Azərbaycan mİllİ kİtabxanası

ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

OXUCULARIN NƏZƏRINƏ!

XƏBƏRLƏR Digər xəbərlər

Milli Kitabxanada “20 yanvar – Ümumxalq hüzn və qürur günüdür” mövzusunda kitab sərgisi və filmin nümayişi keçirildi

Yanvarın 17-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası birgə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 13 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən “20 yanvar – Ümumxalq hüzn və qürur günüdür” mövzusunda kitab sərgisi və filmin nümayişi keçirildi.

Ətraflı

Milli Kitabxanada “Dilçilik elmində Afad Qurbanov irsi” adlı kitabın təqdimat mərasimi keçirildi

Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu və Azərbaycan Milli Kitabxanası birgə Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq, ictimai xadim, müasir Azərbaycan Əlifbasının müəllifi və Onomastika Elmi Məktəbinin banisi, akademik Afad Qurbanovun 90 illik yubileyinə həsr olunmuş Sayalı Sadıqovanın “Dilçilik elmində Afad Qurbanov irsi” adlı kitabın təqdimat mərasimi keçirildi. İlk öncə tədbir iştirakçıları görkəmli alim, ictimai-xadim Afad Qurbanovun 90 illiyinə həsr olunmuş “Görkəmli dilçi-alim Afad Qurbanov 90” adlı geniş kitab sərgisi ilə tanış oldular.

Ətraflı

Milli Kitabxanada “Mikayıl Rzaquluzadə. Biblioqrafiya” kitabının və eyniadlı elektron məlumat bazasının təqdimat mərasimi keçirildi

Dekabrın 27-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Azərbaycan Milli Kitabxanası ilə birlikdə “Mikayıl Rzaquluzadə. Biblioqrafiya” kitabının və eyniadlı elektron məlumat bazasının təqdimat mərasimi keçirildi. Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq, görkəmli tərcüməçi, nasir, şair Mikayıl Rzaquluzadənin ədəbi yaradıcılığı, tərcümə fəaliyyəti haqqında geniş söhbət açdı.

Ətraflı