DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Milli Kitabxana Başqırdıstan Respublikası Ə.Z.Validi adına Milli Kitabxanasının 185 illiyinə həsr olunmuş “Kitabxanalar mədəniyyət məkanında: ənənələr və yeniliklər” adlı Beynəlxalq Elmi və Praktik Konfransda iştirak edib

20.04.2021

20 aprel tarixində Əhməd Zəki Validi adına Başqırdıstan Milli Kitabxanasının 185 illiyinə həsr olunmuş “Kitabxanalar mədəniyyət məkanında: ənənələr və yeniliklər” adlı Beynəlxalq Elmi və Praktik Konfrans keçirilib. Konfransda Rusiya Federasiyası Dövlət Dumasının millət vəkili, fəlsəfə doktoru, professor Zuqura Raxmatullina, Başqırdıstan Respublikası Mədəniyyət Nazirinin müavini Ranis Altınbayev, B.N.Yeltsin adına  Prezident Kitabxanasının İnformasiya Resursları üzrə direktoru Yelena Jabko, həmin kitabxananın Xarici əlaqələr üzrə direktoru Aleksey Vorobyov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın Milli Kitabxanalarının rəhbərləri, Başqırdıstan Respublikasının milli və regional kitabxanalarının nümayəndələri və digərləri çıxış etmişdir.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov ilk öncə Başqırdıstan Milli Kitabxanasını 185 illik yubileyi münasibətilə təbrik etmişdir. O, bildirib ki, Başqırdıstan Milli Kitabxanasının 185 illik səmərəli fəaliyyəti, özlüyündə başqırd xalqının mədəniyyət tarixinin ən parlaq səhifəsidir. Başqırdıstan Milli Kitabxanası yalnız əvəzolunmaz bir mədəniyyət mərkəzi deyil, həm də ölkənin kitabxana və informasiya sistemində əhəmiyyətli rol oynayan aparıcı məlumat mərkəzidir. Kitabxana çətin bir formalaşma və tərəqqi yolu keçib və haqlı olaraq milli mədəni irsin, düşüncə, bilik xəzinəsinin qoruyucusu adlandırıla bilər. 

K.Tahirov Başqırdıstan Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıqdan bəhs edərək 10 il bundan öncə bu əməkdaşlığın başqırd xalqının böyük oğlu, görkəmli türkoloq alim Əhməd Zəki Validinin yubileyi ilə əlaqədar TÜRKSOY Beynəlxalq təşkilatı ilə birgə Bakıda keçirilən Beynəlxalq Konfransla başladığını bildirərək bugünədək davam etdiyini bildirmişdir.

Milli Kitabxananın direktoru həmçinin, Beynəlxalq Elmi və Praktik Konfransda “Müasir dövrdə kitabxanalararası əməkdaşlıq: ənənələr və innovasiyalar” mövzusunda məruzə ilə çıxış etmişdir. O, vurğulayıb ki, kitabxanalar cəmiyyətin informasiya təlabatında mühüm əhəmiyyət kəsb edir. Kitabxanaların yeni texnologiyalar ilə təczihatı, müasir avadanlıqların tətbiqi oxucuların informasiya təlabatlarının operativ və dolğun ödənilməsində vacib amillərdən biri kimi çıxış edir.

Direktor bildirib ki, bu gün bütün dünyada kitabxanalarda ənənəvi formada xidmət dayandırılsa da, müasir texnologiyalar müxtəlif formatlarda kitabxana xidmətini davam etdirməyə imkan yaradır. Pandemiya şəraitində kitabxanaların fəaliyyət istiqaməti onlayn xidmətə çevrilmişdir. Kitabxanaların üzərinə düşən əsas vəzifə elektron formada oxuculara xidmət etmək, cəmiyyətin informasiyaya olan tələbatını təmin etmək, insanlarda mütaliə mədəniyyətinin formalaşdırılmasını istiqamətləndirmək, kitaba olan marağı artırmaqdır. Professor qeyd etmişdir ki, ölkəmizin əsas kitabxanaları xüsusi karantin rejimi ilə əlaqədar öz fəaliyyət istiqamətlərini şəraitə uyğun qurmuşlar.

Konfransda ümumən 21 məruzə dinlənilmiş və 40-dan çox məqalə olan materiallar toplusunda çap üçün qeydə alınmışdır.

Share