ELEKTRON KİTABXANA

DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Milli Kitabxana “Kitabxanalarda hüquqi informasiyaya olan təlabatın ödənilməsi” adlı metodik vəsaiti virtual rejimdə təqdim etdi

16.09.2020

Oxucuların hüquqi informasiyaya olan tələbatlarının ödənilməsi, onların sorğularının tam və dolğun şəkildə yerinə yetirilməsi, yeni-yeni maraq sahələrinin yaradılması, eləcə də, mövcud marağın genişləndirilməsi kitabxanaların qarşısında mühüm vəzifələr qoyur. Bu məqsədlə kitabxanaçılar kütləvi işin müxtəlif formalarından istifadə etməlidirlər.
Milli Kitabxana əməkdaşları tərəfindən “Kitabxanalarda hüquqi informasiyaya olan təlabatın ödənilməsi” adlı metodik vəsait hazırlanıb. Təqdim olunan metodik vəsaitdə kitabxanada hüquq üzrə ədəbiyyatın təbliği ilə bağlı tövsiyələr verilmiş, oxucuların hüquqi informasiyaya olan tələbatının ödənilməsinə kömək məqsədilə keçiriləcək tədbirlərdən bəhs edilmişdir.
Metodik vəsaitlə tanış olmaq istəyənlər http://anl.az/down/Kitabxanalarda.huquqi.informasiyaya.olan.telebatin.odenilmesi.pdf  linkindən istifadə edə bilərlər.

Share