ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

AZƏRBAYCAN ƏDƏBİYYATININ ARXİVİ ZALI

Arxivlik funksiyasını daşıyan şöbədə 4 oxucu yeri vardır. Fondda 77 min nüsxə ədəbiyyat qorunub saxlanılır. Bundan əlavə, inqilabaqədərki (1875-ci ildən 1920-ci ilə qədər təxminən 39 adda) qəzetlər, həmçinin 1906-cı ildən bu günə qədər nəşr olunan jurnallar (təxminən 410 adda), 852 qəzet və jurnalın mikrofilmləri qorunub saxlanılır. Hər il şöbənin fondu yeni ədəbiyyatlarla (jurnallarla) zənginləşdirilir. 2004-cü ildən etibarən Azərbaycanda nəşr olunan rus dilli ədəbiyyat qorunub saxlanması üçün Çap məhsullarının qeydiyyatı və Milli biblioqrafiya (Kitab Palatasından) şöbəyə verilir. Şöbənin fondu əlifba, sistemli, xronoloji kataloqlarda öz əksini tapır.

Kitabxananın başqa şöbələrindən fərqli olaraq, bu  şöbə oxuculara xüsusi təliqə vasitəsilə xidmət edir. Şöbədə alim, akademik, aspirant və elmi işçilər məşğul olurlar. Bu oxucular XIX əsrin axırları, XX əsrin əvvəllərində çap olunan ədəbiyyatla bərabər, müasir dövr əsərlərindən də istifadə edirlər. Ümumi xidmətdən fərqli olaraq, oxucuya birbaşa xidmət göstərilir.