ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

"Günlərdən ŞEİR" - Mədəniyyət və Turizm Nazirliyi, İLESAM - Azərbaycan, Milli Kitabxana və AYB Müşfiq Komissiyasının birgə layihəsi.

13.10.2017

13.10.2017-ci ildə saat 15:00-da Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, İLESAM - Azərbaycan, Azərbaycan Milli Kitabxanası və AYB Müşfiq Komissiyasının "Günlərdən ŞEİR" adlı birgə layihəsinin növbəti tədbiri həyata keçirilmişdir.

Tədbirin qonağı - Türkiyədə yaşayıb-yaradan Şəki kökənli şair-publisist Coşqun Qarabulud olmuşdur. Həmçinin Atatürk Mərkəzinin şöbə müdiri şair-publisist Əkbər Qoşalı tədbirə qatılmışdır.

Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova açmış, qonaqları salamlamış, layihə haqqında qısa məlumat verərək sözü Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzaya vermişdir. O, qonaqları salamlamış, “Günlərdən şeir”in VI qonağını – Türkiyədə yaşayıb-yaradan Şəki kökənli şair-publisist Coşqun Qarabuludu iştirakçılara təqdim etmişdir. Şair yaradıcılığından şeirlər söyləmişdir.

Tədbirdə şair-publisist Əkbər Qoşalı Şəki kökənli şair-publisist Coşqun Qarabuludun həyat və yaradıcılığından bəhs etmiş, şairə Nazilə Gültac Coşqun Qarabuludun “Hardan haraya…” adlı kitabından  şeirlər səsləndirmişdir.
Coşqun Qarabulud öz yaradıçılığından bir sıra seirlər söyləmişdir.

Tədbirdə həmçinin Türkiyədən gəlmiş qonaqlar və M.Rahim adına 7 saylı tam orta məktəbin IIIa sinif şagirdləri də iştirak etmişdilər. 

Şair-publisist Coşqun Qarabuludlu usaqların suallarını boyük zövqlə cavablandırmış və M.Rahim adına 7 saylı tam orta məktəbin IIIa  sinif rəhbəri Lalə Qurbanovaya tədbirdə istitakı üçün xüsusi təşəkkürünü bildirərək ona imzalı kitabını təqdim etmişdir.

Tədbirin sonunda müəllif kitablarını Açıq kitabxanaya hədiyyə etmiş və  xatirə şəkli çəkdirmişlər.
Share