ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Sərgi: “1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili günüdür”

31.07.2017

İyulun 31-də  Azərbaycan Milli Kitabxanasında  “1 avqust  Azərbaycan Əlifbası və Azərbaycan Dili  günüdür” adlı kitab sərgisinin açılışı olmuşdur.

Tədbiri Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova açaraq əvvəlcə tədbir iştirakçılarını salamlamış , sonra o, Azərbaycan Əlifbasının və Azərbaycan  Dilinin tarixi, bugünə kimi keçdiyi şərəfli inkişaf yolu,dilimizin zənginliyi,dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat vermişdir. Kitabxananın şöbə müdirləri Əsədova Rəna, Hüseynova Gülər Azərbaycan dilinin sadəliyindən, aydınlığından bəhs etmişlər.

Sonra isə tədbir iştirakçıları  “1 avqust  Azərbaycan Əlifbası və Azərbaycan Dili  günüdür” adlı kitab sərgisi ilə tanış olmuşlar. Sərgi tədbir iştirakçıları və oxucular tərəfindən böyük maraqla qarşılanmışdır.

Share