ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Bosniya və Herseqovina Arxiv İdarəsinin direktoru Adamir Yerkoviç Milli Kitabxanada olmuşdur

06.12.2017

6 dekabr 2017-ci il tarixində Bosniya və Herseqovina Arxiv İdarəsinin direktoru Adamir Yerkoviç Milli Kitabxanada olmuşdur. Qonağı Milli Kitabxananın direktoru prof. Kərim Tahirov qarşılamışdır. Görüş zamanı qeyd  edilmişdir ki, Azərbaycan Milli Kitabxanası Bosniya və Herseqovina Milli və Universitet Kitabxanası ilə artıq neçə ildir ki, əməkdaşlıq edir və gələcəkdə Bosniya və Herseqovina Arxiv İdarəsi ilə də qarşılıqlı əlaqələr yaradılacaq.

Qonaq müəllifi olduğu Bosniya dilində olan “Sjecanja na Aliju Izetbegovica” və digər kitablarını Milli Kitabxanaya hədiyyə etmişdir.

Qonaqlara “Milli Kitabxana. Foto albom”, “Azərbaycan xəritəsi” kitabları hədiyyə edilmişdir.

Görüşün sonunda qonaqlarla birgə xatirə şəkli çəkilmişdir
Share