ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Sərgi: “Ənvər Əhməd-75”

08.08.2018
Avqust ayının 8-də Azərbaycan Milli Kitabxanasında şair, tərcüməçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru, “Qızıl qələm” mükafatı laureatı, beynəlxalq dərəcəli fəlsəfə və  filologiya doktoru, professor, Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvü Ənvər Əhmədin (Əhmədov Ənvər Misir oğlu) anadan olmasının 75 illiyi münasibətilə “Ənvər Əhməd-75” adlı kitab sərgisi açılmışdır.
Sərgidə müəllifin əsərləri, redaktoru olduğu və ön söz yazdığı, haqqında yazılan kitablar, dövrü mətbuat materialları nümayiş olunmuşdur.
Share