ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Xətai rayon 55 saylı tam orta məktəbin 5b sinif şagirdləri Azərbaycan Milli Kitabxanasında

17.04.2018

Xətai rayon 55 saylı tam orta məktəbin 5b sinif şagirdləri Azərbaycan Milli Kitabxanasında ekskursiyada olmuşlar. Şagirdlər Milli Kitabxananın binası ilə tanış olmuş, iş prosesini izləmişlər. 

Kitabxananın sərgi zalında yer almış  “Azəbaycan Xalq Cümhuriyyəti-100”,  “Yaddan çıxmaz Qarabağ” sərgiləri ilə tanış olmuşlar.

Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində olarkən muzeydə qorunan unikal və miniatür kitablarla tanışlıq onlarda böyük maraq hissi oyatmışdır. Kitabxananın Not nəşrləri və səsyazmaları söbəsi ilə tanışlıqdan böyük həzz almış, Azərbaycan bəstəkarlarının – Faiq Sücəddinovun, Üzeyr Hacibəyovun və s. bəstələrini dinləmişlər.

Sonda şagirdlər Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxana ilə tanış olmuşlar. 

Uşaqlara rəhbərlik edən müəllimə Kərimova Rəsmiyyə və məktəbin kitabxanaçısı Hacıyeva Mehparə xanım şagirdlərin Milli Kitabxanadan unudulmaz xoş hisslərlə ayrılıqlarını xüsusi vurğulamış, gələcəkdə tələbə olaraq kitabxananın oxucusu olmalarını arzulamışlar.

 

Share