Diyarşünaslıq elmi biblioqrafiya şöbəsində oxuculara xidmət üçün nəzərdə tutulan 12 nəfərlik oxu zalı fəaliyyət göstərir. Oxucu sorğularına cavab əsasən şöbədə olan “Azərbaycanşünaslıq” toplu kataloqu vasitəsilə həyata keçirilir. Bundan başqa oxucu sorğuları yazılı arayışlar arxivi, diyarşünaslığa dair köməkçi məlumat biblioqrafiya fondu, elmin bütün sahələrini geniş əks etdirən diyarşünaslıq xarakterli biblioqrafik vəsaitlər fondu vasitəsilə cavablandırılır. Oxu zalı bütün oxucu qruplarına xidmət edir.