ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən Açıq kitabxanada gənc şair İntiqam Yaşarın yeni işıq üzü görmüş “Evdə yoxam” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilmişdir

10.06.2018

İyun ayının 10-da saat 14.00-da Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Milli Kitabxanası birgə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc şair İntiqam Yaşarın yeni işıq üzü görmüş “Evdə yoxam” adlı şeirlər kitabının təqdimat mərasimini keçirilmişdir.
Tədbiri giriş sözü ilə  Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova açaraq qonaqları salamlamış, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında 2016-cı il iyulun 15-də açllan, Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq kitabxana” nın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat vermişdir. Direktor müavini Açıq kitabxanada tez-tez belə kitab təqdimatlarının, poeziya gecələrinin keçirildiyinin ənənə halına çevrildiyini söyləmiş,“Günlərdən şeir“ layihəsi haqqında danışmış,gənc şair İntiqam Yaşarı kitabının təqdimatı münasibətilə təbrik etmiş, ona yaradıcılıq uğurları arzulamışdır. Sonra sözü tədbiri aparmaq üçün yazıçı-publisist Kənan Hacıya vermişdir.
Kənan Hacı təqdimatı olan “ Evdə yoxam” kitabı haqqında məlumat verdikdən sonra sözü yazıçı, jurnalist, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcidə vermişdir.
Rəşad Məcid tədbirə gələn qonaqları salamlamış, “Açıq Kitabxana”nın yazıçıların ,ədəbiyyatsevərlərin, ziyalıların tez-tez görüşdüyü bir məkan olduğunu, burada gənc yazarların imza gününün keçirildiyini qeyd etmişdir.O,öz çıxışında Özbəkistandan olan bir jurnalistin “Açıq Kitabxana” nın şəklini çəkib öz ölkəsində də belə bir kitabxana açmaq istədiyini bildirmişdir. Rəşad Məcid bu cür tədbirlərin davamı olaraq bu gün  gənc şair İntiqam Yaşarın da “ Evdə yoxam” kitabının təqdimat mərasiminin keçirilməsi üçün yaratdığı şəraitə görə Mədəniyyət nazirliyinə və Milli Kitabxananın rəhbərliyinə öz dərin minnətdarlığını bildirmiş, gənc şairə  yeni-yeni uğurlara imza atmağını arzulamışdır. Qeyd etmişdir ki, İntiqam Yaşar gənc olmasına baxmayaraq ədəbi prosesdə fəal iştirak edən,daima öz üzərində çalışan gənclərdəndir.
Sonra söz Xalq artisti Eldost Bayrama verilmişdir. O, İntiqam Yaşarın çox istedadlı, işıqlı bir gənc olduğunu demişdir.
Tədbirdə çıxış edən şairlərdən Əkbər Qoşalı, Musa Ələkbərli, Fərqanə Mehdiyeva, Süleyman Abdulla, Esmira Məhiqızı, Ulucay Akif, Ümid Nəccari, Taleh Mənsur, Təbriz Xəlilsoy, bədii qiraət ustası Xəzər Süleymanlı, “Axar.az” saytının əski əlifba üzrə redaktoru Əli Nicat, “Manevr.az” saytının redaktoru Namiq Dəlidağlı və İntiqam Yaşarın müəllimi filologiya üzrə fəlsəfə doktoru Əminə İbrahimli və başqaları gənc şairi kitabının təqdimatı münasibətilə təbrik etmişlər, gələcəkdə yeni – yeni kitablarının təqdimatının keçirilməsini arzulamışlar. Gənc şairlərdən Şahanə Müşfiq İntiqam Yaşarın “Payız  sükutu”, Arzu Murad “Sükutun ayaq səsləri“ şeirlərini səsləndirmişlər.
Sonra İntiqam Yaşar öz şeirlərini tədbir iştirakçılarına oxumuşdur.
Şair Zaur Ustac İntiqam Yaşara “Evdə yoxam” adlı kitabının işıq üzü görməsi münasibətilə  “Ziyadar” adlı diplomu təqdim etmişdir. Sonda İntiqam Yaşar belə bir tədbirin təşkilinə görə Milli Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirmişdir.

Tədbir “Evdə yoxam” kitabının imzalanma mərasimi ilə bitmişdir.

Share