ELEKTRON KİTABXANA

DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Milli Kitabxanada “Qarabağ xalq sənətkarlığı” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olundu

12.10.2020

Qarabağ bölgəsi özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə zəngindir. Azərbaycanın ən qədim bölgələrindən biri və bu torpağın incisi sayılan Qarabağ həm də sənət, mədəniyyət mərkəzi kimi şöhrətlənib. Qarabağda daşişləmə, dulusçuluq, metalişləmə, toxuculuq, təsvirisənət, zərgərlik və digər sənət növləri özünəməxsus yer tutmuşdur.

Qarabağ dünya mədəniyyətinə çox nadir incilər bəxş etmiş bir diyardır. Qarabağ bütünlükdə, mədəniyyətimizin, musiqimizin beşiyidir.

Qarabağ xalq sənətkarlıq nümunələrinin tanıdılması məqsədilə Milli Kitabxana əməkdaşları tərəfindən “Qarabağ xalq sənətkarlığı” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Qarabağ bölgəsinin qədim xalçaçılıq sənəti, zərgərlik nümunələri, qədim türk musiqi alətləri və onlar haqqında məlumatlar, fotolar nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Qarabag_xalq_senetkarligi/index.htm linkindən istifadə edə bilərlər.

Share