ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Milli Kitabxanada – “Açıq kitabxana”da Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanası birgə gənc gürcü şairi Giorgi Kekelidzenin Azərbaycan dilinə tərcümə edilərək “Gürcü ədəbiyyatı silsiləsi” seriyasından nəşr olunmuş “Quriya gündəlikləri” kitabının təqdimat mərasimini və imza törəni keçirilmişdir.

09.03.2017

Mart ayının 09-da  Milli Kitabxanada – “Açıq kitabxana”da  Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanası birgə gənc gürcü şairi Giorgi Kekelidzenin Azərbaycan dilinə tərcümə edilərək “Gürcü ədəbiyyatı silsiləsi” seriyasından nəşr olunmuş “Quriya gündəlikləri” kitabının təqdimat mərasimini və imza törəni keçirilmişdir. 

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlamışdır. O, gürcü həmkarı Kekelidzenin yaradıcılığından qısa olaraq söz açmışdır.

Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in Baş redaktoru Rəşad Məcid,Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Dünya Ədəbiyyatı dərgisinin Baş redaktoru, şair, esseist, tərcüməçi Səlim Babullaoğlu,Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Tərcümə bölməsinin müdiri, ADPU-nun müəllimiPərvin Nurəliyeva,BDU-nun Klitabxanaçılıq-informasiya  fakültəsinin Kitabşünaslıq və nəşriyyat işləri kafedrasının dosenti Rasim Süleymanov şairin yaradıcılığından söz açmışdır.

BDU-nun Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisiPərvin Eyvazov, BDU-nun magistrantıPərvin Rəhimov, ADPU-nun I kurs tələbəsiSəriyyə Mehdizadə, BDU-nun Klitabxanaçılıq-informasiya fakültəsinin III kurs tələbəsi, Tələbə elmi cəmiyyətinin sədri Hacı Qasımlı, BDU-nun Klitabxanaçılıq-informasiya fakültəsinin I kurs tələbəsiÜlkər Dadaşova şairin Azərbaycan dilinə tərcümə olunmuş şeirlərini səsləndirmişlər.

Müəllif Georgi Kekelidze çıxış etmiş, tədbirin keçirilməsinə görə Milli Kitabxanaya təşəkkürünü bildirmişdir. Sonra imza törəni keçirilmiş, müəllif  yeni çapdan çıxmış kitabını imzalayaraq oxuculara hədiyyə etmişdir.

Sonda G.Kekelidze “Açıq kitabxana”nın Xatirə kitabına öz ürək sözlərini yazmışdır.

Share