ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Sərgi: "Xalq yazıçısı Elçin"

13.05.2018
13 may 2018-ci il tarixində Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, professor, Əməkdar İncəsənət Xadimi, "İstiqlal", "Şərəf" və "Şöhrət" ordenli, Xalq yazıçısı Elçinin (Elçin İlyas oğlu Əfəndiyev) anadan olmasının 75 illiyi münasibətilə "Xalq yazıçısı Elçin" adlı geniş tərtibatda sərgi açılmışdır. Sərgidə yazıçının Azərbaycan və xarici dillərdə olan əsərləri, tərtib etdiyi, redaktoru olduğu, rəy verdiyi, layihə rəhbəri olduğu, tərcümələri və haqqında olan kitablar, dövri mətbuat materialları sərgilənmişdir. Sərgi bir həftə davam edəcək.
Share