ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

ALİSA Elektron Kitabxana Sisteminin və İnnovasiyaların kitabxanalara tətbiqi ilə əlaqədar Salyan, Neftçala, Göyçay, Ağdaş Mərkəzi Kitabxanalarının əməkdaşları üçün 12-18 aprel 2018-ci il tarixlərində Milli Kitabxanada keçiriləcək treninqin açılışı olmuşdur

12.04.2018

12.04.2018-ci il tarixində Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Salyan, Neftçala, Göyçay, Ağdaş Mərkəzi Kitabxanalarının əməkdaşları üçün 12-18 aprel 2018-ci il tarixlərində ALİSA Elektron Kitabxana Sisteminin və İnnovasiyaların kitabxanalara tətbiqi mövzusunda keçiriləcək treninqin açılışı olmuşdur.

Treninqi Milli Kitabxananın direktoru professor Kərim Tahirov açmışdır. Direktor ALİSA Elektron Kitabxana Sisteminin və İnnovasiyaların kitabxanalara tətbiqi mövzusunda təşkil olunacaq treninqin zəruri olduğunu qeyd etmiş, bu barədə tövsiyyələrini vermişdir.
ALİSA Elektron Kitabxana Sisteminin və İnnovasiyaların kitabxanalara tətbiqi ilə əlaqədar treninqlər 12-18 aprel 2018-ci il tarixlərində Milli Kitabxananın Treninq mərkəzində keçirilir. Treninqdə Ağdaş rayon Mərkəzi Kitabxanası, Göyçay rayon Mərkəzi Kitabxanası, Salyan rayon Mərkəzi Kitabxanası, Neftçala rayon Mərkəzi Kitabxanası 
əməkdaşları iştirak edirlər. Bu treninqlər Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin yerlərdə mədəniyyət işçiləri üçün mütəmadi keçirdiyi qəbullar zamanı kitabxana işçilərinin cənab Nazirə müraciətləri əsasında təşkil edilmişdir.

Share