ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

"Günlərdən ŞEİR" - Mədəniyyət və Turizm Nazirliyi, İLESAM - Azərbaycan, Milli Kitabxana və AYB Müşfiq Komissiyasının birgə layihəsi

05.08.2017

04.08.2017-ci ildə saat 15:00-da Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, İLESAM - Azərbaycan, Azərbaycan Milli Kitabxanası və AYB Müşfiq Komissiyasının "Günlərdən ŞEİR" adlı birgə layihəsinin növbəti tədbiri həyata keçirilmişdir.

Tədbirin qonağı - Əkbər Qoşalı, onun qonağı İbrahim İlyaslı olmuşdur. Həmçinin Güney Azərbaycandan cənublu soydaşımız Araz Əhmədoğlu tədbirə qatılmışdır.

Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova açmış, qonaqları salamlamış, layihə haqqında qısa məlumat verərək sözü Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzaya vermişdir. O, qonaqları salamlamış, “Günlərdən şeir”in V qonaqlarını – Atatürk Mərkəzinin şöbə müdiri şair-publisist Əkbər Qoşalını və  şair İbrahim İlyaslını  iştirakçılara təqdim etmişdir.

İlk olaraq tədbiri şair-publisist Əkbər Qoşalı “Suyun Şərhi” adlı şeiri ilə açaraq, bir birindən maraqlı şeirlər səsləndirmişdir.

Şair İbrahim İlyaslı öz növbəsində bir sıra  şeirlər, həmçinin Türkiyə türkcəsində şeirlər səsləndirmişdir.

Cənublu soydaşımız  Araz Əhmədoğlu “Bura Azərbaycandır”, aprel şəhidlərimizə həsr etdiyi “Ölümsüzlüyün yolu” və s. şeirləri ilə tədbirə qatılmışdır.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza öz növbəsində bir sıra şeirlər və Türkiyə türkcəsində şeir səsləndirmişdir.

Tədbirdə həmçinin Həsrət, Ayaz Arabaçı, Səyyarə Məmmədli, Ülkər Piriyeva çıxış etmişlər.

Tədbirdə iştirak edən tanınmış əməkdar jurnalist Azər Həsrət çıxış edərək bu tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirmiş və uğurlar arzulamışdır.

Tədbirin sonunda müəlliflər kitablarını Açıq kitabxanaya hədiyyə etmiş və  xatirə şəkli çəkdirmişlər.

Share