münasibətilə abidə ucaldıldı. Ermənilərin gəlmə olduqları haqqında N.Adons, M.Abeqyan, İ.Şopen, F.Lenorman, S.Qlinka, Şavrovun maraqlı fikirləri vardır.
Şavrov qeyd edir ki, Qafqazda olan 1 mln. 300 min ermənidən 1 mln-u gəlmədir. Nəzərə alaq ki, Qarabağda xristian dininə qulluq edən albanların erməniləşməsi də ermənilərin say tərkibinə təsir etmişdir. Ümumiyyətlə, ermənilər nə qədər tarixi saxtalaşdırsalar da tarixi qaynaqlara arxalanaraq onların gəlmə olduqlarını qəbul edənlər artmaqdadır. Feliks Tsertvadze "Unudulmuş soyqırım" kitabında qeyd edir ki, ermənilər Fransaya, Argentinaya necə gəlmədilərsə eləcədə Qafqaza gəlmədilər. Ancaq bütün bunlara baxmayaraq onlar dünya qarşısında özlərini aborigen əhali kimi qələmə verirlər. Azərbaycanlılara qarşı soyqırım törətdikləri halda, özlərini soyqırıma məruz qalmış xalq kimi tanıtmağa cəhd göstərirlər. Qeyd etmək yerinə düşər ki, "böyük güclər" ermənilərə bu işlərdə həmişə yardımcı olmuşlar.
Azərbaycan torpaqlarının hissə-hissə bölünüb ermənilərə verilməsi ənənəsi çar Rusiyasının varisi olan Sovet hakimiyyəti dövründə də ardıcil davam etmışdir. Təkcə XX əsrin 1-ci rübündə Azərbaycan torpaqlarinın 30%-i Ermənistana verilmişdir. Ermənilər üçün Azərbaycan torpaqlarında dövlət yaradılmış, azərbaycanlıların kütləvii surətdə məhv edilməsinə rəvac verilmişdir.
Necəki, Nyu-Yorkda Marina Nevinsonun rusdilli televiziya kanalına verdiyi müsahibədə 1990-cı il yanvar ayında rus ordusunun erməni muzdlu dəstələrinin köməyi ilə azərbaycanlıları güllə-boran etməsini "unudaraq" ermənilərin kütləvi qırılması kimi böhtanlar danışır. Erməni və ermənipərəst qüvvələr həmişə Dağlıq Qarabağ münaqişəsinə bu məntiqlə yanaşırlar. Erməni gizli təşkilatları XX əsrin 80-ci illərindən etibarən Dağlıq Qarabağ ərazisində Moskvanın köməyi ilə fəallaşmağa başlayir və tarixən Azərbaycan torpaqları olan Qarabağin Ermənistana verilməsi tələbi ilə çıxış edirlər.
Həmin vaxtdan etibarən azərbaycanlıların Qarabağdan və Ermənistandan kütləvi qovulması prosesi başlayır. Bütün hadisələri Rusiya ermənilərin xeyrinə nəzarətdə saxlayırdı. Əgər belə olmasaydı "Sumqayıt hadisələrində təxribatçı qüvvələrə rəhbərlik edən, 4 ermənini şəxsən öldürən Eduaq Qriqoryan kimilərinin cinayətini "sülhsevər" Qarbaçovdan soruşmaq lazım gəlməzdi.
Dağlıq Qarabağ hadisələri başlayan gündən qədim İrəvan ərazisində qalmış azərbaycanlıların köçürülməsi, öldürülməsi, diri-diri yandırılması və müxtəlif işgəncələrə məruz qalması özünü "mədəni" xalq adlandiran ermənilər üçün adiləşmişdir. Beləliklə Qərbi Azərbaycanın tamamilə azərbaycanlılardan təmizlənməsi prosesi 1991-ci il avqustun 8-də sonuncu türk kəndi Nüvədinin boşaldılması ilə başa çatdı. Azərbaycanlıların bu son dövrdəki deportasiyasinda da Rusiya yaxından iştirak etdi. Qeyd etmək yerinə düşər ki, Mərkəzi Komitədə oturan məsul şəxsin hər biri ermənilərə dayaq durur, azərbaycanlıların haqq səsinin boğulmasına rəvac verir, azərbaycanlılar haqqında mənfı fıkirlər formalaşdırırlar. 1988-ci il 11 fevralda Qarabağdan Moskvaya gedən 9 nəfər nümayəndə heyətini qəbul etmiş (Qorbaçovun zəmanəti ilə) MK-nm şöbə müdiri V.Mixaylov hadisələrin başlanmasına xeyir-dua verdi.
Azərbaycanlıların Dağlıq Qarabağdan qovulması, Xocalı şəhərinin yer üzündən silinməsində Ermənistanla birgə rus ordusu yaxından iştirak etmişdir. Bu münaqişənin həllinə mane olmaqda Rusiya həmişə maraqlı olmuşdur. Vladimir Kazimirova sual olunanda ki, istər Azərbaycanda, istərsə də Ermənistanda çoxları belə hesab edir ki, Qarabağ probleminin həllinin açarı Rusiyanm əlindədir. O bununla razılaşır. Rusiyanın bütün məsələlərdə Azərbaycana qarşı bu qədər aqressiv münasibətinin davam etməsi, etnik separatizm meyllərindən istifadə edərək, regionu öz təsir dairəsində saxlamaq siyasəti yürütməsi, neft maraqlarının prioritet olması və müstəmləkəçilik düşüncələrinin davam etməsinin məntiqi nəticəsidir.