ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Kanadanın Kvebek Milli Kitabxanası və Arxivinin yeni təyin olunmuş baş direktoru cənab Jean Louis Roy və kitabxananın digər əməkdaşı Milli Kitabxanada olmuşdur.

09.07.2018
İyul ayının 9-da Kanadanın Kvebek Milli Kitabxanası və Arxivinin yeni təyin olunmuş baş direktoru cənab Jean Louis Roy və kitabxananın digər əməkdaşı Milli Kitabxanada olmuşdur. Qonağı Milli Kitabxananın direktoru cənab Kərim Tahirov qarşılamışdır. Görüşdə həmçinin Milli Kitabxananın Oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova da iştirak etmişdir. Qonaq Bakıda ilk dəfə olduğunu vurğulayaraq şəhərimizi çox bəyəndiyini xüsusilə qeyd etmişdir. O həmçinin rəhbəri olduğu kitabxana haqqında ətraflı məlumat vermiş, daha sonra isə Azərbaycan Milli Kitabxanası haqqında onun maraqlandıran sualları direktora ünvanlamışdır. Cənab Kərim Tahirov qonağı maraqlandıran sualları cavablandırmış və gələcəkdə Kvebek Milli Kitabxanası və Arxivi ilə ikitərəfli əməkdaşlığın yaranmasına ümid etdiyini bildirmişdir. Daha sonra qonaq müəllifi olduğu iki kitabı professor Kərim Tahirova təqdim etmişdir. Bu kitabların Milli Kitabxananın fondunda Kanadadan hədiyyə edilən ilk kitablar olduğu vurğulayan Kərim Tahirov onların kitabxananın fondunda öz yerini tutacağını bildirmişdir. Eyni zamanda Kərim Tahirov da öz növbəsində qonaqlara Milli Kitabxana haqqında olan üç dildə çap olunmuş “Azərbaycan Milli Kitabxanası. FotoAlbom” (Azərbaycan, ingilis və rus dillərində) kitabını təqdim etmiş və gələcək əməkdaşlığa ümid etdiyini bildirmişdir. Görüşün sonunda qonaqlarla birgə xatirə şəkli çəkilmişdir. Daha sonra qonaqlar kitabxana ilə ətraflı tanış olunmuşlar. Milli Kitabxanada yaradılan şəraiti yüksək qiymətləndirən qonaqlqr, oxuculara xidmət proseslərinin avtomatlaşdırılmasından və kitab fondlarında qiymətli kitabların mühafizəsi üçün yaradılan şəraitdən xüsusilə razı qaldıqlarını bildirmişlər. Qonaqlar həmçinin Nadir kitablar və kitabxana muzeyi şöbəsində də olmuşlar. Sonra Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada olan cənab Jean Louis Roy bu kreativ layihəni çox bəyəndiklərini bildirmiş və bu layihə barədə və kitabxana haqqında öz xoş təəssüratlarını xatirə kitabına qeyd etmişdir.
Share