ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə olan Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov Los-Anceles şəhər kitabxanasının direktoru Con Szabo (John Szabo) ilə görüşmüşdür.

11.01.2018

Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə olan Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov 10 yanvar 2018-ci il tarixində Los-Anceles şəhər kitabxanasının direktoru Con Szabo (John Szabo) ilə görüşmüşdür. Görüş zamanı hər iki kitabxana arasında qarşılıqlı əməkdaşlığın yaradılması, birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunmuşdur. Los Anceles şəhər kitabxanaları şəbəkəsinin direktoru bu şəbəkəyə şəhər üzrə  73 kitabxananın daxil olduğunu və bu kitabxanaların ümumi fondunun 6 milyondan artıq olduğunu qeyd etmişdir. Kitabxananın Los Angeles şəhərində Azərbaycan mədəniyyətinin, ədəbiyyatının tanıdılmasında böyük rolu olduğunu bildirmiş, birgə tədbirlərin keçirilməsinin çox əhəmiyyətli olduğunu söyləmiş və bu iş üçün Los Anceles şəhər kitabxanaları şəbəkəsinin imkanlarından, bina və zallarından istifadəyə məmnuniyyətlə şərait yaradacığını söyləmişdir.

Görüşün sonunda Kərim Tahirov Los Anceles şəhər kitabxanasına Azərbaycan Milli Ensiklopediyasının  nəşr olunmuş cildlərini, Azərbaycan Milli Kitabxanası haqqında foto albom və Azərbaycana dair digər kitabları təqdim etmişdir. Los Anceles şəhər kitabxanasının direktoru  Con Szabo Los Anceles şəhər kitabxanası haqqında nəfis şəkildə çap olunan kitabı Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirova təqdim etmişdir. Kərim Tahirov direktor Con Szabonu 2 ildən bir Bakıda keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasına və gələcəkdə keçiriləcək digər beynəlxalq tədbirlərə dəvət etmişdir. O, bu dəvəti məmnuniyyətlə qəbul etiyini bildirmişdir.

Share