4
nömrəli əlavə
Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi Kollegiyasının
2006-ci il "3 " avqust tarixli
2/1 nömrəli Qərarı iiə təsdiq edilmişdir
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
mədəniyyət
sərvətlərinin ekspertizasının keçirilməsi, tarixi, bədii, elmi
dəyərinin
müəyyənləşdirilməsi və respublikadan çıxarılması üçün şəhadətnamə
(icazə sənədi)
verilməsi üzrə ekspert komissiyası haqqında
ƏSASNAMƏ
I. Ümumi müddəalar
1.1.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kitablar
və kitabçalar, əlyazmalar, miniatür nəşrlər, xəritələr, not və digər
çap məhsullarının ekspertizasının keçirilməsi, tarixi, bədii, elmi
dəyərinin müəyyənləşdirilməsi və respublikadan çıxarılması üçün
şəhadətnamə (icazə sənədi) verilməsi üzrə ekspert komissiyası (bundan
sonra-Komissiya) ĞMədəniyyət haqqındağ Azərbaycan Respublikası
Qanununun tələblərinə uyğun olaraq Mədəniyyət və Turizm Nazirinin
əmrinə əsasən M.F.Axundov adına Azərbaycan Milii Kitabxanasının
nəzdində yaradılmış və tam təsərrüfat fəaliyyətlidir.
1.2.
Bu Əsasnamə Komissiyanın fəaliyyət dairəsinə daxil olan çap
məhsullarının, kitabların və əlyazmaların Azərbaycan
Respublikasından çıxarılması üçün ekspertiza keçirilməsi qaydalarını
müəyyən edir.
1.3.
Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar
və sərəncamlarını, "Mədəniyyət haqqında", "Kitabxana işi haqqında"
Azərbaycan Respublikası qanunlarını, Azərbaycan Respublikasının
digər qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilə və konvensiyaları, Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin kollegiya qərarlarını və əmrlərini
və bu Əsasnaməni rəhbər tutur.
1.4.
Komissiyanın üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunur.
1.5. Aşağıda göstərilən nəşrlər və çap məhsullarının Azərbaycan
Respublikasından çıxarılmasına icazə verilmir: qədim əlyazmalar,
qiymətli metallardan (qızıl, gümüş, platin) və nadir materiallardan
(fil sümüyü, dəri, perqament və s.) cildlənmiş və haşiyələnmiş
nəşrlər və çap məhsulları, 1920-ci ilədək çap olunmuş kitablar,
kitabçalar, xəritələr, digər nəşrlər və çap məhsulları (nəşr
yerindən asılı olmayaraq), Azərbaycan Respublikasının Milli
mədəniyyət əmlakının Dövlət Reyesterinə daxil edilmiş nəşrlər və çap
məhsulları, 1960-cı ilədək Azərbaycan ərazisində çap olunan və ölkə
çap məhsullarının arxiv fondunda olmayan, titul, 3-cü və 17-ci
səhifələri qəsdən ləgv edilmiş nəşrlər və çap məhsulları.
II Mədəniyyət sərvətərinin respublikadan
çıxarılmasına icazə veriiməsi qaydaları
2.1
Çap məhsullarının, kitabların və əlyazmaların respublikadan
çıxarılmasına icazə almaq üçün fiziki və ya hüquqı şəxs Komissiyaya
ərizə ilə müraciət edir. Ərizəyə ölkədən çıxarılması nəzərdə tutulan
nəşrlərin və materialların siyahısı 3 nüsxədə əlavə olunmalıdır.
Siyahıda nəşrin müəllifi, sərlövhəsi, nəşr yeri və ili, səhifələrin
miqdarı, şəkil, çertyoj və sxemlərin olub-olmaması mütləq
gostərilməlidir.
2.2 Ekspertiza komissiya üzvləri tərəfindən əşya sahibinin iştirakı
olmadan aparılır. Lakin zəruri hallarda əşya sahibi ekspertizaya
dəvət oluna bilər.
2.3 Əşya hərtərəfli tədqiq edilir, onun texnoloji xüsusiyyətləri,
habelə tarixi, bədii, elmi əhəmiyyəti və qiyməti müəyyənləşdirilir,
respublikadan çıxarılmasına icazə verilib- verilməməsi barədə qərar
qəbul edilir.
2.4.Ekspertizanın nəticələri əşyanın Azərbaycan Respublıkasından
çıxarılmasına icazə verilib-verilməməsi üçün əsasdır və icazə
verilmədiyi halda vətəndaşa müraciət əsasında bu barədə arayış
verilir.
2.5 Komissiya fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan
əlyazma və çap məhsullarının tarixi, bədii, elmi əhəmiyyətini
dəyərləndirir və onlara rəy verir.
2.6 Respublikadan çıxarılmasına icazə verilmış əşyaya Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən təsdiq edilən forma üzrə nömrələnmiş
ciddi hesabat blankı olan - şəhadətnamə (icazə sənədi) verilir.
2.7 Respublikadan çıxarılmasına icazə verilməyən nəşrlərin və çap
əsərlərinin Milli Mədəniyyət əmlakının Dövlət Reyesterinə daxıl
edilməsi, yaxud onların ölkə çap məhsullarının arxiv fondu üçün
alınması barədə Komissiya tərəfindən qərar qəbul edilir və
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə
göndərilir.
2.8. Şəhadətnamə (icazə sənədi) komissiyanın üzvləri tərəfindən
imzalanır və möhürlə təsdiq edilir.
2.9. Respublikadan çıxarılan çap məhsullarının və nəşrlərin
şəhadətnamələrinin (icazə sənədi) və siyahılarının bir nüsxəsi
komissiyada qalır, iki nüsxəsi ərizəçiyə verilir (bir nüsxəsi gömrük
orqanlarına təqdim olunmaq, digəri ərizəçidə qalmaq üçün).
2.10. Komissiyanın iclasları protokollaşdırılır.
2.11. Ekspertizanın keçirilməsi müqabilində fiziki və ya huquqi şəxs
Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmış qiymət cədvəli
əsasında nəğd yaxud hesaba pul köçürmə yolu ilə müəyyən məbləğ
ödəməlidir.
2.12. Komissıyanın iclasları həftədə bir dəfə əvvəlcədən
müəyyənləşdirilmiş günlərdə keçirilir. Komissiya lazım olan hallarda
müraciətə əsasən əlavə ödənişlə mədəniyyət sərvətlərinin
növbədənkənar ekspertizasını keçirə bilər.
2.13. Komissiya mədəni sərvətlərin respublikadan çıxarılması
qaydaları barədə maarifləndirmə işi aparır və bukinist, antikvar
nəşrlərin satışı ilə məşğul olan mağazaların, kitab-satış
salonlarının rəhbərləri vasitəsilə alıcıların nəzərinə əşyaların
respublikadan çıxarılması qaydalarını çatdırır.
2.14. Komissiya mağazalara (bukinist, antikvar) məxsus kitabların və
digər çap məhsullarının yerlərdə ekspertizasını keçirir və bu
əşyaların Azərbaycan Respublikasından çıxarılması üçün əvvəlcədən
icazə sənədlərinin verilməsini təmin edir.
2.15. Komissiya satışda olan müasir dövrdə hazırlanmış, kütləvi
şəkildə istehsal olunmuş suvenir və hədiyyə məmulatlarının
qeydiyyatını aparır, sistematik yeniləşdirilən reyestr tərtib edir
və bu barədə ildə iki dəfə yanvar və iyul aylarında Dövlət Gömrük
Komitəsinə çatdırmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyini
məlumatlandırır. Reyestrə daxil olan əşyalar heç bir məhdudiyyət
qoyulmadan və şəhadətnamə (icazə sənədi) verilmədən ölkədən çıxarıla
bilər.
2.16. Şəhadətnamə (icazə sənədi) verildiyi gündən beş il müddətində
qüvvədə qalır.
2.17. Ekspertiza nəticəsində əldə olunan gəlir Mədəniyyət və Turizm
Nazirliyinin müəyyən etdiyi qaydada komissiyanın üzvlərinə qonorar
şəklində verilir, ekspertizanın keçirilməsi ilə bağlı xərclərin
ödənilməsinə və kitabxananın inkişafına yönəldilir.
III. Komissiya tərəfindən ödənişsiz və güzəştli qiymətlərlə
şəhadətnamələrin (icazə sənədlərinin) verilməsi qaydaları
3.1.
Komissiya Mədəniyyət və Turizm Nazirliyinin əmr, sərəncam və
məktubları əsasında rəsmi qonaqlara hədiyyə verilmiş çap məhsulları
və nəşrlərə ödənişsiz ekspertiza keçirir.
IV. Mədəniyyət sərvətlərinin və çap məhsullarının müvəqqəti olaraq
sərgi,
yaradıcılıq gecələri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət
tədbirləri ilə
əlaqədar respublikadan çıxarılmasına icazə verilməsi qaydaları
4.1.
Tarixi, bədii və elmi əhəmiyyət kəsb edən kitabxana və muzey
fondlarına daxil olan əlyazmaların, çap əsərlərinin və digər
mədəniyyət sərvətlərinin müvəqqəti olaraq sərgi, bərpa işləri,
xarici mütəxəssislərin rəy verməsi, təqdimat, beynəlxalq mədəniyyət
tədbirləri ilə əlaqədar respublikadan çıxarılmasına təşkilatların
müraciəti əsasında baxılır. Müraciətdə mədəniyyət sərvətlərinin
aparılması səbəbləri və şərtiəri, habelə xaricdə qalması müddəti
göstərilməlidir.
4.2. Komissiyaya əşyalarla birlikdə onların 3 nüsxədən ibarət
siyahısı təqdim olunur. Siyahıda əsərin müəllifinin adı, yaradıldığı
il, materialı, texnikası göstərilir və sığorta qiymətləri əlavə
olunur.
4.3. Əşyalara UNESKO və Ümumdünya Gömrük Təşkilatı tərəfindən
hazırlanmış və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qəbul
edilmiş Azərbaycan və ingilis dillərində "Mədəniyyət sərvətlərinin
aparılmasına hüquq verən şəhadətnamə" (icazə sənədi) verilir.
4.4. Göstərilən mədəniyyət sərvətlərinin respublikanın hüdudlarından
kənarda olması müddəti il ərzində altı aydan çox olmamalıdır.
4.5. Respublikadan müvəqqəti çıxarılmış mədəniyyət sərvətləri ölkəyə
qaytarılarkən onların təkrar ekspertizası keçirılir.
V.Komissiya üzvlərinin hüquq və vəzifələri
5.1.
Komissiyanın aşağıdakı hüquq və vəzifələri vardır:
-respublikadan çıxarılması nəzərdə tutulan çap məhsullarının və
nəşrlərin ekspertiza edilməsi və onların qiymətləndirilməsi;
-lazım olan hallarda çap məhsullarının, kitabların və
əlyazmaların qiymətləndirilməsi və ekspertiza edilməsinə
ixtisaslı mütəxəssislərin cəlb olunması;
- çap məhsullarının, kitabların və əlyazmaların respublikadan
çıxarılmasına icazə verilib-verilməməsi barədə qərar qəbul
edilməsi.
-fıziki və ya hüquqi şəxslər tərəfindən daxil olan müraciətlərə
yazılı rəy verilməsi.
VI.Komissiya üzvlərinin məsuliyyəti
6.l.
Komissiya üzvləri işdə yol verilmiş nöqsanlara görə Azərbaycan
Respublikasının qanunlarına uyğun məsuliyyət daşıyırlar.
VII. Mədəniyyət sərvətlərinin respublikadan çıxarılması ilə
əlaqədar hüquqi və fiziki şəxslərin hüquqları və məsuliyyəti
7.1.
Hüquqi və fiziki şəxslər ekspert komissiyasının işi ilə əlaqədar
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə və ya
məhkəməyə müraciət edə bilərlər.
7.2. Hüquqi və fıziki şəxslər bu əsasnamənin 4.5,-ci
maddəsinin icrasına görə məsuliyyət daşıyırlar.
|