DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Milli Kitabxanada “Professor Hafiz Paşayev” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

01.05.2021

May ayının 2-də görkəmli professor Hafiz Paşayevin 80 illik yubileyi tamam olur. Hafiz Paşayev XX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elmi tarixində şöhrət tapmış parlaq şəxsiyyətlərdən biridir. O, böyük bir nəslin parlaq nümayəndəsi, müdrik insan və gözəl bir ailə başçısı kimi, özünün bütün davranışı, həyat və fəaliyyəti ilə cəmiyyətimizin sarsılmaz mənəvi dəyərlər qalasını ucaltmışdır.

Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Professor Hafiz Paşayev adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə professor Hafiz Paşayev haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamları, mükafatları, fotolar, müəllifi olduğu, haqqında yazılmış kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Professor_Hafiz_Pasayev/index.htm linkindən istifadə edə bilərlər.

Azərbaycan Milli Kitabxanasının kollektivi professor Hafiz Paşayevi yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayır.

Share