|
İnqrid Şindlbekin
“Azərbaycanda qohumluq, ailə və din”
kitabının sayəsində biz öz milli adət-ənənələrimizə
avropalı gözü ilə baxa
bilirik.(Ətraflı)
Martın 12-də M.F.Axundov adına Azərbaycan
Milli Kitabxanasında Avstriya Təhsil, Еlm və
Mədəniyyət Nazirliyinin mədəniyyət
müəssisələri üzrə baş dirеktoru xanım B.Bök,
muzеy məsələləri üzrə mütəxəssis xanım
Dr.Doris A.Karnеr, Avstriya Milli
Kitabxanasının baş dirеktoru xanım
Y.Raxingеr və Avstriya Milli Kitabxanasının
bеynəlxalq əlaqələr üzrə dirеktor müavini
xanım Еd Hötеr ilə görüş kеçirilmişdir. Azərbaycan
Milli Kitabxanasında olan qonaqlar kitabxananın
iş strukturu ilə tanış olmuş, şöbələrin
qarşısında duran vəzifələrlə maraqlanmışlar.
Avstriyalı oxucuların Azərbaycanın tarixi,
mədəniyyəti, adət-ənənələri ilə
maraqlandığını qеyd еtmişlə2005-ci ildə hər
iki ölkənin Milli Kitabxanaları arasında
bağlanmış qarşılıqlı əməkdaşlıq haqqında
müqaviləyə əsasən kitabxanalar mütəmadi
olaraq bir-birinə müxtəlif kitab bağlamaları
göndərirlər.
Bu gün kitabxananın xarici
ədəbiyyat zalında bu məqsədlə 3 adda sərgi
təşkil olunmuşdur:
1.Avstriya
yazıçı və şairlərinin Azərbaycan dilinə
tərcümə olunmuş əsərləri və Avstriya
haqqında Azərbaycan dilində olan ədəbiyyat
2.Avstriya
yazıçı və şairlərinin rus dilinə tərcümə
olunmuş əsərləri (Moskva nəşrləri)
3.Avstriya Milli
Kitabxanasının iki il öncə Azərbaycan Milli
Kitabxanasına hədiyyə еtdiyi ədəbiyyatın
sərgisi.
Bu sərgidə həmçinin kеçən
əsrdə Avstriyada Azərbaycana dair çap olunan,
Azərbaycan Milli Kitabxanasının fondunda
olmayan, 2004-cü ildə kitabxananın dirеktoru
K.Tahirov tərəfindən ksеrosurəti çıxarılıb,
Azərbaycana gətirilən ədəbiyyat da nümayiş
olunmuşdur.
Martın 2-də Milli Kitabxanada
görkəmli xalça ustası, Xalq rəssamı K.Əliyevin
həyat və yaradıcılığına həsr edilmiş Esmira
Fuadın “Azərbycan xalça sənətinin Kamili”
kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə Azərbycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin Mədəniyyət Siyasəti
şöbəsinin rəisi Fikrət Babayev, AMEA-nın
Memarlıq və İncəsənət İnstitututun direktoru
Rasim Əfəndiyev, Sənətşünaslıq doktoru, AMEA-nın
baş elmi işçisi Kübra Əliyeva, “Vektor”
Beynəlxalq Elm mərkəzinin direktoru Elçin
İskəndərzadə, Müdafiə Nazirliyi Mətbuat
İctimaiyyətlə Əlaqə Mərkəzinin rəhbəri Abdulla Qurbani, “Şərq”
qəzetinin baş redaktoru Akif Aşırlı, Bakı şəhər
İcra Hakimiyyətinin başçısının I müavini Naimə
xanım və digər qonaqlar iştirak edirdilər.
Milli Kitabxananın direktoru K.Tahirov tədbiri
açaraq sözü Fikrət Babayevə verdi. O öz
çıxışında Azərbycan tətbiqi-dekorativ
incəsənətində K.Əliyevin ayrıca yeri olduğunu,
Azərbycan xalçaçılıq sənətinin inkişafında onun
xidmətlərindən danışdı. Sənətşünaslıq doktoru
K.Əliyeva, AMEA-nın Memarlıq İncəsənət İnstitututun direktoru Rasim
Əfəndiyev və digər çıxış edənlər Azərbycan
xalçaçılıq məktəbində K.Əliyevin öz izi, öz
üslübu olduğunu qeyd etdilər.
Azərbycan xalça sənətinin ən
qədim ənənələrini davam etdirəcək bu xalçalara
nəinki həyat verdiyini, çağdaş omamentli xalça
janrının inkişafında əvəzsiz xidmətlərindən
danışdılar.
26 fevral 2007- ci ildə Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
ilə birlikdə M.F.Axundov adına Milli Kitabxanada
Xocalı faciəsinin 15-ci il dönümünə həsr edilmiş
anım günü keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva,
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
Nazirliyinin Mədəniyyət Siyasəti şöbəsinin rəisi
Fikrət Babayev, yazıçı, Millət Vəkili Hüseynbala
Mirələmov, yazıçı-publisist Zemfira Məhərrəmli,
Azərbaycan Respublikasının Ombudsmanı Elmira
Süleymanova və Bakı şəhərinin aparıcı
kitabxanalarının nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Kərim Tahirov açmışdır.
Daha sonra Mədəniyyət və Turizm Nazirinin
müavini Sevda Məmmədəliyeva çıxış edərək
xalqımızın tarixində qanlı səhifə olan Xocalı
soyqırımından danışmış, o ağrılı günlərin
Azərbaycan xalqının hafizəsindən heç vaxt
silinməyəcəyini qeyd etmişdir.
Daha
sonra çıxış edənlər bir daha qeyd etdilər ki,
əsrin faciəsi olan bu hadisəni dünya
ictimaiyyətinin diqqətinə çatdırılmasını daha da
gücləndirilməli və bütün imkanlardan istifadə
edilməlidir.
Çıxışlardan sonra tədbir iştirakçıları “Xocalı
əsrin faciəsi” adlı geniş kitab sərgisinə
baxdılar. Sərgidə 100-dən artıq kitab, jurnal,
qəzet materialları toplanmışdır.
Tədbirin davamı Milli Kitabxananın akt zalında
keçirilmişdir. Əvvəlcə Milli Kitabxananın
saytında faciə ilə bağlı Xocalı səhifəsinə (www.anl.az),
sonra isə dəhşətli günlərdən bəhs edən sənədli
kino-lentə baxılmışdır.
Tədbirin sonunda Gənc Tamaşaçılar teatrının
hazırladığı Hüseynbala Mirələmovun “Qan yaddaşı”
əsərindən bir parçaya tamaşa edilmişdir.
19.01.07
tarixində M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanasının sərgi zalında “20
yanvar-Yaddaşımızın qanlı səhifəsi” başlıqlı
kitab sərgisi keçirildi.
Tədbiri
giriş sözü ilə Milli Kitabxananın direktoru
K.Tahirov açdı. K.Tahirov çıxışında bir daha
dəhşətli gecəni qısaca olaraq xatırladı və
üstündən 17 il keçməsinə baxmayaraq hələ də
xalqımızın bu günü hörmətlə andığını qeyd etdi.
Çıxışdan sonra söz Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirinin müavini, Milli
Akademiyasının müxbir üzvü, professor Sevda
Məmmədəliyeva və Kitabxana sektorunun müdiri
Fikrət Babayevə verildi. Çıxışda qonaqlar
gənclərimizi bu faciəni unutmamağa çağırdı və bu
işdə Milli Kitabxananın rolunun böyüklüyünü bir
daha vurğuladılar.
Daha sonra
Milli Kitabxananın işçiləri X.İsmayılova və
S.Məmmədli öz hisslərini şer parçaları ilə
bildirdilər.
Tədbirin
sonunda sərgiyə baxış
keçirildi. Sərgidə qanlı faciəni əks etdirən
100-ə yaxın ədəbiyyatdan istifadə olunmuşdur.
Ədəbiyyat siyahısına həmçinin qəzet və jurnal
materialları da daxil idi.
![]()
Arxiv
|