ELEKTRON KİTABXANA

DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Milli Kitabxanada “18 Oktyabr Milli Müstəqillik Günü” adlı Elektron məlumat bazası virtual rejimdə istifadəçilərə təqdim olundu

18.10.2020

Bu gün Azərbaycan xalqının Müstəqillik Günüdür. Azərbaycanın dövlət müstəqilliyi əldə etməsi böyük tarixi nailiyyət, xalqımızın əvəzsiz sərvətidir. Şübhə yoxdur ki, Azərbaycan bundan sonra öz müstəqilliyini daha da möhkəmləndirəcək, işğal altında olan torpaqları düşmən tapdağından tam azad edəcək, respublikamız dünyanın qüdrətli diyarlarından birinə çevriləcək.

Milli Müstəqillik Günü münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “18 Oktyabr Milli Müstəqillik Günü” adlı Elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası Rəsmi sənədlər; Dövlət müstəqilliyimiz daimidir, əbədidir, dönməzdir; Heydər Əliyev və Azərbaycan dövlətçiliyi; Dövlət müstəqilliyinə dair digər nəşrlər; Azərbaycanın dövlət rəmzləri; Milli Müstəqillik Gününə həsr olunmuş poçt markaları; Fotoqalereya və Videoqalereya bölmələrindən ibarətdir.

Elektron məlumat bazasında Azərbaycanın dövlət müstəqilliyindən, Azərbaycan tarixindən, ulu öndər Heydər Əliyevin dövlət quruculuğundakı xidmətlərindən bəhs edən kitablar, dövri mətbuat materialları, foto və videolar nümayiş olunur. Elektron məlumat bazasında nümayiş olunan materiallar tam mətnləri ilə verilib.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Musteqillik-gunu/index.html linkindən istifadə edə bilərlər.

Share