Azərbaycan mİllİ kİtabxanası

ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Sərgi: "Kamal Talıbzadə - 95"

Sərgi: "Kamal Talıbzadə - 95"

14.08.2018

Avqust ayının 14-də Azərbaycan Milli Kitabxanasında tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanın Elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Kamal Abdulla Şaiq oğlu Talıbzadənin anadan olmasının 95 illiyi münasibətilə “Kamal Talıbzadə-95” adlı geniş kitab sərgisi açılmışdır.

Sərgi: “Ənvər Əhməd-75”

Sərgi: “Ənvər Əhməd-75”

08.08.2018

Avqust ayının 8-də Azərbaycan Milli Kitabxanasında şair, tərcüməçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru, “Qızıl qələm” mükafatı laureatı, beynəlxalq dərəcəli fəlsəfə və filologiya doktoru, professor, Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvü Ənvər Əhmədin (Əhmədov Ənvər Misir oğlu) anadan olmasının 75 illiyi münasibətilə “Ənvər Əhməd-75” adlı kitab sərgisi açılmışdır.

Azərbaycan Milli Kitabxanasında “1 avqust -Azərbaycan Əlifbası və Azərbaycan Dili günüdür” adlı tədbir keçirilmişdir

Azərbaycan Milli Kitabxanasında “1 avqust -Azərbaycan Əlifbası və Azərbaycan Dili günüdür” adlı tədbir keçirilmişdir

01.08.2018

1 avqust 2018-ci il tarixində Azərbaycan Milli Kitabxanasında “1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili günüdür” adlı tədbir keçirilmişdir. Tədbiri Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova açaraq, bu əlamətdar günün latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq ümümmilli lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən qeyd edildiyini söyləmişdir.

Sərgi:  “1 avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili günüdür”

Sərgi: “1 avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili günüdür”

30.07.2018

30 iyul 2018-ci il tarixində Azərbaycan Milli Kitabxanasında “1 avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili günüdür” adlı geniş kitab sərgisi açılmışdır. Sərgidə Azərbaycan, rus və xarici dillərdə Azərbaycan dilinin tarixindən, dövlətimiz tərəfindən dilimizə göstərilən qayğıdan bəhs edən kitablar və dövri mətbuat materialları sərgilənmişdir.

“Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək perspektivləri” adlı fərdi jurnalist yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi

“Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək perspektivləri” adlı fərdi jurnalist yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi

25.07.2018

İyulun 25-də Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi “Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək perspektivləri” adlı fərdi jurnalist yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Tədbirdə çıxış edən Mədəniyyət Naziri cənab Əbülfəs Qarayev Azərbaycan kinosunun nailiyyətlərindən və müsabiqənin əhəmiyyətindən danışmış, mətbuat işçilərinin milli kinomuzun tədqiqi, təbliği istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirmişdir.