QAÇ,
AT BASDI!
Qaç,
oğlan! Qaç, at basdı! Millət gəlir!
Ötüşdən
çıxan bir cəmaət gəlir!
Edib
cümlə əqvama sibqət, gəlir!
Verib
hər kəsə dərsi-ibrət, gəlir!
Qaç,
oğlan! Qaç, at basdı! Millət gəlir!
Çəkil,
yol ver, at bağrı çatlatmışıq,
Vurub
yıxmışıq, tutmuşuq, atmışıq,
Çapıb
qovmuşuq, qan-tərə batmışıq,
Yığıb
milləti bir yerə qatmışıq,
Müsavat,
ədalət, üxüvvət gəlir!
Qaç,
oğlan! Qaç, at basdı! Millət gəlir!
Neçə
əsrdir indi bilehtimam
Qoyub
nami-milliyyətə ehtiram,
Qoçaq
əlləşib, çarpışıb sübhü
şam,
Xüsusən
bu sonku beş ildə tamam
Edib
aləmə bəxşi-heyrət, gəlir!
Qaç,
oğlan! Qaç, at basdı! Millət gəlir!
Nədir,
yoxsa zənnincə etdim xəta?
Sus!
Etməm xəta! Söyləməm nabəca!
Məzah
etmiş oldum sanırsan bəsa?
Dodaq altı
gülmək nədir, söylə ya?
Sənə
bəlkə bunlar zərafət gəlir?
Qaç,
oğlan! Qaç, at basdı! Millət gəlir!
Buyur,
qıl da dünyaya ətfı-nəzər,
Müsəlman
kimi kim olub bəxtəvər?
Bu Iran, о Türkiyə -- həp
bixətər,
Əvət,
başla Fasdan Xətaya qədər
Baxıldıqca
qəlbə məsərrət gəlir....
Qaç,
oğlan! Qaç, at basdı! Millət gəlir!
О Albanyada
arnavut qeyrəti,
Bu
Qəzvindəki mürtəce heyəti,
Kiritdə
müsəlmanların haləti,
Buxarada
məzhəbçilər söhbəti,
Yəməndən
də başqa rəvayət gəlir,
Qaç,
oğlan! Qaç, at basdı! Millət gəlir!
Bu
Rusiyyənin əhli-imanları
Ki,
yəni bu səmtin müsəlmanları,
О
yekşənbə, cümə, bu dükkanları,
О dum
macərası, bu vicdanları,
Hələ
etiraza nə hacət gəlir?
Qaç,
oğlan! Qaç, at basdı! Millət gəlir!
Bu Qafqaz,
bu da Qafqaz arifləri,
Bu da
əhli-nazə təarüfləri,
Bu
millət yolunda məsarifləri,
Bu da
şanlı-şanlı məarifləri,
Bulardan
dəxi boylə xidmət gəlir,
Qaç,
oğlan! Qaç, at basdı! Millət gəlir!
Bununla
belə biz neçin bəxtiyar
Ölüb-itməyək
də hələ iftixar?!
De,
noqsanımız hansıdır zinhar?
Bu
siyrət, bu surət, bu qeyrət, bu ar....
Bizə,
ya, nə nisbətlə töhmət gəlir?
Qaç,
oğlan! Qaç, at basdı! Millət gəlir!
Həp
əfradımızda bir əzmü səbat,
Bu
əzmü səbat ilə bulduq nəcat,
Bu gün
cümləmiz bəkləriz bir həyat,
Bir
əhval, bir fıkr, bir iltifat....
Bu
əfkara qarşı nə diqqət gəlir?
Qaç,
oğlan! Qaç, at basdı! Millət gəlir!
Hanı
bizdə, yahu, nifaqü təzad?
Hanı
bizdə həmdinimizlə inad?
Bu
ülfət, bü rəfət, bu da ittihad!
Bax,
iştə, bu məclis, bu da iniqad!
Nə
mabeynə nifrət, nə lənət gəlir,
Nə
böhtan, nə hədyan, nə qeybət gəlir,
Nə
cib, nə cibişdan, nə rüşvət gəlir,
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!