1951-ci ildə Ağdam şəhərində anadan olub.
1965-ci ildə Ağdam şəhər 4 nömrəli səkkizillik məktəbini bitirib.
1965-1969-cu illərdə Bakı Yerli Sənaye Texnoloji Texnikumunda oxuyub, 1969-cu ildə “Ağac biçmə və ağac emalı texnologiyası” üzrə texnik – texnoloq ixtisasına yiyələnib. Fərqlənmə diplomu aldığına görə
Pedoqoji Sovetin qərarı ilə ali məktəbə oxumağa ezam edilib. Həmin ili Azərbaycan Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinə daxil olaraq 1974-cü ildə oranı da fərqlənmə diplomu ilə bitirib.
Texnikumda oxuyarkən texnikum üzrə Tələbə Həmkarlar Təşkilatının sədri, Universitetdə isə Jurnalistika fakültəsinin komsomol təşkilat katibi seçilib.
Texnikumu bitirdikdən sonra 6 ay (1969-cu ilin aprelindən – sentyabrınadək) Ağdam şəhər Kommunal Təsərrüfatı idarəsində fəhlə, BDU-nu
bitirdikdən sonra isə 8 ay (1974-cü ilin sentyabrından 1975-ci ilin aprelinədək) “Azərbaycan” nəşriyyatının qəzet-jurnal sexində çeşidləyici işləyib.
1975-ci ilin aprelindən “Abşeron” qəzetində əvvəlcə korrektor, sonra müxbir, kənd təsərrüfatı şöbəsinin müdiri, redaktor müavini vəzifələrində çalışıb. 1986-cı ildə “Kommunist” qəzetinə dəvət edilib.
1986-cı ildən 1991-ci ilədək “Kommunist” qəzetində baş müxbir və kənd təsərrüfatı şöbəsinin müdiri işləyib.
1991-ci ildə yeni nəşrə başlayan “Həyat” qəzetinə dəvət edilib. 1992-ci ilədək “Həyat” qəzetində zona müxbiri işləyib.
“Həyat” qəzeti “Azərbaycan” qəzeti ilə birləşdirilərkən əvvəlcə hər iki qəzetin Qarabağ bölgəsi üzrə xüsusi – hərbi müxbiri işləyib. Sonra “Azərbaycan”
qəzetinin müxbiri, şöbə müdiri olub.
2002-ci ilin aprelindən hal-hazıradək “Azərbaycan” qəzetinin baş redaktorudur.
Ehtiyatda olan zabit, kapitandır.
2000-ci ildə 119 nömrəli Ağdam kənd seçki dairəsindən Milli Məclisə deputat seçilib.
İkinci, üçüncü, dördüncü və beşinci çağrış Milli Məclisin deputatı olub.
Yaradıcılıq mükafatları:
1978-ci ildə “Hərbi vətənpərvərlik mövzusunda ən yaxşı yazılarına görə” Azərbaycan Jurnalistlər İttifaqının “Keşikdə” keçici prizinə layiq görülüb.
1983-cü və 1994-cü ildə “Qızıl qələm” mükafatını alıb.
2007-ci ildə “Yusif Məmmədəliyev” adına medala layiq görülüb.
Fəxri adları:
Əməkdar Jurnalist
Qarabağ müharibəsi veteranı.
Təltifləri: KHVTİC-nin “Hərbi vətənpərvərlik işlərində xidmətinə görə” medalı;
Dövlət Sərhəd Xidmətinin “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalı;
“Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının Yubiley medalı;
“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Yubiley medalı;
“Şöhrət” ordeni.
Yaradıcılığı: Qarabağ uğrunda müharibədən bəhs edən iki yüzdən çox məqalə,
50-dən çox elmi, bədii, siyasi və publisistik kitabın müəllifi və redaktoru
Kitabları: “Qeyrət və Xəyanət”,
“ İnsan və zaman”, “Həqiqət və yalan”, “ Ömrün söz yadigarı”
İctimai işləri: Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü,
Mətbuat Şurası İdarə Heyətinin üzvü, KİV-in İnkişafına Dövlət Dəstəyi Müşahidə Şurasının üzvü, Respublika Ağsaqqallar Şurasının Məclis üzvü.