Azərbaycan mİllİ kİtabxanası

ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

EKSPERT KOMİSSİYASI

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının Qərarına (Protokol № 4/1, 10 iyun 2015)  əsasən M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının nəzdində çap məhsullarının, kitabların və əlyazmaların bədii və elmi dəyərinin müəyyənləşdirilməsi, xüsusi bədii ekspertiza keçirilməsi, mühafızə şəhadətnaməsinin verilməsi üzrə ekspert komissiyası fəaliyyət göstərir.
 

Çap məhsullarının, kitabların və əlyazmaların ekspertizasının keçirilməsi, tarixi, bədii, elmi dəyərinin müəyyənləşdirilməsi və respublikadan çıxarılması üçün şəhadətnamə (icazə sənədi) verilməsi üzrə ekspert komissiyanın  Əsasnaməsi ( 4 nömrəli əlavə) və tərkibi təsdiq edilmişdir.

Əsasnaməyə əsasən aşağıda göstərilən nəşrlər və çap məhsullarının Azərbaycan Respublikasından çıxarılmasına icazə verilmir: qədim əlyazmalar, qiymətli metallardan (qızıl, gümüş, platin) və nadir materiallardan (fil sümüyü, dəri, perqament və s.) cildlənmiş və haşiyələnmiş nəşrlər və çap məhsulları, 1920-ci ilədək çap olunmuş kitablar, kitabçalar, xəritələr, digər nəşrlər və çap məhsulları (nəşr yerindən asılı olmayaraq), Azərbaycan Respublikasının Milli mədəniyyət əmlakının Dövlət Reyesterinə daxil edilmiş nəşrlər və çap məhsulları, 1960-cı ilədək Azərbaycan ərazisində çap olunan və ölkə çap məhsullarının arxiv fondunda olmayan, titulu, 3-cü və 17-ci səhifələri qəsdən ləgv edilmiş nəşrlər və çap məhsulları.
 

Çap məhsullarının, kitabların və əlyazmaların respublikadan çıxarılmasına icazə almaq üçün fiziki və ya hüquqı şəxs Komissiyaya ərizə ilə müraciət edir. Ərizəyə ölkədən çıxarılması nəzərdə tutulan  nəşrlərin və materialların siyahısı 3 nüsxədə əlavə olunmalıdır. Siyahıda nəşrin müəllifi, sərlövhəsi, nəşr yeri və ili, səhifələrin miqdarı, şəkil, çertyoj və sxemlərin olub-olmaması mütləq gostərilməlidir.
 

Ekspertizanın nəticələri əşyanın Azərbaycan Respublıkasından çıxarılmasına icazə verilib-verilməməsi üçün əsasdır və icazə verilmədiyi halda vətəndaşa müraciət əsasında bu barədə arayış verilir.

Respublikadan çıxarılmasına icazə verilmış çap məhsullarına, kitaba və əlyazmaya Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilən forma üzrə nömrələnmiş ciddi hesabat blankı olan - şəhadətnamə (icazə sənədi) verilir. Respublikadan çıxarılan çap məhsullarının və nəşrlərin şəhadətnamələrinin (icazə sənədi) və siyahılarının bir nüsxəsi komissiyada qalır, iki nüsxəsi ərizəçiyə verilir (bir nüsxəsi gömrük orqanlarına təqdim olunmaq, digəri ərizəçidə qalmaq üçün).
 

Ekspertizanın keçirilməsi müqabilində fiziki və ya huquqi şəxs Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmış qiymət cədvəli əsasında nəğd yaxud hesaba pul köçürmə yolu ilə müəyyən məbləğ ödəməlidir.

Sertifikatlar