DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası davam edir

19.02.2021

Fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakultəsi də qoşuldu.

Fakultənin dekan vəzifəsini icra edən, Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının dosenti Ələmdar Cabbarlı ilk öncə Prezident İlham Əliyevin  və Azərbaycan ordusunun rəhbərliyi altında qazanılan mühüm qələbədən danışdı. O, bildirdi  ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızda illər ərzində xeyli sayda mədəni abidələrimiz, kitabxanalarımız, eləcə də çox sayda kitabxana fondu məhv edilmişdir. Və o qeyd etdi ki, artıq Prezident cənab İlham Əliyevin başçılığı altında quruculuq işlərinə başlanılıb. Ələmdar Cabbarlı Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə təşkil etdiyi “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”nın əhəmiyyətini vurğulayaraq Kitabxanaçılıq-informasiya fakultəsinin əməkdaşları tərəfindən toplanılan 1000 nüsxə Azərbaycan, rus və ingilis dillərində Azərbaycan ədəbiyyatına, Ulu Öndər Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyevin siyasətinə, eləcə də  Kitabxanaçılıq-informasiya fakultəsinə dair dərs vəsaitləri və jurnalları fonda bağışladı.

Share