ELEKTRON KİTABXANA

DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Milli Kitabxana “Musiqi kitabxanası” layihəsini istifadəçilərə təqdim etdi

14.09.2020

Milli Musiqi Günü ərəfəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası istifadəçilərə “Musiqi kitabxanası” adlı yeni layihəsini virtual rejimdə təqdim edib. “Musiqi kitabxanası” adlı layihə “Musiqi ədəbiyyatı”, “Notlar” və “Səsyazıları” bölmələrini əhatə edir. “Musiqi ədəbiyyatı” və “Notlar” bölmələrində Milli Kitabxananın fondunda olan musiqi ədəbiyyatları əlifba sırası üzrə yerləşdirilib və bütün ədəbiyyatlar elektron resursları ilə istifadəçilərə təqdim olunur. Azərbaycan, rus və digər dillərdə olan notlar da bölməyə daxil edilib. “Səsyazıları” bölməsində isə həm Azərbaycan bəstəkarlarına, həm də Azərbaycan xalq musiqisinə dair səsyazıları verilib. Azərbaycan xalq musiqisi yarımbölməsində Muğamlar, Zərb muğamları və şikəstələr, Azərbaycan xalq mahnıları, Qəhrəmanlıq təranələri, Azərbaycan xalq rəqs musiqisi və Aşıq musiqisi təqdim olunur.

Layihədə həmçinin Azərbaycanın görkəmli bəstəkarları haqqında məlumatlarda öz əksini tapmışdır.

Layihə ilə tanış olmaq istəyənlər http://anl.az/el/musiqi_kitabxanasi/index.php linkindən istifadə edə bilərlər.

Share