ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Çexiya Respublikasının Bakıdakı Səfirliyinin Missiya rəhbərinin müavini cənab Petr Vagner Milli Kitabxanada olmuşdur.

18.04.2017
Çexiya Respublikasının Bakıdakı Səfirliyinin Missiya rəhbərinin müavini cənab Petr Vagner aprel ayının 18-də Milli Kitabxanada olmuşdur. Qonağı kitabxananın direktoru professor Kərim Tahirov qəbul etmişdir.
Azərbaycan Respublikası ilə Çexiya arasında səmimi dostluq və əməkdaşlıq əlaqələrindən danışan qonaq bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin zəruriliyini qeyd etmişdir. Petr Vagner təmsil etdiyi ölkənin Milli Kitabxanasının fondunda Azərbaycana aid ədəbiyyatın qorunduğunu söyləmişdir.  
Milli Kitabxananın direktoru K.Tahirov hələ 2011-ci ildə Çexiya Milli Kitabxanasında olarkən Şərq ədəbiyyatı fondu ilə yaxından tanış olduğunu, qədim Azərbaycan, ərəb, fars və türk dilləri əlyazmalarının kataloqunun mükəmməl olmadığını, kataloqun bir tələbə tərəfindən tərtib olunduğunu qonağın diqqətinə çatdırdı. Hər iki ölkənin milli kitabxanaları arasında imzalanmış əməkdaşlıq haqqında Memorandumun şərtlərinə uyğun olaraq Azərbaycan Milli Kitabxanasının əməkdaşlarının əlyazmaları tədqiq etmək məqsədilə 2 dəfə Çexiyaya ezam olunduğunu bildirmişdir. Görülən işlərin nəticəsi və qarşı tərəflə əldə olunmuş razılığa əsasən Çexiya Milli Kitabxanasında qorunan Azərbaycana aid əlyazmaların kataloqu tərtib olunmuşdur, hazırda kataloq ingilis dilinə tərcümə olunur, tezliklə çex dilinə tərcümə olunmaq üçün təqdim ediləcəkdir.  Kataloqun təqdimatı və Çexiya Milli Kitabxanasında qorunan Azərbaycan əlyazmalarının sərgisi 28-30 sentyabr tarixlərində keçiriləcək V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycan Milli Kitabxanasında, noyabr ayında isə Çexiya Milli Kitabxanasında nümayiş olunacaqdır.
Sonda Azərbaycan Milli Kitabxanası “Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), və “Azərbaycan musiqi alətləri” (ingilis dilində) kitabları qonağa hədiyyə verilmişdir. 
Share