DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Milli Kitabxanada “21 fevral Beynəlxalq Ana Dili Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

21.02.2021

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən həmin tarix Beynəlxalq Ana Dili Günü elan edilib.

Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “21 fevral Beynəlxalq Ana Dili Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgidə görkəmli şəxslərin ana dili haqqında fikirləri, ümummilli lider Heydər Əliyevin dil siyasəti, Azərbaycan dilinin tarixi,  eləcə də mövzu ilə bağlı kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_ana_dili_gunu/index.htm linkindən istifadə edə bilərlər.
Share