Azərbaycan mİllİ kİtabxanası

ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

NOT NƏŞRLƏRİ ZALI

Hazırda not nəşrləri zalı 16 oxucu yerindən ibarətdir. Oxucuların istifadəsində 29586 nüsxə səsyazmaları, 6442 nüsxə Azərbaycan notları, 168929 nüsxə başqa dillərdə not əsərləri, 10500 nüsxə musiqi haqqında ədəbiyyat vardır (Azərbaycan və rus dillərində). Daim zənginləşən musiqi fondunda 1970 nüsxə Azərbaycan bəstəkarlarının not əlyazmaları, habelə 2000 nüsxəyə yaxın Azərbaycan dramaturqlarının səhnə əsərlərinin (pyeslərinin) əlyazmaları da oxucunun istifadəsindədir. Zalda musiqi fondunu əks etdirən ayrı-ayrılıqda not nəşrlərinin, səsyazmalarının, musiqi kitablarının oxucu əlifba və sistemli kataloqu, kartoteka sistemi mövcuddur. Zalın əsas oxucu kontingenti Musiqi Akademiyasının, musiqi texnikumlarının, məktəblərinin tələbələri, musiqişünaslar, musiqi müəlimləri, bəstəkarlar, musiqi sahəsində çalışan elmi işçilər, aspirantlar və digər oxucu qruplarıdır .