DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyi Milli Kitabxanaya kitablar hədiyyə edib

27.04.2021

Azərbaycan Milli Kitabxanası Çin Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində kitabxana-informasiya sahəsində, sərgilərin təşkili, kitab və resurs mübadiləsi və s. həyata keçirir. Bu məqsədlə, aprel  ayında Çin Respublikasının Azərbaycandakı Səfirliyi Milli Kitabxanaya 243 nüsxə ingilis və çin dillərində kitab, 5 nüsxə kitab rus dilində, eyni zamanda 9 DVD ingilis və 3 DVD rus dilində hədiyyə etmişdir. Həmin kitablar Milli Kitabxananın Beynəlxalq Əməkdaşlıq zalının Çin Xalq Respublikasının daimi guşəsində və Xarici ədəbiyyat kolleksiyasında öz yerini tutmuşdur. Beynəlxalq Əməkdaşlıq zalında yaradılan Çin daimi guşəsində Çin mədəniyyətinə, ədəbiyyatına, tarixinə, iqtisadiyyatına, memarlığına, rəssamlığına, incəsənətinə, texnologiyasına dair kitablar öz əksini tapmışdır. İnanırıq ki, kitabxana kolleksiyasına daxil olan yeni kitablar  Milli Kitabxananın xarici ədəbiyyat kolleksiyasını daha da zənginləşdirəcək və oxucuların marağına səbəb olacaq.

Onu da qeyd edək ki, Beynəlxalq Əməkdaşlıq zalının açılışı 27 sentyabr 2019-cu ildə olmuşdur. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva, Mədəniyyət Nazirliyi, 13 ölkənin Milli Kitabxana direktorları və Azərbaycandakı diplomatik nümayəndələri iştirak ediblər. Hal-hazırda Beynəlxalq Əməkdaşlıq zalında 14 ölkənin ədəbiyyat guşəsi mövcuddur. Zalda eyni zamanda, həmin ölkələrin kitabxanaları ilə birbaşa internet əlaqəsi yaradaraq faydalanmaq mümkündür.

Share