DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Milli Kitabxanada “23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ günü” və “Gənc yazarlar” adlı virtual sərgilər istifadəçilərə təqdim olunub

23.04.2021

Bu gün “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” kimi qeyd olunur. “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” YUNESCO-nun 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında elan edilmişdir. Azərbaycan Respublikasında 23 Aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” 1997-ci ildən qeyd olunur.

“Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə, mədəni-ictimai həyatında çox görkəmli yer tutur. Ona görə də hər birimiz kitablara borcluyuq”, – deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli sərvətimiz olan mədəniyyətimizi, ədəbiyyatımızı, kitab nəşrini, bir sözlə, xalqımızın mədəni səviyyəsini yüksək qiymətləndirmişdir.

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd edilməsi kitablardan və mütaliədən zövq almağı təşviq edir. Keçmişlə gələcək arasında əlaqə, nəsillər və mədəniyyətlər arasında bir körpü olan kitabın sehirli gücünü tanımaq üçün hər il 23 Aprel tarixində bütün dünyada tədbirlər keçirilir. Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ günü” və “Gənc yazarlar” adlı virtual sərgilər hazırlanıb. Virtual sərgilərdə fotolar, mövzu ilə əlaqədar kitab və dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgilər ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Umumdunya_Kitab_ve_Muelliflik_Huququ_Gunu/index.htm  http://anl.az/el/vsb/Genc_yazarlar/index.htm linklərindən istifadə edə bilərlər.

 

Share