Azərbaycan mİllİ kİtabxanası

ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

OXUCULARIN NƏZƏRİNƏ!

 

Hörmətli oxucular!


15 sentyabr 2017-ci il tarixindən kitabxana iki növbəli iş rejiminə keçir.

      İstirahət günü: Bazar ertəsi 

 

(Bazar günləri kitabxana işləyəcək)

 

*  *  *

 

Biblioqrafik sorğu

Milli Kitabxana sizə məsafədən sifariş (virtual) Biblioqrafik sorğu xidmətini təqdim edir. Bölməyə daxil olmaqla kitabxanaya gəlmədən, iş və ya yaşayış yerindən ayrılmadan İNTERNET vasitəsilə konkret nəşrin (kitab, jurnal, qəzet. not və s.) Milli Kitabxananın fondunda olub-olmaması haqqında məlumat əldə edə bilərsiniz.

 

*  *  *

 

Hörmətli oxucular!

Bu il Azərbaycan Milli Kitabxanası öz elektron fondunu genişləndirmək məqsədilə elektron kitabxananın xarici elektron informasiya bazaları ilə komplektləşməsini həyata keçirərək zəngin axtarış imkanlarına malik, dünyanın və Rusiyanın aparıcı elibrary.ru  elektron elmi kitabxanasının rusdilli informasiya ehtiyatlarına abunə olmuşdur. elibrary.ru platformasında Rusiyanın universal xarakterli (müxtəlif elm sahələrinə dair) elmi jurnallarının elektron versiyalarının tam mətnlərindən oxucuların istifadəsi məqsədi ilə Oxuculara xidmət şöbəsinin elmi zallarında – Dövri mətbuat, Humanitar, Dəqiq və texniki elmlər zallarında, Lokal şəbəkədən istifadə üzrə oxu zalında olan kompüterlərə yüklənərək  Sizin istifadənizə verilmişdir.

 

*  *  *

 

Milli Kitabxananın fondlarında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq...

Milli Kitabxananın fondlarında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq 1975-2014-cü illərdə rus dilində nəşr olunan avtoreferatlara sifariş müvəqqəti olaraq dayandırılıb.

Müvəqqəti narahatçılığa görə üzr istəyirik

 

*  *  *

 

Rayon, şəhər mərkəzləşdirilmiş kitabxana sistemi direktorlarinin nəzərinə!

M.F.Axundov adına Milli Kitabxananın Elektron informasiya xidməti və KAA (kitabxanalararası abonement) şöbəsioxuculara təqdim etdiyi virtual xidmət vasitəsilə rayon və şəhər MKS-lərinin fondunda olmayan ayrı-ayrı kitablardan (bədii ədəbiyyat istisna olmaqla) müəyyən hissənin, fəslin, dövri və ardı davam edən nəşrlərdə, elmi əsərlərdə, məcmuələrdə dərc olunmuş məqalələrin elektron versiyasının yerlərə çatdırılmasını həyata keçirir.

Sifarişlər üçün orders@anl.azelektron ünvanına müraciət edə bilərsiniz. Xidmət ödənişsizdir.

Oxucularınıza bu barədə məlumat verməyi Sizdən xahiş edirik.

 

*  *  *

 

Virtual sifariş

Saytımızda sizə məsafədən sifariş (virtual) xidməti təklif edilir.

Kitabxananın üzvü olan hər bir oxucu bu bölməyə daxil olmaqla kitabxanaya gəlmədən, iş və ya yaşayış yerindən ayrılmadan İNTERNET vasitəsilə kitab, jurnal və qəzet sifariş verə bilər.

 

*  *  *

 

Elektron informasiya xidməti və KAA (kitabxanalararası abonement) şöbəsinin xidmətləri

Milli Kitabxananın 2-ci mər-təbəsində (oxu zalının nəzdində) "Elektron İnformasiya xidməti və KAA (kitabxanalararası abonement) " şöbəsi açılmışdır. Bu şöbədə virtual sifariş, elektron kitabxana, elektron kataloq, internet xidmətindən istifadə edə bilərsiniz. Milli Kitabxanada olmayan kitabların, dissertasiyaların Rusiya Dövlət Kitabxanasından elektron variantını (sifariş pulludur) da sifariş verə bilərsiniz.

 

*  *  *

 

Qanunvericilik üzrə onlayn məlumat bazası

Milli Kitabxananın Humanitar elmlər zalında (III mərtəbə) Azərbaycan və rus dillərində Azərbaycan Respublikasının qanunvericiliyi üzrə onlayn məlumat bazası təqdim olunur.

Bu bazanı www.qanun.info – (Azərbaycan dilində) və www.consulting.minimax.az – (rus dilində) internet səhifəsinə daxil olmaqla əldə etmək olar.