ELEKTRON KİTABXANA

DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Milli Kitabxana “Əbdürrəhim bəy Haqverdiyev-150” adlı Elektron məlumat bazasını virtual rejimdə təqdim etdi

15.05.2020

2020-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olur.
Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Əbdürrəhim bəy Haqverdiyev-150” adlı Elektron məlumat bazası Rəsmi sənədlər, Həyat və yaradıcılığı, Həyat və yaradıcılığının əsas tarixləri, Görkəmli şəxslər Əbdürrəhim bəy Haqverdiyev haqqında, Əsərləri, Haqqında, Xatirəsinin əbədiləşdirilməsi, Filmoqrafiya, Fotoqalereya bölmələrindən ibarətdir. Elektron məlumat bazasında yazıçının azərbaycan, türk, rus və ingilis dillərində əsərləri, audio-kitablar, dövri mətbuatda və məcmuələrdə çap olunan əsərləri, səhnələşdirilmiş əsərləri, xatirəsinin əbədiləşdirilməsinə dair materiallar və digər sənədlər təqdim olunur. Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər: http://anl.az/el/emb/E.Haqverdiyev/index.html 

Share