-
M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanası (bundan sonra “Kitabxana” adlanacaqdır)
respublikanın baş kitabxanasıdır, milli dövlət
kitabsaxlayıcısıdır, onun kitab fondları Azərbaycan xalqının
milli mədəniyyət sərvətidir və dövlət tərəfindən xüsusi
qaydada mühafizə olunur.
-
Kitabxana şəxsiyyəti təsdiq edən sənəd
almış bütün Azərbaycan və xarici ölkə vətəndaşları üçün
açıqdır və ondan istifadə pulsuzdur. Eyni zamanda əlavə əmək
tələb edən pullu xidmətlər də tətbiq oluna bilər
(sənədlərin kserosurəti, skaneri, başqa kitabxanalardan
kitab sifarişi və s.).
-
Kitabxanadan istifadə yalnız oxucu
kartı əsasında həyata keçirilir. Kitabxanaya daxil olarkən
oxucu kartını nəzarət-buraxılış məntəqəsində qeydiyyatdan
keçirməlidir. Oxucu ədəbiyyat sifariş verərkən və alarkən,
müdiriyyət və ya kitabxana üzrə məsul növbətçi tələb edərkən
oxucu kartını göstərməlidir. İnternet zalın xidmətlərindən və lokal şəbəkədən istifadə edərkən oxucu kartını mütləq təqdim etməlidir.
-
Oxucu kartını itirən şəxs dərhal
qeydiyyat bölməsinə müvafiq ərizə ilə müraciət etməlidir. O,
yeni oxucu kartını ödəniş etməklə ala bilər.
-
Oxucu kartı şəxsiyyəti təsdiq edən
sənədlər: şəxsiyyət vəsiqəsi və ya pasport, şəxsi vəsiqə,
hərbi bilet, sürücülük vəsiqəsi əsasında verilə bilər. Elmi
zallara üzv olmaq üçün oxucular müvafiq sənədlərinin
surətini (ali təhsil haqqında, elmi dərəcə haqqında) təqdim
etməlidir. Oxucu kartı üçün ərizəçi şəxsən özü müraciət
etməlidir.
-
Birdəfəlik bilet bütün oxucu
kateqoriyaları üçün ancaq bir dəfə verilir.
-
Oxucu kartını başqa şəxsə vermək qəti
qadağandır. Belə hal baş verərsə həmin oxucu kitabxanadan
istifadə hüqüqundan müəyyən müddət məhrum olunur.
-
Hər bir oxucu nəzarət-buraxılış
məntəqəsindən keçərkən nəzarət vərəqi almalı, orada öz
adını, soyadını və oxucu kartının nömrəsini
yazmalıdır.
-
Nəzarət vərəqi təqdim olunmadan
oxucuya ədəbiyyat verilmir.
-
Nəzarət vərəqini qoruyun. Onu
itirdikdə dərhal nəzarət-buraxılış məntəqəsinə və Sizə
xidmət edən kitabxanaçıya xəbər verin.
-
Oxumaq üçün alınmış ədəbiyyatı başqa
şəxsə vermək və ya nəzarət-buraxılış məntəqəsindən kənara
çıxarmaq qəti qadağandır.
-
Hər bir oxu zalının köməkçi fondundan
alınan ədəbiyyatdan yalnız həmin zalda istifadə etmək olar.
-
Üst geyimində, söndürülməmiş mobil
telefonla, fotoaparatla və iri çanta ilə kitabxanaya daxil
olmaq qəti qadağandır. Həmin əşyalar qarderoba təhvil
verilməlidir.
-
Kitabxananın daxili nizam- intizam
qaydalarına (mobil telefonla danışmaq, səs-küy salmaq,
saqqız çeynəmək, qazlı su gətirmək) tabe olmayan oxucular
kitabxanaya buraxılmır.
-
Kitabxanada istifadə üçün alınmış
ədəbiyyatı cıran və korlayan şəxslər qanunla müəyyən olunmuş
qaydada məsuliyyət daşıyırlar.
-
Kataloq və kartotekalardan nəzakətlə
istifadə olunmalıdır. Onların kartoçkalarını yazmaq, cırmaq,
çıxarmaq və kataloq qutularını kataloq yeşiklərindən kənara
aparmaq olmaz.
-
Kitabxanada şəxsi kompyuterdən
istifadəyə icazə verilir.
-
Kitabxananın kompyuterlərində
yaddaş kartı (fləş
kart) və
disklərdən istifadə qadağandır.
-
Kitabxananın Nadir kitablar və
kitabxana muzeyi şöbəsindən, Azərbaycan kitabının arxivi
şöbəsindən kitab və jurnalların, Dövri mətbuat bölməsindən
cildlənmiş qəzetlərin və Not nəşrləri və səsyazmaları
şöbəsindən not əlyazmalarının fotosurətinin çıxarılmasına
ancaq Elektron resurslardan
istifadənin təşkili bölməsində icazə verilir.
-
Milli Kitabxanaya daxil olan hər bir
oxucu geyim mədəniyyətinə fikir verməli, gigiyena
qaydalarına əməl etməlidir.
-
Kitabxanadan yalnız bu istifadə
qaydalarına riayət edən vətəndaşlar istifadə edə bilərlər.
-
“M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından istifadə
Qaydaları”na əməl etməyən, kitabxananın daxili nizam-intizam
qaydalarına tabe olmayan (mobil telefonla danışan,
başqalarına mane olan, səs-küy salan, kitabxanaya maddi
ziyan vuran və s.) oxucular kitabxanadan uzaqlaşdırılır,
oxucu hüququndan məhrum edilirlər.