ELEKTRON KİTABXANA

DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Milli Kitabxana “Əhmədiyyə Cəbrayılov – 100” adlı daycesti istifadəçilərə təqdim edib

13.10.2020

Bu il İkinci Dünya Müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, “Armed Mişel”, “Ryus Armed”, “Хаrqo” və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş, Fransanın orden və medalları ilə, o cümlədən “Hərbi medal” ilə təltif olunmuş, xalqımızın igid oğlu Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi tamam olur. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Əhmədiyyə Cəbrayılov – 100” adlı daycest istifadəçilərə təqdim olunub.

Daycestdə Əhmədiyyə Cəbrayılovun həyatı və keçdiyi şərəfli döyüş yolundan bəhs edən, 2010-2020-ci illərdə ölkə ərazisində müxtəlif dövri nəşrlərdə dərc edilən məqalələr araşdırılmış və diqqətə çatdırılmışdır. Daycestin hazırlanmasında əsas məqsəd xalqımızın igid oğlu Əhmədiyyə Cəbrayılovun həyatı və döyüş yolundan bəhs edən məqalələrlə geniş oxucu kütləsini tanış etməkdir. Daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba düzülüşü ilə verilmişdir.

Daycest ilə tanış olmaq istəyənlər http://anl.az/down/Ehmediyye_Cebrayilov.pdf linkindən istifadə edə bilərlər.

Share